Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə48/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   44   45   46   47   48   49   50   51   ...   190

218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və 

digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş 

verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət 

hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi 

gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı 

isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. 

218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər 

hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, satıcının hüquq və vəzifələrinin 

ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. 

218.4. Payı satın almaqda üstünlük hüququnun güzəşt edilməsinə yol verilmir. 

218.5. Bu maddənin qaydaları pay dəyişmə müqaviləsinə əsasən özgəninkiləşdirildikdə 

də tətbiq edilir. 



Maddə 219. Ümumi paylı mülkiyyət hüququndakı payın müqavilə üzrə əldə edənə keçməsi anı 

219.1. Ümumi mülkiyyət hüququndakı pay, əgər tərəflərin razılaşmasında ayrı vaxt 

nəzərdə tutulmayıbsa, müqavilənin bağlandığı andan müqavilə üzrə əldə edənə keçir. 

219.2. Doğurduğu hüquqlar dövlət qeydiyyatına alınmalı olan müqavilə üzrə ümumi 

mülkiyyət hüququndakı payın keçməsi anı həmin hüquqların dövlət qeydiyyatına alındığı 

vaxtdan müəyyənləşdirilir. 



Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 

220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar 

arasında bölünə bilər. 

220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 

220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın 

ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin 

mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər 

payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya 

tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin 

paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 

220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın 

onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi 

və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə 

naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya 

ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real 

surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm 

mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı 



mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya 

bilər. 


220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı 

paya hüququnu itirir. 

220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən 

ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun 

olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi 

mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi 

haqqında qərar qəbul edə bilər. 

Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi 

Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış 

və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına 

qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar 

hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə 

fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda 

isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan 

payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 



Maddə 222. Birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam 

verilməsi 

222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə 

mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı 

razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və 

ondan birgə istifadə edirlər. 

222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı 

ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən 

hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 

222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin 

razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi 

haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi 

əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi 

səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o 

halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu 

sübuta yetirilsin. 

222.4. Birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə 

mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz. 



Maddə 223. Birgə mülkiyyət hüququna xitam verilməsi, birgə mülkiyyətdə olan əşyanın 

bölünməsi və ondan pay ayrılması 

223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin 

əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 

223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya 

onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan 

müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 

223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər 

onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 

223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu 

Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 



Maddə 224. Ümumi mülkiyyətdəki paya tutmanın yönəldilməsi 

224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun 

kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın 

ayrılmasını tələb edə bilər. 

224.2. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə 

mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun 

öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan 

əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin 

qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var 

ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan 

satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. 

Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 

225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya 

onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi 

mülkiyyətidir. 

225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan 

birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun 

mülkiyyətidir. 

225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, 

ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa 

da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 

225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, 

nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına 




Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə