Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə51/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   47   48   49   50   51   52   53   54   ...   190

235.1.3. bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən 

tutulan ödənişlər və vergilər. 

235.2. Əgər birgə istifadə edilən müəyyən tikinti konstruksiyaları, qurğular mülkiyyətin 

ayrı-ayrı tərkib hissələrinə xidmət etmirsə və ya əhəmiyyətsiz dərəcədə xidmət edirsə, 

bunu xərclərin bölgüsündə nəzərə almaq lazımdır. 

235.3. Yaşayış binasının tərkib hissəsinin hər hansı mülkiyyətçisi xərclər üçün haqları üç 

il ərzində ödəmədikdə yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı: 

235.3.1. yaşayış binasının tərkib hissələrinə mülkiyyətdə onun payı üçün 

ipotekanı qeydə aldırmaq hüququna malikdir. İpotekanın qeydə alınmasını idarəçi 

və ya əgər o, təyin edilməyibsə, əksəriyyətin qərarı ilə və ya məhkəmə tərəfindən 

vəkil edilmiş yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən hər hansı 

biri və ödənilməmiş haqların girov kimi verildiyi kreditor tələb edə bilər; 

235.3.2. yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin otaqlarında olan və 

onların avadanlıqla təchiz edilməsi və istifadəsi üçün nəzərdə tutulan daşınar 

əşyaları girov qoymaq hüququna malikdir. 

Maddə 236. Yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağının səlahiyyətləri 

236.1. Yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı öz idarəetmə 

fəaliyyətindən, o cümlədən haqq ödənilməsi tələbindən irəli gələn əmlakı və haqlardan 

əmələ gələn nağd vəsaiti, məsələn, yeniləşdirmə fondunu öz adından əldə edir. Yaşayış 

binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı öz adından iddia qaldıra və icranı 

tələb edə bilər, əşyanın olduğu yer üzrə cavabdeh ola bilər. 

236.2. Yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağının bu Məcəllədə 

göstərilən səlahiyyətlərindən savayı, aşağıdakı səlahiyyətləri də vardır: 

236.2.1. yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı tərəfindən 

idarəçinin səlahiyyətinə aid edilməmiş bütün idarəetmə məsələlərini həll etmək; 

236.2.2. idarəçini təyin etmək və onun fəaliyyətinə nəzarət etmək; 

236.2.3. idarəetmə məsələlərinin həllini, o cümlədən idarəçiyə məsləhət 

verilməsini, onun idarəetmə fəaliyyətinin yoxlanılmasını, bu barədə yığıncağa 

hesabat verilməsini və ərizələr təqdim edilməsini tapşıra biləcəyi komissiyanı və 

ya nümayəndəni seçmək; 

236.2.4. hər il xərclər smetasına, mülkiyyətçilər arasında xərclərin 

hesablanmasına və bölgüsünə icazə vermək

236.2.5. səliqə-sahmanın qorunması və yeniləşdirmə işlərinin aparılması üçün 

yeniləşdirmə fondunun yaradılması haqqında qərar qəbul etmək; 



236.2.6. binanı yanğından və digər təhlükələrdən, habelə məsuliyyəti sığorta 

etdirmək. 

236.3. Əgər idarəçi təyin edilirsə və ayrı qərar qəbul olunmursa, yaşayış binasının tərkib 

hissələri mülkiyyətçilərinin yığıncağını idarəçi çağırır və aparır. Əgər idarəçi təyin 

olunmursa, yaxud o, təyinatdan imtina edirsə, yığıncağı yaşayış binasının ümumi 

dəyərinin azı 10 fazini təmsil edən hər hansı mülkiyyətçi (və ya mülkiyyətçilərin hər 

hansı çoxluğu) çağıra bilər. Yığıncaqda sadə çoxluqla ona sədrlik edən seçilir. Qərarlar 

barəsində protokol tərtib edilir. Protokolu idarəçi və ya yaşayış binasının tərkib hissəsinin 

sədrlik edən mülkiyyətçisi saxlamalıdır. 

236.4. Yaşayış binasının tərkib hissəsi bir neçə şəxsə birlikdə mənsubdursa, onların 

yalnız bir səsi vardır. Bu səsi onlar özlərinin təmsilçisi vasitəsi ilə verirlər. Səsvermə 

hüququnun həyata keçirilməsi barədə yaşayış binasının tərkib hissələri vahidinin 

mülkiyyətçisi və uzufruktuarı da razılığa gəlməlidirlər; əks halda uzufruktuar, sadəcə, 

faydalı olan və ya bəzəklər və ya rahatlıqlar yaradılmasına yönəldilən tikinti 

tədbirlərindən başqa, bütün idarəetmə məsələlərində səsvermə hüququ olan şəxs sayılır. 

236.5. Yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağının qərarlar 

çıxarmağa o halda ixtiyarı vardır ki, eyni zamanda payların yarısına sahib olan 

mülkiyyətçilərin yarısı, lakin onların azı ikisi yığıncaqda iştirak etsin və ya təmsil 

olunsun. Yetərsay olmadıqda yığıncaq ikinci dəfə çağırılır, həm də o, birinci yığıncaqdan 

azı on gün keçəndən sonra keçirilməlidir. İkinci yığıncağın qərarlar çıxarmağa o halda 

ixtiyarı vardır ki, yaşayış binasının tərkib hissələrinin bütün mülkiyyətçilərinin üçdə bir 

hissəsi, lakin onların azı ikisi yığıncaqda iştirak etsin və ya təmsil olunsun. 

236.6. Əgər yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı idarəçini təyin 

edə bilməzsə, yaşayış binasının tərkib hissəsinin hər hansı mülkiyyətçisi idarəçinin 

məhkəmə tərəfindən təyin olunmasını tələb edə bilər. Bunda əsaslı marağı olan şəxs, 

məsələn, girov saxlayan və sığortaçı da həmin hüquqa malikdir. 

236.7. Yığıncağın qərarı ilə idarəçi onun əvəz ödənilmək barədə irəli sürə biləcəyi 

iddiaları saxlanılmaqla istənilən vaxt geri çağırıla bilər. Əgər mülkiyyətçilərin yığıncağı 

mühüm səbəblərə etinasızlıq göstərərək idarəçinin geri çağırılmasını rədd edərsə, yaşayış 

binasının tərkib hissəsinin istənilən mülkiyyətçisi bir ay ərzində onun məhkəmə 

qaydasında geri çağırılmasını tələb edə bilər. Məhkəmənin təyin etdiyi idarəçi təyin 

edildiyi müddət qurtaranadək məhkəmənin razılığı olmadan geri çağırıla bilməz. 



Maddə 237. Yaşayış binasının tərkib hissələrinə birgə mülkiyyətin idarəçisi 

237.1. İdarəçi qanunun göstərişlərinə və mülkiyyətçilər yığıncağının qərarlarına uyğun 

olaraq birgə mülkiyyətin idarə edilməsi üzrə bütün hərəkətləri yerinə yetirir, mümkün 

zərərin qarşısının alınması və ya aradan qaldırılması üçün özü tədbirlər görür. O, birgə 

xərcləri və yaşayış binasının tərkib hissələrinin ayrı-ayrı mülkiyyətçilərinin 

yüklülüklərini bölüşdürür, onlara hesab təqdim edir, haqlar alır, nağd pul vəsaitini idarə 

edir və ondan təyinatı üzrə istifadə edir. O, xüsusi hüquqların həyata keçirilməsi, torpaq 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə