Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli


Maddə 275. Girov və ya ipoteka hüququna xitam verilməsi



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə59/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   55   56   57   58   59   60   61   62   ...   190

Maddə 275. Girov və ya ipoteka hüququna xitam verilməsi 

Girov və ya ipoteka hüququna onların təmin etdiyi tələb ləğv olunduqda xitam verilir. 

(

12



§ 2. Girov 

Maddə 276. Girov predmeti 

276.1. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və 

kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya 

sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt 

olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və 

tələblər girov predmeti ola bilər. 

276.2. Bölünməz əşyalar hissə-hissə girov qoyula bilməz. 

276.3. Əşyanın mülkiyyətçisinin razılığı olmadan icarə hüququnun girov qoyulmasına 

yol verilmir. 

276.4. Azərbaycan Respublikasının dövlətə məxsus aktivləri, onun beynəlxalq ehtiyatları 

və gələcəkdə yarana biləcək aktivləri dövlət borcu və ya dövlət tərəfindən zəmanət 

verilmiş borc üzrə öhdəliklərinin yerinə yetirilməsinin təminatı məqsədilə girov qoyula 

bilməz. (

31



Maddə 277. Ümumi mülkiyyətdə olan əşyanın girov qoyulması 

277.1. Ümumi birgə mülkiyyətdə olan əşya yalnız bütün mülkiyyətçilərin yazılı razılığı 

olduqda girov qoyula bilər. 

277.2. Ümumi paylı mülkiyyətin mülkiyyətçilərindən hər hansı biri ümumi əşyaya 

hüquqdakı payını digər mülkiyyətçilərin razılığı olmadan girov qoya bilər. Girov 

saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o satıldıqda bu Məcəllənin satın 

almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir. 

Maddə 278. Girov hüququnun şamil edildiyi əşya 

Girov saxlayanın girov predmeti olan əşyaya hüququ (girov hüququ), əgər müqavilədə 

ayrı qayda nəzərdə tutulmayıbsa, onun ləvazimatına da şamil edilir. Girov qoyulmuş 

əmlakdan istifadə nəticəsində əldə edilmiş bəhərə, məhsula və gəlirə girov hüququ 

müqavilədə nəzərdə tutulduğu hallarda şamil edilir. 

Maddə 279. Girovla təmin edilən tələb 

Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik 

təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə 



pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov 

qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və 

tutma xərcləri daxildir. 

Maddə 280. Girov müqaviləsi 

280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. 

280.2. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun 

predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti 

göstərilməlidir. 

280.3. Bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında 

təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. 

280.4. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına 

səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. 

Maddə 281. Girov hüququnun əmələ gəlməsi 

281.1. Girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət 

qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. 

281.2. Əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ 

girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikdə 

isə onun bağlandığı an əmələ gəlir. 



Maddə 282. Sonrakı girov 

282.1. Girovda olan əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər. 

282.2. Sonrakı girova onun əvvəlki girov müqavilələri ilə qadağan edilmədiyi halda yol 

verilir. 

282.3. Sonrakı girov zamanı sonrakı girov saxlayanın tələbləri əvvəlki girov saxlayanın 

tələbləri ödənildikdən sonra girov predmetinin dəyərindən ödənilir. 



Maddə 283. Girov qoyulmuş əmlakın saxlanması və salamatlığı 

283.1. Girov qoyulmuş əşyanın kimdə olmasından asılı olaraq girov qoyan və ya girov 

saxlayan, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa: 

283.1.1. girov qoyulmuş əşyanı itirilmə və zədələnmə risklərindən onun tam 

dəyərində, əşyanın tam dəyəri girovla təmin edilən tələbin ölçüsündən artıqdırsa, 

tələbin ölçüsündən az olmayan məbləğdə sığorta etdirməlidir; 




283.1.2. girov qoyulmuş əşyanın salamatlığının təmin edilməsi, o cümlədən 

üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi üçün tədbirlər 

görməlidir; 

283.1.3. girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi təhlükəsi 

yarandıqda digər tərəfi dərhal xəbərdar etməlidir. 

283.2. Girov saxlayan və girov qoyan digər tərəfdə olan girov qoyulmuş əşyanın 

mövcudluğunu, miqdarını, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik 

surətdə yoxlaya bilərlər. 

283.3. Girov saxlayan öz vəzifələrini kobudcasına pozaraq girov qoyulmuş əşyanın 

itirilməsi və ya zədələnməsi təhlükəsini doğurduqda girov qoyan girova vaxtından əvvəl 

xitam verilməsini tələb edə bilər. 

Maddə 284. Girov predmetindən istifadə və ona dair sərəncam verilməsi 

284.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan girov 

predmetindən onun təyinatına uyğun istifadə edə bilər, o cümlədən ondan bəhər və gəlir 

götürə bilər. 

284.2. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov 

saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və 

ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. Girov 

qoyanın girov qoyulmuş əmlakı vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma 

əhəmiyyətsizdir. 

284.3. Girov saxlayan ona verilmiş girov predmetindən yalnız müqavilədə nəzərdə 

tutulan hallarda istifadə edə bilər. Girov qoyanın tələbi ilə o, istifadə haqqında hesabat 

verməlidir. Müqaviləyə əsasən girov saxlayanın üzərinə əsas öhdəliyin ödənilməsi 

məqsədi ilə və ya girov qoyanın mənafeləri üçün girov predmetindən bəhər və gəlir 

götürmək vəzifəsi qoyula bilər. 



Maddə 285. Girov qoyulmuş əşyanın məhv olmasının, itirilməsinin və ya zədələnməsinin 

nəticələri 

285.1. Əgər girov müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyulmuş 

əşyanın təsadüfən məhv olması, itirilməsi və ya təsadüfən zədələnməsi riski girov 

qoyanın üzərinə düşür. 

285.2. Girov saxlayan ona verilmiş girov predmetinin tamamilə və ya qismən məhv 

olması, itirilməsi və ya zədələnməsi üçün, əgər bu Məcəllənin 455-ci maddəsinə uyğun 

olaraq məsuliyyətdən azad edilə biləcəyini sübuta yetirməsə, məsuliyyət daşıyır. 

285.3. Girov saxlayan girov predmetinin ona verildiyi zaman hansı məbləğdə 

qiymətləndirildiyindən asılı olmayaraq girov predmetinin itirilməsinə görə onun həqiqi 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə