Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli


§ 4. Mülkiyyət hüququnun itirilməsi



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə46/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   42   43   44   45   46   47   48   49   ...   190

§ 4. Mülkiyyət hüququnun itirilməsi 

Maddə 203. Mülkiyyət hüququnun itirilməsi növləri 

203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə 

daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 

203.2. Daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv 

olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, 

sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir. 

203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı 

tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 

203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 

203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın 

özgəninkiləşdirilməsi

203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 

203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 

203.3.5. rekvizisiya; 

203.3.6. müsadirə. 

203.4. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə 

tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir. 

203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin 

ehtiyacları üçün özgəninkiləşdirilməsi 

Azərbaycan Respublikası Konstitusiyasının

 29-cu 

maddəsinin IV hissəsinə əsasən həyata keçirilir. 



Maddə 204. Mülkiyyət hüququndan imtina 

204.1. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi 

üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin 

daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka 

mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz 

əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. 

204.2. Daşınar əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina üçün 

mülkiyyətçi bu barədə yazılı elan verməli və ya həmin əmlaka hər hansı hüququnu 

saxlamaq niyyəti olmadan əmlaka sahiblik etməkdən, ondan istifadə etməkdən və ona 



dair sərəncam verməkdən kənarlaşmasını aşkar göstərən başqa hərəkətləri yerinə 

yetirməlidir. 



Maddə 205. Mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi 

205.1. Mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın 

alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, 

məhkəmə qərarına əsasən həyata keçirilir. 

205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış 

əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam 

verilir. 

Maddə 206. Şəxsin ona mənsub ola bilməyən əmlaka mülkiyyət hüququna xitam verilməsi 

206.1. Əgər qanunun yol verdiyi əsaslara görə şəxsin mülkiyyətinə qanunla ona mənsub 

ola bilməyən əmlak düşmüşsə, həmin əmlakı mülkiyyətçi, qanunla ayrı müddət 

müəyyənləşdirilməyibsə, əmlaka mülkiyyət hüququnun əmələ gəldiyi andan bir il ərzində 

özgəninkiləşdirməlidir. 

206.2. Mülkiyyətçi əmlakı bu Məcəllənin 206.1-ci maddəsində göstərilən müddətlərdə 

özgəninkiləşdirmədikdə, belə əmlak, onun xarakterini və təyinatını nəzərə almaqla

dövlət orqanının ərizəsi üzrə məhkəmənin çıxardığı qərara əsasən məcburi satılaraq satış 

pulu keçmiş mülkiyyətçiyə verilməli və ya dövlət mülkiyyətinə verilərək dəyəri keçmiş 

mülkiyyətçiyə ödənilməlidir. Bu zaman əmlakın özgəninkiləşdirilməsinə çəkilən xərclər 

çıxılır. 

206.3. Əgər qanunun yol verdiyi əsaslara görə fiziki və ya hüquqi şəxsin mülkiyyətinə 

əldə edilməsinə xüsusi icazə tələb olunan və mülkiyyətçiyə belə icazənin verilməsindən 

imtina edilən əmlak düşərsə, bu əmlak həmin mülkiyyətçiyə mənsub ola bilməyən əmlak 

üçün müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirilməlidir. 

Maddə 207. Torpaq sahəsinin alınması ilə əlaqədar orada olan daşınmaz əmlakın 

özgəninkiləşdirilməsi 

207.1. Torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət 

hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları və ya ictimai ehtiyaclar 

üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala 

bilər. 

207.2. Əgər daşınmaz əmlakın alınması tələbi ilə məhkəməyə müraciət edən dövlət 



orqanı sübut etsə ki, torpaq sahəsindən onun alındığı məqsədlər üçün istifadə olunması 

həmin daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən qeyri-mümkündür, bu 

tələb ödənilməlidir. (

12



23



Maddə 208. Təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması 




208.1. Qanuna uyğun olaraq xüsusilə qiymətli və dövlət tərəfindən qorunan sərvətlər 

sırasına daxil edilmiş mədəni sərvətlərin mülkiyyətçisi həmin sərvətləri 

təsərrüfatsızcasına saxlayırsa, bu isə onların öz əhəmiyyətini itirəcəyi qorxusunu 

törədirsə, belə sərvətlər məhkəmənin qərarına əsasən dövlət tərəfindən satınalma yolu ilə 

mülkiyyətçidən alına bilər. 

208.2. Mədəni sərvətlər satın alınarkən onların dəyəri mülkiyyətçiyə tərəflərin 

razılaşması ilə, mübahisə olduqda isə məhkəmə tərəfindən müəyyənləşdirilmiş miqdarda 

ödənilir. 



Maddə 209. Rekvizisiya 

209.1. Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə 

xarakter daşıyan digər hallarda 

müvafiq dövlət orqanlarının

 qərarı ilə mülkiyyətçidən 

əmlak qanunla müəyyənləşdirilmiş qaydada və şərtlərlə, dəyəri mülkiyyətçiyə 

ödənilməklə cəmiyyətin mənafeləri üçün alına bilər (rekvizisiya). 

209.2. Əmlakı rekvizisiya edilmiş şəxs rekvizisiya üçün əsas götürülmüş halların təsiri 

qurtardıqda, əmlakından qalanın qaytarılmasını məhkəmə yolu ilə tələb edə bilər. 

Maddə 210. Mülkiyyət hüququna qanun üzrə xitam verilməsinin nəticələri 

Mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə, bu 

qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın 

dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri 

məhkəmə həll edir. 

Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi 

Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən 

qiymətləndirilir. 

Maddə 212. Müsadirə 

Qanunda nəzərdə tutulmuş hallarda mülkiyyətçidən əmlak, törədilmiş cinayətə görə 

sanksiya kimi məhkəmənin hökmü ilə əvəzsiz alına bilər (müsadirə). 

10-cu f

ə

sil. Mülkiyy

ə

t hüququnun xüsusi növl

ə

ri 

§ 1. Ümumi mülkiyyət 

Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 

213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ 

əsasında mənsubdur. 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə