Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə55/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   51   52   53   54   55   56   57   58   ...   190

məhsulun, bitkilərin, bütün digər təbii əşyaların və tikilmiş əmlakın 

qiymətləndirilməsində qiymətləndirmə komissiyasına kömək etmək öhdəliyini 

daşıyır; 

249.1.6. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması 

nəticəsində zərər çəkəcək digər şəxslərə və təşkilatlara kompensasiya ödəmək 

öhdəliyini daşıyır; 

249.1.7. alan orqan kompensasiyanın ödənilməsi məqsədi ilə aidiyyəti dövlət 

orqanlarından vəsait almaq üçün zəruri sənədləri hazırlamaq öhdəliyini daşıyır. 

249.2. Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək 

mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, 

həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. 

«

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında

» Azərbaycan Respublikasının 

Qanununa əsasən dövlətin hüquqları alınmamış hər hansı torpağın alınmasından imtina 

etdiyi hallar və torpağın alınmasından imtina hesab edilən hallar istisna olmaqla, bu 

hüquq qanunla müəyyən olunmuş qaydada digər şəxslərə keçə bilər. 

249.3. Müvafiq icra hakimiyyəti orqanı torpağın alınması barədə qərarın qəbul edildiyi 

tarixdən sonra alınan torpaqda başlanılmış tikintinin (inşaat işlərinin) dayandırılması və 

(və ya) tikilinin sökülməsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri 

tədbirləri həyata keçirə bilər. 

249.4. Alan orqan torpağın alınması haqqında qərarın və həmin qərarın hüquqi 

qüvvəsinə dair arayışın surətini alınmanın təsirinə məruz qalan şəxslərin diqqətinə 

çatdırmaq vəzifəsini daşıyır. (

7



23

26



46



11-ci f

əsil. Əşya istifadə

 

hüquqları

 

§ 1. Tikintiyə vərəsəlik hüququ 

Maddə 250. Tikintiyə vərəsəlik hüququ anlayışı 

250.1. Torpaq sahəsi elə yüklü ola bilər ki, onun üstündə və ya altındakı binaya malik 

olmaq hüququ—özgəninkiləşdirilən və vərəsəlik üzrə keçən hüquq xeyrinə yükləmə 

aparılan şəxsə mənsub olar. Tikintiyə vərəsəlik hüququ daşınmaz əmlakın dövlət 

reyestrində qeydə alınır. 

250.2. Tikintiyə vərəsəlik hüququ tikinti üçün zəruri olmayan, lakin binadan daha yaxşı 

istifadə etməyə imkan verən torpaq sahəsi hissəsinə şamil edilə bilər. 

250.3. Tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşması ilə 

müəyyənləşdirilir, lakin doxsan doqquz ildən çox ola bilməz. 

Maddə 251. Tikintiyə vərəsəlik hüququ haqqında müqavilə 



251.1. Tikintiyə vərəsəlik hüququ haqqında müqavilə notariat qaydasında təsdiqləndikdə 

etibarlıdır. 

251.2. Tikintiyə hüququn məzmunu və həcmi haqqında, məsələn, binaların mövqeyi, 

forması, genişləndirilməsi və təyinatı haqqında, habelə tikinti aparılmamış və həmin 

hüququn həyata keçirilməsi üçün istifadə edilə bilən sahələrdən istifadə haqqında 

müqavilə müddəaları tikintiyə vərəsəlik hüququnu əldə edən hər bir şəxs üçün 

məcburidir. Eyni qayda tikintiyə vərəsəlik hüququ subyektinin müəyyən şərtlər 

yarandıqda bu hüququ daşınmaz əmlakın mülkiyyətçisinə vermək öhdəliyi üçün də 

etibarlıdır. 

Maddə 252. Tikintiyə vərəsəlik hüququ haqqında müqaviləyə xitam verilməsi 

252.1. Əgər tikintiyə vərəsəlik hüququ haqqında müqavilənin qüvvəsinə xitam verilirsə, 

mövcud binalar torpaq sahəsinin mülkiyyətçisinə keçir (mülkiyyətçiyə qayıtma) və onun 

torpaq sahəsinin tərkib hissələrinə çevrilir. 

252.2. Tikintiyə vərəsəlik hüququ onun verildiyi müddət qurtardıqda və ya tərəflər 

qarşılıqlı razılaşmaya gəldikdə ləğv edilir. 

252.3. Əgər tikintiyə vərəsəlik hüququnu əldə etmiş şəxs öz əşya hüququnu kobudcasına 

aşırsa və ya müqavilə öhdəliklərini pozursa, torpaq sahəsinin mülkiyyətçisi tikintiyə 

vərəsəlik hüququnun ondan irəli gələn bütün hüquq və yüklülüklərlə birlikdə ona 

keçməsini tələb edərək həmin hüquqa vaxtından əvvəl xitam verilməsinə nail ola bilər. 

252.4. Torpaq sahəsinin mülkiyyətçisi müqaviləyə xitam verildikdən sonra ona keçən 

binalar üçün tikintiyə vərəsəlik hüququ olmuş şəxsə ağlabatan kompensasiya ödəməlidir. 

Hüquq vaxtından əvvəl qayıtdıqda kompensasiya tikintiyə vərəsəlik hüququ subyektinin 

təqsirli davranışı kompensasiyanın azaldılması üçün əsas kimi nəzərə alınmaqla 

hesablanır. Tikintiyə vərəsəlik hüququ yalnız o halda torpaq sahəsinin mülkiyyətçisinə 

keçir və ya ona xitam verilir ki, kompensasiya ödənilmiş olsun və ya girov qoyulsun. Bu 

kompensasiya tikintiyə vərəsəlik hüququnun girov kimi verildiyi kreditorlar üçün 

qarantiya sayılır, onların razılığı olmadan tikintiyə vərəsəlik hüququnun əvvəlki 

subyektinə kompensasiya ödəmək olmaz. 

252.5. Əgər kompensasiya ödənilmirsə və ya girov qoyulmursa, tikintiyə vərəsəlik 

hüququnun əvvəlki subyekti və ya tikintiyə vərəsəlik hüququnun girov kimi verildiyi 

kreditor tələb edə bilər ki, tikintiyə vərəsəlik hüququnun ləğv edilməsi əvəzinə 

kompensasiya barədə tələbin təmin edilməsi üçün eyni dərəcəli ipoteka qeydə alınsın. 

Qeydiyyat tikintiyə vərəsəlik hüququna xitam verilməsindən ən geci üç ay keçənədək 

aparılmalıdır. 

252.6. Kompensasiyanın miqdarı və müəyyənləşdirilməsi proseduru haqqında, habelə 

kompensasiya vermək vəzifəsinin ləğvi və torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpası 

haqqında tikintiyə vərəsəlik hüququnun əsaslandırılması üçün zəruri olan formada 




Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə