Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə44/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   40   41   42   43   44   45   46   47   ...   190

182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya 

iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu 

əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər 

auksionda özgəninkiləşdirilmiş pula, qiymətli kağızlara və əşyalara tətbiq olunmur. 



Maddə 183. Mülkiyyətin qiymətli kağızlar vasitəsi ilə verilməsi 

Mülkiyyətin əldə edənə keçməsi üçün əşyanın verilməsi əvəzinə qiymətli kağız verilməsi 

məcburidirsə, özgəninkiləşdirənin qiymətli kağızı əldə edənə verdiyi andan mülkiyyət 

əldə edənə keçmiş sayılır. 



Maddə 184. Sahibsiz daşınar əşyaya mülkiyyətin əldə edilməsi 

184.1. Əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan 

edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını 

pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. 

184.2. Əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş 

mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya 

sahibsiz sayılır. 

Maddə 185. Mülkiyyətçinin imtina etdiyi daşınar əşya 

185.1. Mülkiyyət hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin atdığı və ya digər 

şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə 

bilər. 


185.2. Mülkiyyətində, sahibliyində və ya istifadəsində torpaq sahəsi, sututar və ya başqa 

obyekt olan şəxs, əgər orada dəyəri əlli beş manatdan aşkar aşağı olan atılmış əmlak və 

ya atılmış metal qırıntıları, zay məhsul, faydalı qazıntıların çıxarılması zamanı əmələ 

gələn təpəciklər, istehsal tullantıları və başqa tullantılar varsa, həmin əmlakdan istifadəyə 

başlamaqla və ya əmlakı mülkiyyətə yönəltdiyini göstərən digər hərəkətlər etməklə, onu 

öz mülkiyyətinə yönəltmək hüququna malikdir. 

185.3. Atılmış başqa əmlak ona sahibliyə başlamış şəxsin mülkiyyətinə o zaman daxil 

olur ki, bu əmlak həmin şəxsin ərizəsi ilə məhkəmə tərəfindən sahibsiz hesab edilir. (

32



Maddə 186. Tapıntı 



186.1. İtirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, 

səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və 

həmin əşyanı verməlidir. 

186.2. Əşyanı tapan şəxsə mülkiyyətçinin məlum olduğu və ya mülkiyyətçinin əşyaya 

hüququnun artıq polisə bildirildiyi hallar istisna olmaqla, əşyanı tapan şəxs bu barədə 

xəbər verdiyi vaxtdan bir illik müddət keçdikdən sonra tapıntıya mülkiyyət hüququ əldə 




edir. Mülkiyyət hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya bütün başqa 

hüquqlara xitam verilir. 

186.3. Səlahiyyətli şəxs tapılmış əşyanı qəbul edirsə, onu tapan şəxs tapılmış əşyanın 

dəyərinin beş faizinədək miqdarda bəxşiş tələb edə bilər. Bundan başqa, əşyanı tapan 

şəxs səlahiyyətli şəxsdən həmin əşyanın saxlanması xərclərinin əvəzini ödəməyi də tələb 

edə bilər. Əmlakı tapan tapıntı barədə məlumat verməmişsə və ya onu gizlətməyə cəhd 

göstərmişsə, bəxşiş almaq hüququ əmələ gəlmir. 

186.4. Əşyanı tapan şəxs mülkiyyətdən imtina edirsə, səlahiyyətli orqan bir il keçdikdən 

sonra əşyanı auksionda sataraq fayda götürə bilər və ya söhbət azqiymətli əşyadan 

gedirsə, onu pulsuz özgəninkiləşdirə bilər və ya məhv edə bilər. 

186.5. Əgər tapıntı heyvan və ya tez xarab olan əşyadırsa, yaxud saxlanması böyük xərc 

tələb edən əşyadırsa, bir illik müddət tətbiq olunmur və onların özgəninkiləşdirilməsi 

nəticəsində əldə edilmiş məbləğ mülkiyyətçiyə qaytarılır. 

Maddə 187. Dəfinə 

187.1. Dəfinə, yəni torpağa basdırılmış və ya başqa üsulla gizlədilmiş pul və ya digər 

əşya bunların mülkiyyətçisini müəyyənləşdirmək mümkün olmadıqda, dəfinənin 

gizlədildiyi əmlakın (torpaq sahəsinin, tikilinin və s.) mənsub olduğu şəxslə dəfinəni 

aşkar etmiş şəxsin mülkiyyətinə, həm də, əgər onların razılaşması ilə ayrı qayda 

müəyyənləşdirilməyibsə, bərabər paylar şəklində daxil olur. 

187.2. Dəfinə onun gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinin 

razılığı olmadan qazıntı aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə, 

həmin torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinə verilməlidir. 

187.3. Aşkar edilən dəfinə tarix və ya mədəniyyət abidələrinə aid elmi dəyərli əmlak 

olduqda, dövlət mülkiyyətinə verilməlidir. Bu zaman dəfinənin gizlədildiyi torpaq 

sahəsinin və ya digər əmlakın mülkiyyətçisi və dəfinəni aşkar etmiş şəxs birlikdə 

dəfinənin dəyərinin əlli faizi miqdarında bəxşiş almaq hüququna malikdirlər. Bu şəxslərin 

razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bəxşiş onların arasında bərabər 

bölünür. 

187.4. Belə dəfinə onun gizlədildiyi əmlakın mülkiyyətçisinin razılığı olmadan qazıntı 

aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə, bəxşiş bütünlüklə əmlakın 

mülkiyyətçisinə verilir. 

187.5. Bu maddənin qaydaları dəfinə aşkar etmək üçün qazıntı və axtarış aparılması əmək 

və ya qulluq vəzifələrinə aid olan şəxslərə tətbiq edilmir. 



Maddə 188. Emal 


188.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, şəxsin özünə mənsub olmayan 

materialların emalı yolu ilə hazırladığı yeni daşınar əmlaka mülkiyyət hüququnu 

materialların mülkiyyətçisi əldə edir. Emalın dəyəri materialların dəyərindən əhəmiyyətli 

dərəcədə yüksək olduqda, yeni əmlaka mülkiyyət hüququnu vicdanla hərəkət edərək

materialları özü üçün emal etmiş şəxs əldə edir. 

188.2. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, özünün materiallarından 

hazırlanmış əmlaka mülkiyyət hüququ əldə edən mülkiyyətçi emalın dəyərini emal edən 

şəxsə ödəməlidir, yeni əmlaka mülkiyyət hüququnu emal edən şəxs əldə etdikdə isə o, 

materialların dəyərini mülkiyyətçisinə ödəməlidir. 

188.3. Materialları emal etmiş şəxsin vicdansız hərəkətləri nəticəsində onları itirən 

materialların mülkiyyətçisi yeni əmlakın öz mülkiyyətinə verilməsini və ona vurulan 

zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (

12



Maddə 189. Yığılması hamıya müyəssər olan əmlakın mülkiyyətə götürülməsi 



Qanunvericiliyə, mülkiyyətçinin verdiyi ümumi icazəyə və ya yerli adətə uyğun olaraq 

meşələrdə, sututarlarda və ya başqa ərazidə giləmeyvə yığılmasına, balıq tutulmasına, 

heyvan ovuna və ya hamıya müyəssər olan digər əmlakın yığılmasına yol verildiyi 

hallarda müvafiq əmlaka mülkiyyət hüququnu onu yığan və ya ovlayan şəxs əldə edir. 



Maddə 190. Torpaq sahəsinin tərkib hissəsinə mülkiyyətin əldə edilməsi 

Daşınar əşyanın torpaq sahəsi ilə bağlılıq tərzi onu həmin sahənin tərkib hissəsinə 

çevirmişsə, bu Məcəllənin 135.10-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin 

mülkiyyətçisi eyni zamanda həmin əşyanın da mülkiyyətçisi olur. 



Maddə 191. Birləşmə nəticəsində yaranan əşyaya birgə mülkiyyət 

191.1. Daşınar əşyaların bir-birinə bağlılığı nəticəsində onlar yeni vahid əşyanın tərkib 

hissələrinə çevrildikdə və ya daşınar əşyalar birləşdikdə, onların əvvəlki sahibləri bu yeni 

əşyanın mülkiyyətçiləri olurlar. Paylar həmin əşyaların birləşməzdən əvvəlki dəyərinə 

uyğun müəyyənləşdirilir. 

191.2. Əşyalardan biri bərqərar olmuş rəyə görə baş əşya sayılırsa, onun mülkiyyətçisi 

həmin əşyanın ləvazimatına da mülkiyyət əldə edir. 

Maddə 191-1. Yeni mülkiyyətçiyə qarşı zərərin əvəzinin ödənilməsi tələbi  

191-1.1. Bu Məcəllənin 188-ci, 190-cı və 191-ci maddələrinə müvafiq olaraq mülkiyyətini 

itirən və ya hüquqları başqa qaydada pozulan şəxs mülkiyyətçi olmuş şəxsdən zərərin 

əvəzinin ödənilməsini tələb edə bilər. Əvvəlki vəziyyətin bərpa olunması tələbi yol 

verilməzdir. 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə