Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə60/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   56   57   58   59   60   61   62   63   ...   190

dəyəri məbləğində, zədələnməsinə görə isə dəyərinin azaldığı məbləğdə məsuliyyət 

daşıyır. 

285.4. Əgər zədələnmə nəticəsində girov predmeti öz birbaşa təyinatı üzrə istifadə edilə 

bilməyəcək dərəcədə dəyişmişsə, girov qoyan ondan imtina edə bilər və onun itirilməsi 

üçün əvəz tələb edə bilər. Müqavilədə girov saxlayanın girov qoyana girov predmetinin 

itirilməsi və ya zədələnməsi nəticəsində dəyən digər zərərin əvəzini də ödəmək vəzifəsi 

nəzərdə tutula bilər. Girovla təmin edilmiş öhdəlik üzrə borclu olan girov qoyan girov 

predmetinin itirilməsi və ya zədələnməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi 

barədə girov qoyana verdiyi tələbi girovla təmin edilmiş öhdəliyin ödənilməsinə aid edə 

bilər. (


23



Maddə 286. Girov predmetinin dəyişdirilməsi 

Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetinin dəyişdirilməsinə 

girov saxlayanın razılığı ilə yol verilir. 



Maddə 287. Girov predmetinin bərpa və əvəz edilməsi 

Girov predmeti məhv olduqda və ya zədələndikdə və ya ona mülkiyyət hüququna xitam 

verildikdə girov qoyan, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov 

predmetini ağlabatan müddətdə bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz 

etməlidir. 

Maddə 288. Girov saxlayanın girov predmetinə hüquqlarını müdafiə etməsi 

288.1. Girov qoyulmuş əşyanı saxlayan və ya saxlamalı olan girov saxlayan onu 

özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov qoyanın sahibliyindən tələb edə 

bilər. 


288.2. Müqavilə şərtlərinə görə girov saxlayana ona verilmiş girov predmetindən istifadə 

hüququ verildikdə o digər şəxslərdən, o, cümlədən girov qoyandan onun hüququnun hər 

cür pozuntularını aradan qaldırmağı, bu pozuntular sahiblikdən məhrumetmə ilə 

birləşdirilmədikdə belə, tələb edə bilər. 



Maddə 289. Girov qoyulmuş əşyaya mülkiyyət hüququ keçərkən girovun saxlanması 

289.1. Girov qoyulmuş əşyaya mülkiyyət hüququ həmin əşyanın əvəzli və ya əvəzsiz 

özgəninkiləşdirilməsi nəticəsində və ya universal hüquq varisliyi qaydasında girov 

qoyandan başqa şəxsə keçdikdə girov hüququ qüvvədə qalır. Girov qoyanın hüquq varisi 

girov qoyanın yerini tutur və əgər girov saxlayanla razılaşmada ayrı qayda nəzərdə 

tutulmayıbsa, girov qoyanın bütün vəzifələrini daşıyır. 

289.2. Girov qoyanın girov predmeti olan əşyası hüquq varisliyi qaydasında bir neçə 

şəxsə keçdikdə hüquq varislərindən (əmlakı əldə edənlərdən) hər biri girovla təmin 

edilmiş öhdəliyin icra edilməməsinin girovdan irəli gələn nəticələrini həmin əmlakın ona 



keçmiş hissəsinə mütənasib surətdə daşıyır. Lakin girov predmeti bölünməz olduqda və 

ya başqa əsaslara görə hüquq varislərinin ümumi mülkiyyətində qaldıqda onlar birgə 

girov qoyanlar olurlar. 

Maddə 290. Girov qoyulmuş əmlakın məcburi alınmasının nəticələri 

290.1. Girov qoyanın girov predmeti olan əşyaya mülkiyyət hüququna qanunla 

müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada, dövlət ehtiyacları üçün satınalma, 

rekvizisiya və ya milliləşdirmə nəticəsində xitam verildikdə və girov qoyana başqa əşya 

və (və ya) müvafiq əvəz verildikdə girov hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir 

və ya müvafiq surətdə, girov saxlayan girov qoyana çatası əvəzin məbləğindən öz 

tələbinin üstün ödənilməsi hüququnu əldə edir. 

290.2. Girov predmeti olan əşya tutmanın ona yönəldilməsi və ya cinayət törətmək 

üstündə sanksiya şəklində girov qoyandan qanunla müəyyənləşdirilmiş qaydada alındıqda 

girov saxlayan həmin əşyanın dəyərindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə 

edir. 

290.3. Girov predmeti olan əşyanın mülkiyyətçisinin əslində digər şəxs olması əsasında 



həmin əşya girov qoyandan alındıqda bu əmlak barəsində girova xitam verilir. 

290.4. Bu maddədə nəzərdə tutulan hallarda girov saxlayan girovla təmin edilmiş 

öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. (

12



23



Maddə 291. Girov müqaviləsi üzrə hüquqların güzəşt edilməsi 

291.1. Girov saxlayan kreditorun hüquqlarının tələbin güzəşti yolu ilə verilməsi 

qaydalarını gözləməklə, girov müqaviləsi üzrə öz hüquqlarını başqa şəxsə verə bilər. 

291.2. Girov saxlayanın girov müqaviləsi üzrə öz hüquqlarını başqa şəxsə güzəşt etməsi 

bu şərtlə etibarlıdır ki, girovla təmin edilmiş əsas öhdəlik üzrə borcluya qarşı tələb 

hüquqları da həmin şəxsə güzəşt edilsin. (

12



Maddə 292. Girovla təmin edilmiş öhdəlik üzrə borcun keçirilməsi 

Girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, əgər girov qoyan yeni 

borclunun əvəzinə cavabdeh olacağı barədə kreditora razılıq verməyibsə, girova xitam 

verilir. 



Maddə 293. Girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrası və girov qoyulmuş əmlaka 

tutmanın yönəldilməsi 

293.1. Aşağıdakı hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl 

icrasını tələb edə bilər: 



293.1.1. girov predmeti onu saxlayan girov qoyanın sahibliyindən girov 

müqaviləsinin şərtlərinə uyğun olmayaraq çıxdıqda; 

293.1.2. girov qoyan girov predmetinin əvəz edilməsi qaydalarını pozduqda; 

293.1.3. əgər girov qoyan bu Məcəllənin 287-ci maddəsində nəzərdə tutulan 

hüquqdan istifadə etməyibsə, girov predmeti girov saxlayanın cavabdeh olmadığı 

səbəblərdən itirildikdə. 

293.2. Aşağıdakı hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl 

icrasını tələb edə bilər, tələbi yerinə yetirilmədikdə isə tutmanı girov predmetinə yönəldə 

bilər: 

293.2.1. girov qoyan sonrakı girov qaydasını pozduqda; 



293.2.2. girov qoyan bu Məcəllənin 283.1 və 283.2-ci maddələrində nəzərdə 

tutulan vəzifələri yerinə yetirmədikdə; 

293.2.3. girov qoyan girov qoyulmuş əşyadan istifadə və ona dair sərəncam 

verilməsi qaydalarını pozduqda. 



Maddə 294. Girova xitam verilməsi 

294.1. Girova aşağıdakı hallarda xitam verilir: 

294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə

294.1.2. bu Məcəllənin 283.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda 

girov qoyanın tələbi ilə; 

294.1.3. əgər girov qoyan bu Məcəllənin 288.2-ci maddəsində nəzərdə tutulan 

hüquqdan istifadə etməyibsə, girov qoyulmuş əşya məhv olduqda və ya girov 

qoyulmuş hüquqa xitam verildikdə

294.1.4. girov qoyulmuş əmlak açıq hərracdan satıldıqda. 

294.2. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə 

girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov 

qoyana qaytarmağa borcludur. 



Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları 

Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya 

borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə 

və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 




Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə