Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə49/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   45   46   47   48   49   50   51   52   ...   190

həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, 

yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah 

kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda 

tətbiq edilmir. 

225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə 

onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah 

kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. 

225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz 

əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız 

hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus 

olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin 

etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli 

gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (

12



§ 2. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ 

Maddə 226. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ anlayışı 

226.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz 

mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək 

və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq 

əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə 

etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir

lakin o digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və 

ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya 

zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə 

saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə 

saxlamalıdır. 

226.2. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına 

sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata 

keçirir. 

226.3. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi müqavilə əsasında onu icarəyə 

verə bilər. 

226.4. Yaşayış binalarında sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir. 

Maddə 227. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyəti 

227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox 

mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, 

sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı 

mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. 



227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış 

binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə 

həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda 

verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. (

12



Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 



228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər 

yaşayış binasından istifadə 

(km1)

 hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq 



daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 

228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata 

keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən 

yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə 

(km1)

 

hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin 



məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi 

yolu ilə xitam verilə bilər. 

228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və 

icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə 

hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına 

olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 

228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının 

tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış 

otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin 

hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 



228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə 

üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə 

etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə 

üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək 

ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız 

mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib 

hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da 

saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə 

etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. (

14



Maddə 229. Yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı 

229.1. Yaşayış binasının tərkib hissələrinin fərdi mülkiyyətçilərinin toplusu yaşayış 

binasının tərkib hissələri mülkiyyətçilərinin hüquqi şəxs olmayan yığıncağını təşkil edir. 

229.2. Yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağının ləğvini tələb 

etmək yolverilməzdir. 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə