Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə54/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   50   51   52   53   54   55   56   57   ...   190

247.4.3. kənd təsərrüfatı torpaqları itirildikdə, «

Torpaqların dövlət ehtiyacları 

üçün alınması haqqında

» Azərbaycan Respublikasının Qanununda nəzərdə 

tutulan torpaqdan əlavə kənd təsərrüfatı torpağında istifadə etmək üçün bitkilər 

və toxumlar; 

247.4.4. «

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında

» Azərbaycan 

Respublikasının Qanununda müəyyən edilmiş ümumi istifadədə olan əmlakla 

bağlı təminatlar; 

247.4.5. torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun 

olaraq, müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi; 

247.4.6. yerdəyişmə nəticəsində azalmış və ya itirilmiş gəlirin təmin edilməsi və 

ya əvəz edilməsi üçün müəyyən müddətə ödənişlər; 

247.4.7. itirilmiş torpaqda əldə edilən qida məhsullarının və ya əvvəllər belə qida 

məhsullarını əldə etmək üçün istifadə olunmuş itirilmiş gəlirin əvəzinə müəyyən 

müddət ərzində qida məhsulları ilə mütəmadi təchizat; 

247.4.8. yerdəyişmə nəticəsində itirilmiş iş imkanlarının əvəz edilməsi məqsədi ilə 

iş əldə etmək üçün alınmanın təsirinə məruz qalan şəxslərə yeni vərdişləri 

aşılamaqla və ya torpağın alınması layihəsi nəticəsində açılan iş imkanlarından 

istifadə etməklə əlaqədar təlimin təmin edilməsi; 

247.4.9. alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında müəyyən 

edilən və ya razılaşdırılan digər kompensasiya formaları. 

247.5. Alınmanın təsirinə məruz qalan şəxs ona ödənilməli kompensasiyanın bir və ya 

daha çox növünü seçə bilər. (

7



23

26



46



Maddə 248. Məhkəmə təsdiqi 

248.1. Alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə 

edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə 

bilər. 

248.2. Alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan 

tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: 

248.2.1. torpağın alınmasının «

Torpaqların dövlət ehtiyacları üçün alınması 

haqqında

» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; 

248.2.2. alınan torpağa sahibliyin «

Torpaqların dövlət ehtiyacları üçün alınması 

haqqında

» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə 

olunmasının; 


248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın 

növünün və məbləğinin. 

248.3. Torpağının alınmasına, torpağının üzərində sahibliyin əldə olunmasına və ya təklif 

olunan kompensasiyaya etiraz edən alınmanın təsirinə məruz qalan şəxs aşağıdakı 

əsaslardan biri və ya bir neçəsi ilə məhkəməyə ərizə verə bilər: 

248.3.1. torpağın alınmasının «

Torpaqların dövlət ehtiyacları üçün alınması 

haqqında

» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olması; 

248.3.2. torpağın alındığı layihənin həyata keçirilməsi üçün lazım olmaması; 

248.3.3. təklif olunan kompensasiyanın ədalətli olmaması; 

248.3.4. alan orqanın müvafiq səlahiyyətlərə malik olmaması; 

248.3.5. «

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında

» Azərbaycan 

Respublikasının Qanunu ilə müəyyən olunmuş prosedurlara riayət edilməməsi və 

ya düzgün və ədalətli riayət edilməməsi. 

248.4. Torpaq üzərində hüquqların alınma prosedurlarını başa çatdırmaq üçün tələb 

olunan hər hansı hərəkətlərlə əlaqədar alınmanın təsirinə məruz qalan şəxsin üzərinə heç 

bir xərc, ödəmə, yaxud başqa maliyyə tələbləri qoyula və ya alına bilməz. (

7



11

23



26



46



Maddə 249. Torpağın alınması barədə qərarın hüquqi qüvvəsi 



249.1. Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən: 

249.1.1. həmin torpaq alınan torpaq kimi tanınır; 

249.1.2. alınan torpaqda yaşayan və ya ondan istifadə edən «

Torpaqların dövlət 

ehtiyacları üçün alınması haqqında

» Azərbaycan Respublikasının Qanununa 

əsasən siyahıya alınmış şəxslər alınmanın təsirinə məruz qalan hesab edilir; 

249.1.3. alan orqan alınan torpağın alınması ilə bağlı tələb olunan tədbirləri 

yerinə yetirmək öhdəliyini daşıyır; 

249.1.4. köçürülmə planı və (və ya) təlimatı tələb olunan hallarda, alan orqan 

onların alınmanın təsirinə məruz qalan şəxslərlə məsləhətləşməklə ağlabatan 

müddətdə hazırlanmasını təmin etmək öhdəliyini daşıyır; 

249.1.5. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması 

nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara ödəniləcək 

kompensasiyanın müəyyən edilməsi məqsədi ilə alınan torpağın və həmin 

torpaqda yerləşən tikililərin (inşası başa çatdırılmamış tikililər də daxil olmaqla), 


Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə