Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli


Maddə 230. Yaşayış binasının tərkib hissələrinin vahidləri



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə50/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   46   47   48   49   50   51   52   53   ...   190

Maddə 230. Yaşayış binasının tərkib hissələrinin vahidləri 

Yaşayış binasının ayrı-ayrı tərkib hissələri və ya onların bölümləri xüsusi hüquqların 

obyekti ola bilər; bu hissələr və bölümlər mənzil kimi və ya işgüzar və ya digər 

məqsədlər üçün otaq vahidləri kimi qapalı olmalı və onların öz girişi olmalıdır, lakin 

tərkiblərində ayrı-ayrı yardımçı otaqlar ola bilər. Bu cür vahidlər aşağıda «yaşayış 

binasının tərkib hissələrinin vahidləri» adlandırılır. 



Maddə 231. Yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdə 

hüquqları 

231.1. Əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin 

müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, aşağıdakı 

predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı 

mülkiyyətindədir: 

231.1.1. torpaq və bina tikilməsinə əsas verəcək tikintiyə vərəsəlik hüququ; 

231.1.2. yaşayış binasının və onun tərkib hissələrinin digər mülkiyyətçilərinin 

otaqlarının konstruksiyası, konstruktiv strukturu və möhkəmliyi üçün əhəmiyyət 

daşıyan və binanın zahiri simasını və görkəmini müəyyənləşdirən tikinti 

elementləri; 

231.1.3. digər bu cür mülkiyyətçilərin öz otaqlarından istifadəsinə xidmət üçün 

nəzərdə tutulan qurğular. 

231.2. Binanın digər tikinti konstruksiyaları yaşayış binasının tərkib hissələri 

mülkiyyətçilərinin sonrakı razılaşması ilə əsaslandırma aktında birgə konstruksiyalar elan 

edilə bilər. Belə edilmədikdə ehtimal olunur ki, onlar xüsusi hüquqlara aid edilmişdir. 

Maddə 232. Yaşayış binasının tərkib hissəsini əldə etməkdə üstünlük hüququnun 

məhdudlaşdırılması 

Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi yaşayış binasının tərkib hissəsinin digər 

mülkiyyətçisindən onun payını əldə etmiş və ya sonrakı razılaşma yolu ilə bu cür 

üstünlük hüququnu başqasına vermiş və qabaqcadan onu daşınmaz əmlakın dövlət 

reyestrində qeydə aldırmış üçüncü şəxs barəsində əldə etmədə üstünlük hüququna malik 

deyildir. Eynilə bu şəkildə müəyyənləşdirilə bilər ki, yaşayış binasının tərkib hissəsinin 

özgəninkiləşdirilməsi, onun istifadə hüququ və ya mənzil hüququ ilə yüklü edilməsi, 

habelə kirayəyə verilməsi yalnız o halda hüquqi qüvvəyə malikdir ki, yaşayış binasının 

tərkib hissəsinin qalan mülkiyyətçiləri müvafiq qərar qəbul edərək, onlara məlumat 

verildiyi andan 14 gün ərzində buna etiraz etməsinlər. Əgər etiraz tutarlı əsas olmadan 

verilmişdirsə, etibarlı deyildir. Belə etiraza baxarkən məhkəmə etirazın əleyhdarının 

xahişi ilə onun iddiasının təmin edilməsi barədə sərəncam verir. 



Maddə 233. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququnun qeydə alınması 


233.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət 

reyestrində qeydiyyatla təsbit edilir. Qeydiyyat aşağıdakılar əsasında tələb edilə bilər: 

233.1.1. mülkiyyətçilərin yaşayış binasının tərkib hissəsinə mülkiyyət 

hüququndakı paylarının rəsmiləşdirilməsinə dair müqavilə; 

233.1.2. daşınmaz əmlak mülkiyyətçisinin və ya müstəqil və sürəkli tikinti 

hüququ sahibinin belə mülkiyyətin paylarının yaradılması və onların yaşayış 

binasının tərkib hissəsinə mülkiyyət hüququna rəsmiləşdirilməsi barədə ərizəsi. 

233.2. Əqdin etibarlı olması üçün onun notariat qaydasında təsdiqlənməsi və ya əgər 

vəsiyyətnamə və ya miras bölgüsü haqqında müqavilə varsa, müvafiq forma zəruridir. 

233.3. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququnun əsaslandırılması aktında 

ərazi bölgüsündən başqa, yaşayış binasının hər bir tərkib hissəsinin payı daşınmaz 

əmlakın və ya tikinti hüququnun yüzdə bir və ya mində bir misli ilə göstərilməlidir. 

Payların dəyərinin dəyişdirilməsi üçün yaşayış binasının tərkib hissələri 

mülkiyyətçilərinin yığıncağının razılığı və icazəsi tələb olunur; lakin əgər mülkiyyətçinin 

payı yanlış müəyyənləşdirilmişsə və ya binada və ya onun həndəvərində tikinti 

dəyişiklikləri nəticəsində yanlış olmuşdursa, mülkiyyətçilərdən hər birinin düzəliş 

hüququ vardır. 

Maddə 234. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna xitam verilməsi 

Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna daşınmaz əmlakın və ya tikinti 

hüququnun məhvi ilə və daşınmaz əmlakın dövlət reyestrində qeydlə xitam verilir. Əgər 

bina onun dəyərinin yarısından çox ölçüdə dağılmışdırsa və mülkiyyətçi özü üçün, demək 

olar, dözülməz yüklülüklər olmadan binanın bərpasına qadir deyildirsə, yaşayış binasının 

tərkib hissəsinin istənilən mülkiyyətçisindən mülkiyyət hüququna xitam verilməsi tələb 

edilə bilər, lakin yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri ümumi mülkiyyətə 

sahibliyi davam etdirmək niyyətindədirlərsə, qalan mülkiyyətçilərə peşiman haqqı 

ödəmək yolu ilə hüquqa xitam verilməsinin qarşısını ala bilərlər. 

Maddə 235. Birgə idarəetmə xərcləri 

235.1. Yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin 

yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına 

mütənasib surətdə iştirak etməlidirlər. Mülkiyyətçilərin haqları hesabına ödənilməli olan 

yüklülüklərə və xərclərə o cümlədən aşağıdakılar aiddir: 

235.1.1. torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə 

konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və 

yeniləşdirilməsinə çəkilən xərclər; 

235.1.2. idarəçiyə haqq ödənilməsi də daxil olmaqla, idarəetmə fəaliyyətinə 

çəkilən xərclər; 




Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə