Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə36/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   32   33   34   35   36   37   38   39   ...   190

Hüquqi şəxsin və onu təmsil etmək səlahiyyəti olan şəxsin mövcudluğu qeydiyyat 

şəhadətnaməsi ilə təsdiq edilə bilər. 

Müvafiq icra hakimiyyəti orqanı

 maraqlanan şəxsin 

tələbi ilə hüquqi şəxsin qeydə alındığı və ya qeydə alınmadığı barədə şəhadətnamə 

verməlidir. (

12



Üçüncü bölm



ə. Əmlak və

 

Əşya hüququ

 (

12



)

 

5-ci f

ə

sil. Ümumi müdd

ə

alar 

§ 1. Əşya hüququnun əsas anlayışları 

Maddə 135. Əşya hüququnun obyektləri 

135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və 

qiymətli kağızlar da əşyadır. 

135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 

135.3. Bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla 

müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların 

hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. 

135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su 

obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan 

digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi 

mümkün olmayan obyektlər daşınmaz əşyalardır. 

135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa 



şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb 

etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak 

nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər 

onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq 

tənzimlənir. 

135.6. Əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən 

və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. 

135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi—müəyyən 

əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən 

say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır. 

135.8. Təyinatı istehlak olunmaqdan və ya özgəninkiləşdirilməkdən ibarət olan daşınar 

əşyalar istehlak edilən əşyalardır. 

135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan 

vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak 




barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, 

onun bütün tərkib hissələrinə şamil edilir. 

135.10. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, adi anlamda əşyanın tərkibinə 

daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən 

hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin 

mülkiyyətçisidir. 

135.11. Ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən 

təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə 

tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar əşyanın ləvazimatıdır. Əgər əşya 

ləvazimatdırsa, onun bu keyfiyyəti əsas əşyadan müvəqqəti ayrıldığı halda da saxlanılır. 

Əgər ayrı razılaşma yoxdursa, əşyaya sahiblik onun ləvazimatına da şamil edilir. 

135.12. Əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək 

bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də 

onun mülkiyyətindədir. (

12



Maddə 136. Əşyaların mülki dövriyyəsi 



136.1. Əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi 

məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin 

yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir 

şəxsdən başqasına keçə bilər. 

136.2. Mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış 

əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir. 

136.3. Yalnız dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və ya dövriyyədə 

olmasına xüsusi icazə əsasında yol verilən əşyalar (mülki dövriyyəsi məhdudlaşdırılmış 

əşyalar) qanunla müəyyənləşdirilmiş qaydada təyin edilir. 

Maddə 137. Qeyri-maddi əmlak nemətləri 

Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə 

tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak 

nemətləridir. (

12



Maddə 138. Əşyaların və hüquqların yüklülüyü 



138.1. Əşyanın yüklülüyü—qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər 

hansı formada məhdudlaşdırılmasıdır. 

138.2. Hüququn yüklülüyü—qanun və ya əqd əsasında mülki hüquqların və ya tələblərin 

hər hansı formada məhdudlaşdırılmasıdır. 




§ 2. Əmlak hüquqlarının dövlət qeydiyyatı 

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 

139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların 

məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına 

alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz 

əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə 

alınmalıdır. 

139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət 

qeydiyyatına alınmalıdır. 



139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz 

əmlakın dövlət reyestrində həyata keçirilir. 

139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən 

yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat 

bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən 

istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. 

Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. (

12



49



Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 



139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, 

məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 

aşağıdakılar əsas hesab olunur: 

139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə 

orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan 

daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka 

qoyulmasına dair qəbul olunmuş aktlar; 

139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar 

tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 

139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş 

müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya 

mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə 

olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 

139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 


Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə