Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli


Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə61/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   57   58   59   60   61   62   63   64   ...   190

Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 

296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya 

hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş 

razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə 

məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov 

saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi 

məhkəmənin qərarı ilə həyata keçirilir. 

296.2. Girov predmetinə tutma məhkəmənin qərarı ilə yalnız aşağıdakı hallarda yönəldilə 

bilər: 

296.2.1. girov müqaviləsinin bağlanması üçün başqa şəxsin razılığı və icazəsi 



tələb olunduqda; 

296.2.2. girov predmeti cəmiyyət üçün mühüm tarixi, bədii və ya mədəni dəyərli 

əşya olduqda. 

Maddə 297. Girov qoyulmuş əşyanın realizə edilməsi (satılması) 

Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış 

yolu ilə realizə edilir (satılır). 

Maddə 298. Girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğin bölüşdürülməsi 

298.1. Girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın 

həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün 

zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ 

girov qoyana verilir. 

298.2. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın 

tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı 

qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu 

halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. 

Maddə 299. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsinə və onun satışına xitam verilməsi 

299.1. Borclu və üçüncü şəxs olan girov qoyan girovla təmin edilmiş öhdəliyi və ya 

öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın 

yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verə bilər. Bu hüququ 

məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 

299.2. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsinə və ya onun satışına xitam 

verilməsini tələb edən şəxs həmin əşyaya tutmanın yönəldilməsi və onun satışı ilə bağlı 

çəkilmiş xərclərin əvəzini girov saxlayana ödəməyə borcludur. 




Maddə 300. Girovun növləri 

300.0. Girov aşağıdakı növlərdə ola bilər: 

300.0.1. saxlanc; 

300.0.2. əşyanın lombardda girovu; 

300.0.3. hüquqların girovu; 

300.0.4. pul vəsaitinin girovu; 

300.0.5. sabit girov; 

300.0.6. dövriyyədəki malların girovu. 



Maddə 301. Saxlanc 

Saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir. 



Maddə 302. Əşyanın lombardda girovu 

302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli 

kreditlərin təmin edilməsi məqsədi ilə girov götürülməsini sahibkarlıq fəaliyyəti 

qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar—

lombardlar həyata keçirə bilərlər. 

302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu 

ilə rəsmiləşdirilir. 

302.3. Saxlanca qoyulan əşyalar lombarda verilir. 

302.4. Lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və 

keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində 

girov qoyanın xeyrinə sığorta etdirməlidir. 

302.5. Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək 

ixtiyarı yoxdur. 

302.6. Lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət 

daşıyır. 

302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş 

müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. 

Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş 




əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, 

ləğv edilir. 

302.8. Lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində 

kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. 



302.8-1. Lombard cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın 

leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi 

ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir. 

302.9. Əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu 

Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir. (

35



Maddə 303. Hüququn girovu 

303.1. Hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o 

cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ

mülkiyyətdəki paya hüquq, borc tələbidir. 

303.2. Müddətli hüquq yalnız onun qüvvədə olma müddəti bitənədək girov predmeti ola 

bilər. 


303.3. Girov qoyulmuş hüququn borclusuna girov haqqında dərhal bildiriş verilməlidir. 

303.4. Dövlət qeydiyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını həyata 

keçirən dövlət orqanında qeydə alındığı andan etibarlıdır. 

303.5. Qiymətli kağızla təsdiqlənmiş hüquq girov qoyularkən o, əgər müqavilədə ayrı 

qayda nəzərdə tutulmayıbsa, girov saxlayana və ya bankın və ya notariusun depozitinə 

verilir. 



Maddə 304. Pul vəsaitinin girovu 

Girov predmeti olan pul vəsaiti bankın və ya notariusun depozit hesabında saxlanılır. Bu 

məbləğin üstünə hesablanan faizlər, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, 

girov qoyana mənsubdur. 



Maddə 305. Sabit girov 

Sabit girov elə girovdur ki, onun predmeti girov saxlayanın qıfılı altında və ya girovu 

ifadə edən nişanlar vurulmaqla, girov qoyanda saxlanılır. 

Maddə 306. Dövriyyədəki malların girovu 

306.1. Dövriyyədəki malların girovu zamanı girov qoyulan mallar girov qoyanda 

saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə ehtiyatları, xammal, 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə