148.1. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların
məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən
edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin
əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla
nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət
orqanlarına və bələdiyyələrə verilir.
148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya
daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə
edilməlidir. (
18
)
Maddə 149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması
149.1. Daşınmaz əmlaka hüquqların hüquqi əsas olmadan və ya etibarsız əqd üzrə qeydə
alınması əsassız qeydiyyat sayılır. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı
əsassızdırsa, bunu bilən və ya bilməli olan üçüncü şəxs həmin qeydiyyata əsaslana
bilməz. Belə qeydiyyat nəticəsində hüquqlarına toxunulmuş şəxs bilavasitə vicdansız
üçüncü şəxsə qarşı iddia ilə müraciət edə bilər.
149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün
qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka
olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi
haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi
üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin
qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. (
12
)
Maddə 150. Məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi
150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər
cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb
edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət
reyestrini tərtib edən
müvafiq icra hakimiyyəti orqanının
vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir.
150.2. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan
on gün ərzində məhkəməyə şikayət edə bilər. (
2
)
Maddə 151. Daşınmaz əmlakın dövlət reyestrində düzəliş
151.1. Daşınmaz əmlakın dövlət reyestrini tərtib edən
müvafiq icra hakimiyyəti orqanı
maraqlı şəxslərin yazılı razılığı olmadan yalnız qanuni qüvvəyə minmiş məhkəmə
qərarına əsasən reyestrdə dəyişiklik edə bilər.
151.2. Sadə səhvlər və texniki xətalar xidməti qaydada düzəldilir. (
12
)
6-
cı fə
sil. Mülkiyy
ə
t hüququnun ümumi müdd
əaları
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu
152.1. Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib
olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan
və qorunan hüququdur.
152.2. Sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi
cəhətdən təmin edilmiş imkanıdır.
152.3. İstifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin,
habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən
fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
152.4. Sərəncam hüququ—əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi
cəhətdən təmin edilmiş imkanıdır.
152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə
məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib
ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa
şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə
istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü
şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir;
bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun
hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər
əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə,
istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin
üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa
şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.
152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli
idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun
etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya
mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir.
152.10. Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu
Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə
düşür.
152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır.