182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya
iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu
əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər
auksionda özgəninkiləşdirilmiş pula, qiymətli kağızlara və əşyalara tətbiq olunmur.
Maddə 183. Mülkiyyətin qiymətli kağızlar vasitəsi ilə verilməsi
Mülkiyyətin əldə edənə keçməsi üçün əşyanın verilməsi əvəzinə qiymətli kağız verilməsi
məcburidirsə, özgəninkiləşdirənin qiymətli kağızı əldə edənə verdiyi andan mülkiyyət
əldə edənə keçmiş sayılır.
Maddə 184. Sahibsiz daşınar əşyaya mülkiyyətin əldə edilməsi
184.1. Əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan
edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını
pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir.
184.2. Əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş
mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya
sahibsiz sayılır.
Maddə 185. Mülkiyyətçinin imtina etdiyi daşınar əşya
185.1. Mülkiyyət hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin atdığı və ya digər
şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə
bilər.
185.2. Mülkiyyətində, sahibliyində və ya istifadəsində torpaq sahəsi, sututar və ya başqa
obyekt olan şəxs, əgər orada dəyəri əlli beş manatdan aşkar aşağı olan atılmış əmlak və
ya atılmış metal qırıntıları, zay məhsul, faydalı qazıntıların çıxarılması zamanı əmələ
gələn təpəciklər, istehsal tullantıları və başqa tullantılar varsa, həmin əmlakdan istifadəyə
başlamaqla və ya əmlakı mülkiyyətə yönəltdiyini göstərən digər hərəkətlər etməklə, onu
öz mülkiyyətinə yönəltmək hüququna malikdir.
185.3. Atılmış başqa əmlak ona sahibliyə başlamış şəxsin mülkiyyətinə o zaman daxil
olur ki, bu əmlak həmin şəxsin ərizəsi ilə məhkəmə tərəfindən sahibsiz hesab edilir. (
32
)
Maddə 186. Tapıntı
186.1. İtirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə,
səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və
həmin əşyanı verməlidir.
186.2. Əşyanı tapan şəxsə mülkiyyətçinin məlum olduğu və ya mülkiyyətçinin əşyaya
hüququnun artıq polisə bildirildiyi hallar istisna olmaqla, əşyanı tapan şəxs bu barədə
xəbər verdiyi vaxtdan bir illik müddət keçdikdən sonra tapıntıya mülkiyyət hüququ əldə
edir. Mülkiyyət hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya bütün başqa
hüquqlara xitam verilir.
186.3. Səlahiyyətli şəxs tapılmış əşyanı qəbul edirsə, onu tapan şəxs tapılmış əşyanın
dəyərinin beş faizinədək miqdarda bəxşiş tələb edə bilər. Bundan başqa, əşyanı tapan
şəxs səlahiyyətli şəxsdən həmin əşyanın saxlanması xərclərinin əvəzini ödəməyi də tələb
edə bilər. Əmlakı tapan tapıntı barədə məlumat verməmişsə və ya onu gizlətməyə cəhd
göstərmişsə, bəxşiş almaq hüququ əmələ gəlmir.
186.4. Əşyanı tapan şəxs mülkiyyətdən imtina edirsə, səlahiyyətli orqan bir il keçdikdən
sonra əşyanı auksionda sataraq fayda götürə bilər və ya söhbət azqiymətli əşyadan
gedirsə, onu pulsuz özgəninkiləşdirə bilər və ya məhv edə bilər.
186.5. Əgər tapıntı heyvan və ya tez xarab olan əşyadırsa, yaxud saxlanması böyük xərc
tələb edən əşyadırsa, bir illik müddət tətbiq olunmur və onların özgəninkiləşdirilməsi
nəticəsində əldə edilmiş məbləğ mülkiyyətçiyə qaytarılır.
Maddə 187. Dəfinə
187.1. Dəfinə, yəni torpağa basdırılmış və ya başqa üsulla gizlədilmiş pul və ya digər
əşya bunların mülkiyyətçisini müəyyənləşdirmək mümkün olmadıqda, dəfinənin
gizlədildiyi əmlakın (torpaq sahəsinin, tikilinin və s.) mənsub olduğu şəxslə dəfinəni
aşkar etmiş şəxsin mülkiyyətinə, həm də, əgər onların razılaşması ilə ayrı qayda
müəyyənləşdirilməyibsə, bərabər paylar şəklində daxil olur.
187.2. Dəfinə onun gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinin
razılığı olmadan qazıntı aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə,
həmin torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinə verilməlidir.
187.3. Aşkar edilən dəfinə tarix və ya mədəniyyət abidələrinə aid elmi dəyərli əmlak
olduqda, dövlət mülkiyyətinə verilməlidir. Bu zaman dəfinənin gizlədildiyi torpaq
sahəsinin və ya digər əmlakın mülkiyyətçisi və dəfinəni aşkar etmiş şəxs birlikdə
dəfinənin dəyərinin əlli faizi miqdarında bəxşiş almaq hüququna malikdirlər. Bu şəxslərin
razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bəxşiş onların arasında bərabər
bölünür.
187.4. Belə dəfinə onun gizlədildiyi əmlakın mülkiyyətçisinin razılığı olmadan qazıntı
aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə, bəxşiş bütünlüklə əmlakın
mülkiyyətçisinə verilir.
187.5. Bu maddənin qaydaları dəfinə aşkar etmək üçün qazıntı və axtarış aparılması əmək
və ya qulluq vəzifələrinə aid olan şəxslərə tətbiq edilmir.
Maddə 188. Emal
188.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, şəxsin özünə mənsub olmayan
materialların emalı yolu ilə hazırladığı yeni daşınar əmlaka mülkiyyət hüququnu
materialların mülkiyyətçisi əldə edir. Emalın dəyəri materialların dəyərindən əhəmiyyətli
dərəcədə yüksək olduqda, yeni əmlaka mülkiyyət hüququnu vicdanla hərəkət edərək,
materialları özü üçün emal etmiş şəxs əldə edir.
188.2. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, özünün materiallarından
hazırlanmış əmlaka mülkiyyət hüququ əldə edən mülkiyyətçi emalın dəyərini emal edən
şəxsə ödəməlidir, yeni əmlaka mülkiyyət hüququnu emal edən şəxs əldə etdikdə isə o,
materialların dəyərini mülkiyyətçisinə ödəməlidir.
188.3. Materialları emal etmiş şəxsin vicdansız hərəkətləri nəticəsində onları itirən
materialların mülkiyyətçisi yeni əmlakın öz mülkiyyətinə verilməsini və ona vurulan
zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (
12
)
Maddə 189. Yığılması hamıya müyəssər olan əmlakın mülkiyyətə götürülməsi
Qanunvericiliyə, mülkiyyətçinin verdiyi ümumi icazəyə və ya yerli adətə uyğun olaraq
meşələrdə, sututarlarda və ya başqa ərazidə giləmeyvə yığılmasına, balıq tutulmasına,
heyvan ovuna və ya hamıya müyəssər olan digər əmlakın yığılmasına yol verildiyi
hallarda müvafiq əmlaka mülkiyyət hüququnu onu yığan və ya ovlayan şəxs əldə edir.
Maddə 190. Torpaq sahəsinin tərkib hissəsinə mülkiyyətin əldə edilməsi
Daşınar əşyanın torpaq sahəsi ilə bağlılıq tərzi onu həmin sahənin tərkib hissəsinə
çevirmişsə, bu Məcəllənin 135.10-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin
mülkiyyətçisi eyni zamanda həmin əşyanın da mülkiyyətçisi olur.
Maddə 191. Birləşmə nəticəsində yaranan əşyaya birgə mülkiyyət
191.1. Daşınar əşyaların bir-birinə bağlılığı nəticəsində onlar yeni vahid əşyanın tərkib
hissələrinə çevrildikdə və ya daşınar əşyalar birləşdikdə, onların əvvəlki sahibləri bu yeni
əşyanın mülkiyyətçiləri olurlar. Paylar həmin əşyaların birləşməzdən əvvəlki dəyərinə
uyğun müəyyənləşdirilir.
191.2. Əşyalardan biri bərqərar olmuş rəyə görə baş əşya sayılırsa, onun mülkiyyətçisi
həmin əşyanın ləvazimatına da mülkiyyət əldə edir.
Maddə 191-1. Yeni mülkiyyətçiyə qarşı zərərin əvəzinin ödənilməsi tələbi
191-1.1. Bu Məcəllənin 188-ci, 190-cı və 191-ci maddələrinə müvafiq olaraq mülkiyyətini
itirən və ya hüquqları başqa qaydada pozulan şəxs mülkiyyətçi olmuş şəxsdən zərərin
əvəzinin ödənilməsini tələb edə bilər. Əvvəlki vəziyyətin bərpa olunması tələbi yol
verilməzdir.
Dostları ilə paylaş: |