Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə58/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   54   55   56   57   58   59   60   61   ...   190

266.3. Əgər uzufruktuar onun üçün təyin edilmiş ağlabatan müddət ərzində girov 

verməzsə və ya mülkiyyətçinin etirazına baxmayaraq əşyadan qanunsuz istifadəyə son 

qoymazsa, məhkəmə qərar qəbul edənədək onu əşyaya sahiblikdən məhrum etməlidir. 

266.4. Mülkiyyətçi və uzufruktuar istənilən vaxt əşyanın onların hesabına 

qiymətləndirilməsini tələb edə bilərlər. 

266.5. Uzufruktuar özü əşyanı saz saxlamalı və əşyanın adi qaydada saz saxlanmasına aid 

yaxşılaşdırmaları və yeniləşdirmələri müstəqil həyata keçirməlidir. Əgər əşyanın 

qorunması üçün daha mürəkkəb işlərin və ya tədbirlərin görülməsi zəruridirsə, 

uzufruktuar bu barədə mülkiyyətçiyə məlumat verməli və lazım gəldikdə bunların 

mülkiyyətçinin qüvvəsi ilə həyata keçirilməsinə icazə verməlidir. Əgər mülkiyyətçi bunu 

etməzsə, uzufruktuar həmin işləri və tədbirləri mülkiyyətçinin hesabına özü görə bilər. 

266.6. Adi saxlama və təsərrüfat istifadəsi xərclərini, bununla bağlı müvafiq borclar üzrə 

faizləri, habelə vergiləri və rüsumları uzufruktuar ixtiyarlı olduğu müddətə uyğun ödəyir. 

Əgər vergilər və ayırmalar mülkiyyətçidən tutulursa, uzufruktuar onların əvəzini eyni 

həcmdə ödəməlidir. Bütün başqa xərcləri mülkiyyətçi çəkir. 

Maddə 267. Mənzilə uzufruktun xüsusiyyətləri 

267.1. Mənzilə uzufrukt binada və ya onun bir hissəsində mənzilə malik olmaq 

ixtiyarından ibarətdir. O, üçüncü şəxslərə verilə bilməz və vərəsəlik üzrə keçmir. Ona 

istifadə hüququ haqqında müddəalar şamil edilir. 

267.2. Mənzilə uzufrukt adətən uzufruktuarın şəxsi tələbatı ilə müəyyənləşdirilir. Lakin 

o, əgər mülkiyyətçi birbaşa şərt qoymayıbsa, öz ailəsinin üzvlərini və ya binada onunla 

birgə yaşayanları öz mənzilinə götürə bilər. Əgər mənzil hüququ binanın bir hissəsi ilə 

məhdudlaşıbsa, uzufruktuar birgə istifadə üçün nəzərdə tutulan predmetlərdən istifadə 

edə bilər. 

267.3. Əgər uzufruktuarın müstəsna mənzil hüququ varsa, o, mənzilin adi saxlanması 

xərclərini çəkir. Əgər onun birgə istifadəyə hüququ varsa, mənzilin saxlanması xərclərini 

mülkiyyətçi çəkir. 



Maddə 268. Uzufrukta xitam verilməsi 

268.1. Uzufrukta əşya tamamilə məhv olduqda, uzufruktun müddəti bitdikdə, uzufruktuar 

uzufruktdan imtina etdikdə, habelə uzufruktuarın ölümü ilə əlaqədar olaraq, hüquqi 

şəxslər üçün isə onların buraxılması ilə əlaqədar olaraq xitam verilir. 

268.2. Uzufrukt qurtardıqda uzufruktuar əşyanı mülkiyyətçiyə qaytarmağa borcludur. 

268.3. Əgər uzufrukt mülkiyyətlə birlikdə bir şəxsin əlinə düşərsə, uzufrukta xitam 

verilir. 



268.4. Mülkiyyətçi məhv olmuş əşyanı bərpa etməyə borclu deyildir. Əgər o, əşyanı 

bərpa edərsə, əşyaya uzufrukt da bərpa olunur. Əgər məhv olmuş əşyanın əvəzi verilirsə, 

uzufrukt əvəz kimi verilmiş əşyaya keçir. 

12-ci f

əsil. Əşya tə

minat hüququ. Girov v

ə

 ipoteka hüququ 

§ 1. Ümumi müddəalar 

Maddə 269. Girov və ipoteka hüququ anlayışı 

269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya 

hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa 

öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 

269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 

269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya 

hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda 

hüquqların da girov qoyulması mümkündür. 

269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar 

əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 

269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında 

əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur

269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə 

şamil edilir. 

269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və 

ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov 

qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub 

olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün 

qaydada təminat alsın. 

269.8. Bu Məcəllənin 266.6-cı maddəsində müəyyənləşdirilmiş prinsipə əsasən girov 

saxlayanın (ipoteka saxlayanın) hüququ var ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü 

edilmiş əşyanın itirilməsi və ya zədələnməsi üçün, onun kimin xeyrinə 

sığortalanmasından asılı olmayaraq, sığorta ödənişindən təminat alsın, bu şərtlə ki, itki və 

ya zədələnmə girov saxlayanın (ipoteka saxlayanın) cavabdeh olduğu səbəblərdən baş 

verməsin. 

269.9. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün 

verilir. 




269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya 

zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş 

hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda, əvəz almaq tələbinin irəli sürülməsi 

hüququ irəli gəlir. 

269.11. Girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. 

Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya 

mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka 

hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır. (

12



Maddə 270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 



270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 

270.2. Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında 

qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq 

edilir. 


Maddə 271. Girov qoyan (ipoteka qoyan) 

271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. 



Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi 

nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq 

müəyyən edilir. 

271.2. Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 

271.3. Hüququ girov qoyan həmin hüququn mənsub olduğu şəxs ola bilər. (

12



Maddə 272. Girov saxlayan (ipoteka saxlayan) 

Girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin 

icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş 

əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. 



Maddə 273. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın mənimsənilməsinin 

yolverilməzliyi 

Girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş 

əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. 

Maddə 274. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin 

dəyişməsinin nəticələri 

Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi girov 

və ya ipoteka hüququnu dəyişdirmir. 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə