Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə47/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   43   44   45   46   47   48   49   50   ...   190

213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı 

müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə 

mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 

213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət 

yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 

213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz 

əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin 

mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu 

Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 

213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə 

məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti 

müəyyənləşdirilə bilər. 

213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində 

üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi 

əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 

213.7. Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında 

mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa 

şəkildə yüklü edilə bilər. 

213.8. Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu 

Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin 

üzərinə bərabər şəkildə qoyulur. 

Maddə 214. Paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi 

214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə 

bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar 

bərabər sayılır. 

214.2. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin 

yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların 

paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. 

214.3. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin 

müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr 

etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz 

payının müvafiq surətdə artırılması hüququna malikdir. 

214.4. Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə 

tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr, onları etmiş 

mülkiyyətçinin mülkiyyətinə daxil olur. 




Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam 

verilməsi 

215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün 

mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin 

müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 

215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun 

sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun 

payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq 

əvəz ödəməyi tələb edə bilər. 

215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya 

sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar 

mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya 

məhdudlaşdıra bilməzlər: 

215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə 

üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə 

yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar 

çıxarmasını tələb etmək səlahiyyəti; 

215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq 

üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil 

həyata keçirmək səlahiyyəti. 

215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə 

əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı 

özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün 

iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə 

razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq 

sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə 

bilməzlər. 

215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün 

mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 

215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya 

bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə 

özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 

Maddə 216. Paylı mülkiyyətdə olan əşyanın istifadəsindən bəhər, məhsul və gəlir 

Mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə 

olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə 



daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında 

bölüşdürülür. 



Maddə 217. Paylı mülkiyyətdə olan əmlakın saxlanması xərcləri 

217.1. Paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və 

ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və 

qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir. 

217.2. Mülkiyyətçilərdən birinin zərurət olmadan və qalan mülkiyyətçilərin razılığını 

almadan çəkdiyi xərclərin əvəzi qalan mülkiyyətçilər tərəfindən ödənilməməlidir. Bu 

zaman yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. 

217.3. Mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə əşyanın dəyərini və işlənməyə 

yararlığını qorumaq üçün saxlama, təmir (bərpa) və təzələmə işləri aparıla bilər. 

217.4. Əşyanın dəyərini artırmaq və ya sərfəliyini və işlənməyə yararlığını yüksəltmək 

məqsədi ilə aparılan təzələmə və yenidənqurma işləri üçün eyni zamanda əşyadakı 

payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı zəruridir. 

Əşyanın əvvəlki təyinatı üzrə işlədilməsini və ya istifadəsini iştirakçılardan biri üçün 

əhəmiyyətli dərəcədə və həmişəlik çətinləşdirən və ya sərfəsiz edən dəyişikliklər onun 

razılığı olmadan aparıla bilməz. Əgər dəyişiklik iştirakçıların birindən onun imkanları 

xaricində olan, o cümlədən payının əmlak dəyəri ilə tənasübsüzlüyünə görə imkanları 

xaricində olan xərclər tələb edirsə, dəyişiklik onun razılığı olmadan yalnız o halda həyata 

keçirilə bilər ki, qalan iştirakçıların hamısı onun payına düşən məsrəfləri, bunlar onun 

üçün mümkün olan məbləğdən çoxdursa, öz öhdələrinə götürsünlər. 

217.5. Əşyanın yalnız xarici görünüşünün yaxşılaşdırılması və ya ondan istifadənin 

əlverişliyinin artırılması üçün nəzərdə tutulan tikinti işlərini və ya başqa işləri ancaq 

bütün mülkiyyətçilərin razılığı ilə görməyə icazə verilir. Əgər eyni zamanda əşyadakı 

payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə bu cür 

işlərin görülməsi haqqında sərəncam verilirsə, həmin işlər bununla razılaşmamış 

iştirakçının istəyindən asılı olmayaraq da görülə bilər, bu şərtlə ki, həmin işlərlə əlaqədar 

onun istifadə və sərəncam hüququ həmişəlik məhdudlaşdırılmasın və qalan iştirakçılar 

yalnız müvəqqəti məhdudiyyət üçün ona əvəz ödəsinlər və xərclərin onun payına düşən 

hissəsini öz üzərlərinə götürsünlər. 



Maddə 218. Satın almaqda üstünlük hüququ 

218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı 

mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, 

satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna 

malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı 

mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci 

maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə