Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə52/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   48   49   50   51   52   53   54   55   ...   190

sahəsinin və yaşayış binasının birgə hissələrindən, habelə birgə qurğulardan istifadə 

zamanı qanunun göstərişlərinin və evdə yaşayış qaydalarının gözlənilməsinə nəzarət edir. 

237.2. İdarəçi birgə mülkiyyətin idarə edilməsi sahəsində onun qanuni vəzifələri 

dairəsinə daxil olan bütün işlərdə yaşayış binasının tərkib hissələrinin həm bütün 

mülkiyyətçilərini, həm də ayrı-ayrı mülkiyyətçilərini kənarda təmsil edir. Özünün və ya 

qarşı tərəfin başladığı məhkəmə proseslərini aparmaq üçün ona iddianın təmin edilməsi 

barədə sərəncamdan başqa, mülkiyyətçilər yığıncağının qabaqcadan verdiyi səlahiyyət də 

lazımdır. Bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinə ünvanlanmış 

ərizələr, tələblər, məhkəmə qərarları və sərəncamlar idarəçiyə onun yaşayış yeri üzrə və 

ya əşyanın olduğu yer üzrə çatdırıla bilər və həmin andan qüvvəyə minir. 



§ 3. Torpağa mülkiyyət hüququnun xüsusiyyətləri 

Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi 

238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin 

ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə 

verdiyi sənədlər əsasında təyin edilir. 

238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət 

hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı 

sututarlara, meşələrə və bitkilərə də şamil edilir. 

238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və 

digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən 

istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı 

qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. 

238.4. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan 

kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. 

Maddə 239. Torpaq sahəsinə buraxılma 

239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün 

açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan 

təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol 

verdiyi hədlərdə istifadə edə bilər. 

239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun 

mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna 

olmaqla, icazə verilmir. 



Maddə 240. Torpaq sahəsində tikinti 


240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, 

habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və 

qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin 

tikinti aparmasına icazə verə bilər. 

240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış 

binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. 

240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının 

nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. (

12



Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları 



241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən 

icarəsinə verə bilər. 

241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ 

fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət 

orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş 

qaydada verilir. 

241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən 

istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə 

edə bilər. 

241.4. Hüquqi şəxs yenidən təşkil edilərkən ona mənsub torpaq sahəsindən istifadə 

hüququ onun hüquq varisinə keçir. 

Maddə 242. Torpaq sahəsinə sahiblik və ondan istifadə 

242.1. Torpaq sahəsinin mülkiyyətçisi olmayan şəxs ona mənsub olan sahəyə sahiblik və 

ondan istifadə hüquqlarını qanunda və ya mülkiyyətçi ilə müqavilədə müəyyənləşdirilmiş 

şərtlər və hədlər daxilində həyata keçirir. 

242.2. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin 

razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. (

12



Maddə 243. Daşınmaz əmlak mülkiyyətçisinin torpaq sahəsindən istifadə hüququ 



243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin 

əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 

243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə 

keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın 

əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə 

mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz 




əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün 

əsas deyildir. 

243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka 

sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və 

qurğuları uçurmaq hüququna malikdir. (

12



Maddə 244. Torpaq sahəsindən istifadə hüququna xitam verilməsinin nəticələri 

Əgər torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq istifadəçisi arasındakı müqavilədə ayrı 

qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsindən istifadə hüququna xitam verildikdə torpaq 

istifadəçisinin həmin torpaq sahəsində tikdiyi binalara, qurğulara və başqa daşınmaz 

əmlaka mülkiyyət hüququ torpaq sahəsinin mülkiyyətçisinə keçir. 

Maddə 245. Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq 

sahəsinə hüququn keçməsi 

Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya 

qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq 

sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) 

yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. 

(

12





Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 

246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları 

üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «

Torpaqların 

dövlət ehtiyacları üçün alınması haqqında

» Azərbaycan Respublikasının Qanunu ilə 

müəyyən edilmiş qaydada qəbul edilir. 

246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti 

orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 

246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu 

barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 

246.4. «

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında

» Azərbaycan 

Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alqı-satqı müqaviləsi 

bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata 

keçirir: 

246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 

246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri 

hesabına lazımi tədbirləri görür; 


Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə