Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə37/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   33   34   35   36   37   38   39   40   ...   190

139-1.1.5. «

Daşınmaz əmlakın dövlət reyestri haqqında

» Azərbaycan 

Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları 

tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar 

və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki 

sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi 

müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat 

vəsiqələri; 

139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin 

verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı 

(qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 

139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının 

nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ 

sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; 

139-1.1.8. «

Daşınmaz əmlakın dövlət reyestri haqqında

» Azərbaycan 

Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz 

əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilən sənədlər. (

44



Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı 

prezumpsiyası 

 

Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi 

və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına 

qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu 

qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq 

olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. (

12



Maddə 141. Daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması  

141.1.Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa 

və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun 

deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud 

mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs 

daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə 

hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 

141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın 

dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 

141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi 

məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin 

razılığı ilə həyata keçirilir. (

12




Maddə 142. Daşınmaz əmlakın qeydiyyatı üçün rüsum 

142.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı və bununla bağlı mərzçəkmə 

işləri üçün qanunla müəyyənləşdirilmiş dövlət rüsumu tutulur. 

142.2. Daşınmaz əmlakın dövlət reyestrinin tərtibi ilə bağlı hər cür zərər üçün dövlət 

məsuliyyət daşıyır. Daşınmaz əmlakın dövlət reyestrini tərtib edən 

müvafiq icra 

hakimiyyəti orqanı

 reyestrin düzgün aparılmamasında təqsirli olduqda dövlət həmin 

orqan barəsində reqressant olur. (

12



Maddə 143. Daşınmaz əmlakın dövlət reyestrinin tərtibinə nəzarət 

Daşınmaz əmlakın dövlət reyestrinin tərtibinə müntəzəm nəzarət edilməlidir. Daşınmaz 

əmlakın dövlət reyestrinin yanlış tərtibi və ya orada yanlış qeydlər edilməsi barədə 

şikayətlər məhkəməyə verilir. (

12



Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında 



müqavilələrin notariat qaydasında təsdiqlənməsi 

144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında 

müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya 

dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu 

yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 

144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə 

əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə 

təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin 

qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın 

dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius 

tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki 

göstəricilərinə uyğun təsdiqlənir. 

144.2-1. Notarius daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi 

haqqında müqaviləni təsdiqlədikdən sonra iki iş günü müddətində həmin müqavilənin bir 

nüsxəsini sifarişli poçt göndərişi vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına göndərir. 

144.3. Notarius təsdiq etdiyi müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir. 

Müraciət edən şəxsin istəyi ilə notarius daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat 

barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə 

(zərurət olduqda – bu Məcəllənin 139-1-ci maddəsində nəzərdə tutulmuş hüquqların 

dövlət qeydiyyatı üçün digər əsasları əks etdirən sənədlər), torpaq sahəsinin planı və 

ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın 

(onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun 

ödənilməsi barədə qəbz ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir (bu 

halda bu Məcəllənin 144.2-1-ci maddəsinin müqavilənin nüsxəsinin göndərilməsi ilə 

bağlı müddəaları tətbiq edilmir). 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə