Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə39/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   35   36   37   38   39   40   41   42   ...   190

148.1. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların 

məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən 

edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin 

əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla 

nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət 

orqanlarına və bələdiyyələrə verilir. 

148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya 

daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə 

edilməlidir. (

18



Maddə 149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması 



149.1. Daşınmaz əmlaka hüquqların hüquqi əsas olmadan və ya etibarsız əqd üzrə qeydə 

alınması əsassız qeydiyyat sayılır. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı 

əsassızdırsa, bunu bilən və ya bilməli olan üçüncü şəxs həmin qeydiyyata əsaslana 

bilməz. Belə qeydiyyat nəticəsində hüquqlarına toxunulmuş şəxs bilavasitə vicdansız 

üçüncü şəxsə qarşı iddia ilə müraciət edə bilər. 

149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün 

qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka 

olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi 

haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi 

üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin 

qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. (

12



Maddə 150. Məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi 

150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər 



cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb 

edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən 

müvafiq icra hakimiyyəti orqanının

 vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. 

150.2. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan 

on gün ərzində məhkəməyə şikayət edə bilər. (

2



Maddə 151. Daşınmaz əmlakın dövlət reyestrində düzəliş 

151.1. Daşınmaz əmlakın dövlət reyestrini tərtib edən 

müvafiq icra hakimiyyəti orqanı

 

maraqlı şəxslərin yazılı razılığı olmadan yalnız qanuni qüvvəyə minmiş məhkəmə 



qərarına əsasən reyestrdə dəyişiklik edə bilər. 

151.2. Sadə səhvlər və texniki xətalar xidməti qaydada düzəldilir. (

12



6-



cı fə

sil. Mülkiyy

ə

t hüququnun ümumi müdd

əaları

 


Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 

152.1. Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib 

olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan 

və qorunan hüququdur. 

152.2. Sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi 

cəhətdən təmin edilmiş imkanıdır. 

152.3. İstifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, 

habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən 

fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 

152.4. Sərəncam hüququ—əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi 

cəhətdən təmin edilmiş imkanıdır. 

152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə 

məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib 

ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa 

şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə 

istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü 

şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 

152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; 

bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun 

hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 

152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər 

əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə

istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin 

üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa 

şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 

152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli 

idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun 

etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya 

mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 

152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. 

152.10. Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu 

Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə 

düşür. 

152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, 



mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. 


Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə