Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə56/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   52   53   54   55   56   57   58   59   ...   190

razılaşmalar qəbul edilə və daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına 

bilər. 


252.7. Binanın məhvi tikintiyə vərəsəlik hüququna xitam verilməsinə səbəb olmur

tikintiyə vərəsəlik hüququ olan şəxs ondan imtina edə bilər ki, bunun da nəticəsində ona 

xitam verilir. 

Maddə 253. Tikintiyə vərəsəlik hüququ üçün haqq 

253.1. Daşınmaz əmlakın mülkiyyətçisi tikintiyə vərəsəlik hüququ üçün haqq almaq 

hüququna malikdir. 

253.2. Tikintiyə vərəsəlik hüququna birtərəfli qaydada mülkiyyətçi yalnız iki il ərzində 

ödənişlərin verilməməsi ilə əlaqədar xitam verə bilər. 

253.3. Tikintiyə vərəsəlik hüququ üçün haqq ödənilməsinin təmin edilməsi məqsədi ilə 

torpaq sahəsi mülkiyyətçisinin tikintiyə vərəsəlik hüququnun həmin subyekti barəsində 

ixtiyarı var ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış tikintiyə vərəsəlik 

hüququ üçün girov hüququnu ən çoxu üç illik haqq həcmində qeydə aldırsın. Əgər 

qarşılıqlı öhdəlik bərabər illik haqlar şəklində müəyyənləşdirilməyibsə, bərabər bölgü 

zamanı üç ilə düşən məbləğin girovu üçün qanuni hüquq tələb edilə bilər. 

253.4. Girov hüququ tikintiyə vərəsəlik hüququnun mövcud olduğu dövrdə istənilən vaxt 

qeydə alına bilər və hərracdan açıq satış vasitəsi ilə onun ləğvinə yol verilmir. 

Maddə 254. Tikintiyə vərəsəlik hüququ olan şəxsin torpaq sahəsini satın almaqda üstünlük 

hüququ 

Tikintiyə vərəsəlik hüququ olan şəxs torpaq sahəsini satın almaqda üstünlük hüququna 

malikdir. Torpaq sahəsinin mülkiyyətçisi tikintiyə vərəsəlik hüququnu satın almaqda 

üstünlük hüququna malikdir. 



§ 2. Özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ  

I. Servitut 

Maddə 255. Servitut anlayışı 

255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü 

edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda 

əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən 

hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları 

həyata keçirməyə icazə verilmir. 

255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik

istifadə, sərəncam hüquqlarından məhrum etmir. 




255.3. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. 

255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə 

xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və 

meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə 

bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 

255.5. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına 

servitut vermək hüququna malikdir. 

255.6. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz 

əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. 

255.7. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut 

saxlanılır. 

255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür 

yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs 

binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. 

Şəxsi servitut başqa şəxslərə verilmir. 

Maddə 256. Servitutun qeydə alınması 

256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə 

alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət 

haqqında müddəalar qüvvədədir. 

256.2. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. 

Maddə 257. Servitut tərəflərinin vəzifələri 

257.1. Servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi 

üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə 

etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz 

narahatlıq yaratmasın. 

257.2. Servitutla yüklü olan mülkiyyətçi servitutun həyata keçirilməsinin qarşısını alan və 

ya onu çətinləşdirən heç bir hərəkət etməməlidir. 

Maddə 258. Servitutun məzmunu 

258.1. Servitutun məzmununa servitutun qüvvədə olma müddəti və şərtləri daxildir. 

Servitutla yüklü olan daşınmaz əmlakın planı servitutun yeri göstərilməklə müqaviləyə 

qoşulur. 




258.2. Servitutun məzmunu daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat yazısında 

qeyd olunmalıdır. 

258.3. Qeydiyyat yazısında servitutla yüklü olan daşınmaz əşyanın planı servitutun yeri 

ilə birlikdə göstərilməlidir. 



Maddə 259. İxtiyarlı şəxsin və yüklü olan mülkiyyətçinin hüquqlarının müdafiəsi 

259.1. Əgər servitutun həyata keçirilməsi zamanı ixtiyarlı şəxs hüquqlarının həyata 

keçirilməsində maneələrlə qarşılaşarsa, bunların aradan qaldırılması üçün o, vicdanlı 

sahib ilə eyni hüquqlara malikdir. 

259.2. Əgər servitutun həyata keçirilməsi zamanı ixtiyarlı şəxsin və onun daşınmaz 

əşyasının tələbatı dəyişərsə, yüklü olan mülkiyyətçini əlavə yüklü etmək imkanına yol 

verilmir. 

259.3. Əgər servitutun həyata keçirilməsi üçün qurğu varsa, ixtiyarlı şəxs onun 

saxlanması xərclərini çəkməlidir. Qurğu həm də yüklü olan mülkiyyətçinin mənafelərinə 

xidmət üçün nəzərdə tutulduqda onların hər ikisi qurğunun saxlanması xərclərini öz 

mənafelərinə mütənasib surətdə çəkirlər. 

259.4. Yüklü olan mülkiyyətçi ixtiyarlı şəxsin tələbatını nəzərə alaraq servitutun bir 

yerdən başqa yerə keçirilməsini bu şərtlə tələb edə bilər ki, özünün yerdəyişmədə maraqlı 

olduğunu sübuta yetirsin və yerdəyişmə xərclərini öz öhdəsinə götürsün. 



Maddə 260. İxtiyarlı şəxsin daşınmaz əşyasının bölünməsinin nəticələri 

260.1. Əgər ixtiyarlı şəxsin servitut qoyulmuş daşınmaz əşyası bölünərsə, hər bir 

bölünmüş hissə üçün ayrılıqda servitut müəyyənləşdirilməlidir. Lakin bu qaydaya yalnız 

yüklü olan mülkiyyətçinin vəziyyətini pisləşdirməmək şərti ilə yol verilə bilər. 

260.2. Əgər yüklü olan daşınmaz əşyanın bölünməsi nəticəsində servitut hissələrdən 

yalnız birinə şamil edilirsə, onda servitutun şamil edilmədiyi hissəyə bölgüdən sonra 

servitut təsir göstərmir. 

260.3. Servitutda edilən bütün dəyişikliklər daşınmaz əmlakın dövlət reyestrində qeyd 

edilir. 

260.4. Daşınmaz əmlakın dövlət reyestrinin əməkdaşları ixtiyarlı şəxsə həmin servitutun 

ləğv edilməsi xahişi barəsində məlumat verməli və əgər o buna bir ay ərzində etiraz 

etməzsə, ləğvetməni həyata keçirməlidirlər. 



Maddə 261. Servitut üçün haqq 


Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə