Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli


Maddə 153. Mülkiyyət hüququnun subyektləri



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə40/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   36   37   38   39   40   41   42   43   ...   190

Maddə 153. Mülkiyyət hüququnun subyektləri 

153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun 

subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 

153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində 

ola bilən əmlak növləri müəyyənləşdirilir. 

153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və 

ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, 

əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona 

xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 

153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 



Maddə 154. Fiziki və hüquqi şəxslərin mülkiyyət hüququ 

154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən 

əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində 

istənilən əmlak ola bilər. 

154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik 

yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi 

şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. 

154.3. Kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri onların təsisçilərinin 

(iştirakçılarının, üzvlərinin) maya və ya haqq kimi onlara verdikləri əmlakın, habelə 

həmin hüquqi şəxslərin başqa əsaslar üzrə əldə etdikləri əmlakın mülkiyyətçiləridir. 



Maddə 155. Dövlət mülkiyyəti hüququ 

155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət 

mülkiyyətidir. 

155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və 

digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 

155.3. Dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir. 

155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada 

dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. 



Maddə 156. Bələdiyyələrin mülkiyyət hüququ 

156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. 




156.2. Yerli büdcənin vəsaiti bələdiyyənin mülkiyyətidir. 

Maddə 157. Mülkiyyətin müdafiəsi 

157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 

157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 

157.3. Əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və 

əldə edən bunu bilmədikdə və bilə bilmədikdə (vicdanlı sahib) mülkiyyətçi bu əmlakı 

əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak mülkiyyətçinin özü tərəfindən və ya 

mülkiyyətçinin sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən 

oğurlanmış olsun və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların 

sahibliyindən çıxmış olsun. Əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən 

əvəzsiz əldə edildikdə mülkiyyətçi əmlakı bütün hallarda tələb edə bilər. Pul, habelə adsız 

qiymətli kağızlar vicdanlı əldə edəndən geri tələb oluna bilməz. 

157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan 

məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb 

edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son 

qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 

157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu 

şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda 

(vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya 

götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə 

bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya 

bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə 

məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin 

qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa, vicdansız sahib 



əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. 

Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən 

əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 

157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin 

mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin 

ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 

157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını 

özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı 

sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi 

məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 

157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə 

nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 




157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «

Torpaqların 

dövlət ehtiyacları üçün alınması haqqında

» Azərbaycan Respublikasının Qanunu ilə 

nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin 

çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin 

təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət 

əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. (

5



10

12



23



36

46





Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 

158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 

158.1.1. girov hüququ

158.1.2. əmlakdan istifadə hüququ; 

158.1.3. servitutlar. 

158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola 

bilər. 

158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər 



əmlak hüquqlarının xitamına səbəb olmurbu şərtlə ki, əldə edən şəxs əmlakın 

yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun.

158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən 

mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. (

12



7-ci f

ə

sil. Sahiblik hüququ 

Maddə 159. Əşyaya sahiblik 

Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 



Maddə 160. Vasitəsiz və vasitəli sahiblik 

Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün 

kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə 

vasitəsiz sahibdir. 



Maddə 161. Özgə əşyasının sahibi və öz əşyasının sahibi 

Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər 

hansı başqa sahibi özgə əşyasının sahibidir. 

Maddə 162. Sahibliyin müvəqqəti kəsilməsi 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə