127.1.3. kitabdan kitaba keçirilmək üçün ilkin sənədlər (əsaslandırıcı mühasibat
sənədləri).
127.2. Saxlanma müddəti müvafiq təsərrüfat kitabında sonuncu qeydiyyatın aparıldığı,
inventar siyahısının tərtib edildiyi, ilkin və ya illik balansın qəbul edildiyi, təsərrüfat
məktubunun alındığı və ya göndərildiyi və ya əsaslandırıcı sənədin yaradıldığı təqvim
ilinin sonundan başlanır.
Maddə 128. Hüquqi şəxsin sənədlərinin təqdim edilməsi
128.1. Təsərrüfat kitablarının tərtibi, inventar siyahısının, habelə illik balansın tutulması
ilə əlaqədar hüquqi şəxsin icra etməli olduğu bütün vəzifələri hüquqi şəxsin qanuni
təmsilçiləri icra etməlidirlər. Əgər bunun üçün bir neçə şəxs cavabdehdirsə, onlardan hər
biri birinci cümlədən irəli gələnləri icra etməyə borcludur.
128.2. Hüquqi mübahisələr olduqda məhkəmə ərizəyə əsasən və ya öz mülahizəsi ilə
tərəflərdən birinin bu Məcəllənin 127.1.1, 127.1.2 və 127.1.3-cü maddələrində
göstərilmiş sənədlərinin təqdim olunmasını tələb edə bilərlər. Hüquqi mübahisədə belə
sənədlər təqdim edildikdə onların məzmununa, əgər bu, mübahisə predmetinə toxunursa,
tərəfləri cəlb etməklə baxılır və zərurət olduqda çıxarışlar edilir. Kitabların qalan
məzmunu məhkəmə qarşısında onların lazımınca tərtib edilib-edilmədiyinin yoxlanılması
üçün zəruri olan dərəcədə açılır. Əmlak mübahisələri, o cümlədən vərəsəlik və əmlak
bölgüsü haqqında işlər zamanı məhkəmə ticarət kitablarının tam məzmunu ilə tanış
olmaq üçün onların təqdim olunması barədə sərəncam verə bilər.
§ 5. Hüquqi şəxslərin dövlət reyestri
Maddə 129. Hüquqi şəxslərin dövlət reyestrinin aparılması
129.1. Hüquqi şəxslərin dövlət reyestrini
müvafiq icra hakimiyyəti orqanı
mərkəzləşdirilmiş qaydada illər üzrə və Azərbaycan Respublikasının hər bir inzibati ərazi
vahidi üzrə , habelə digər meyarlar üzrə aparır. Zərurət olduqda hüquqi şəxslərin dövlət
reyestrinin filialları yaradıla bilər.
129.2. Hüquqi şəxslərin qeydə alınması məqsədi ilə bütün ərizələr hüquqi şəxslərin
dövlət reyestrini aparan orqana verilir. (
10
)
Maddə 130. Qeydə alınmalı faktlar və saxlanmağa verilən sənədlər
130.1. Dövlət reyestrində hüquqi şəxslərin onların qeydiyyatı ilə əlaqədar yazıda
aşağıdakı məlumatlar göstərilməlidir:
130.1.1. hüquqi şəxsin adı (firma);
130.1.2. hüquqi şəxsin yerləşdiyi yaşayış məntəqəsi;
130.1.3. hüquqi şəxsin təşkilati-hüquqi forması;
130.1.4. maliyyə ili;
130.1.5. hüquqi şəxsin hər bir təsisçisinin soyadı, adı, atasının adı, vətəndaşlığı və
yaşayış yeri;
130.1.6. hüquqi şəxsin hər bir qanuni təmsilçisinin soyadı, adı, atasının adı,
vətəndaşlığı və yaşayış yeri.
130.2. Kommandit ortaqlığında yuxarıda göstərilənlərdən əlavə, hər bir kommanditçinin
mayasının miqdarı haqqında məlumat göstərilməlidir.
130.3. Məhdud məsuliyyətli cəmiyyətdə və ya səhmdar cəmiyyətində yuxarıda
göstərilənlərdən əlavə, kapitalın miqdarı haqqında, hər bir təsisçinin mayasının miqdarı
haqqında məlumatlar və müşahidə şurasının yaradıldığı halda onun hər bir üzvünün
soyadı, adı, atasının adı, peşəsi və yaşayış yeri göstərilməlidir.
130.3-1. Dövlət reyestrində həmçinin «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər
məlumatlar da əks etdirilməlidir.
130.4. Qeydə alınmış faktın hər bir sonrakı faktik dəyişikliyi hüquqi şəxslərin dövlət
reyestrində qeydə alınmaq üçün təqdim edilməlidir. Dəyişiklik yalnız hüquqi şəxslərin
dövlət reyestrində qeydə alındığı andan hüquqi qüvvəyə minir.
130.5.
Müvafiq icra hakimiyyəti orqanı
qeydiyyat üçün lazımi məlumatların təqdim
edilməsi və ya hüquqi şəxslərin dövlət reyestrinə sənədlərin təqdim edilməsi vəzifələrini
yerinə yetirməyən şəxslərdən bu vəzifələri yerinə yetirməyi tələb edə bilər. (
10
)
Maddə 131. Hüquqi şəxslərin qeydə alınması barədə ərizə
131.1. Dövlət reyestrində hüquqi şəxsin qeydə alınmasına dair ərizə imzalanmış yazılı
orijinal və bir surət şəklində təqdim edilir.
Müvafiq icra hakimiyyəti orqanı
ərizəni
aldığını surətdəki qeydlə təsdiq edir.
131.2. Hüquqi şəxslərin qeydiyyatı zamanı
müvafiq icra hakimiyyəti orqanı
hüquqi
şəxsin konkret növünün qeydiyyatı üçün qoyulan şərtlərin yerinə yetirilib-yetirilmədiyini
yoxlamağa borcludur.
131.3. Bütün təsisçilər hüquqi şəxsin qeydə alınması barədə ərizəni imzalamalıdırlar.
131.4. Hüquqi şəxsin qeydə alınması barədə ərizəni, habelə saxlanmaq üçün sənədləri
hüquqi şəxsin qanuni təmsilçiləri təqdim edirlər. Ərizəni və saxlanmaq üçün sənədləri
təqdim edərkən qanuni təmsilçi qeydiyyata verilən faktların və saxlanmağa verilən
sənədlərin düzgünlüyünü təsdiqləyir. Ərizədə qanuni təmsilçinin imzası, habelə
saxlanmaq üçün
müvafiq icra hakimiyyəti orqanına
verilən müəyyən imza xətləri notarius
tərəfindən təsdiqlənməlidir.
Maddə 132. Hüquqi şəxslərin dövlət reyestrində yazılar və qeydiyyat yazısının dərci
132.1. Qeydə alınmış hüquqi şəxs hüquqi şəxslərin dövlət reyestrinə yazılır, qeydiyyata
təqdim edilən sənədlər isə arxivə verilir.
132.2. Hüquqi şəxsi qeydə aldıqdan sonra
müvafiq icra hakimiyyəti orqanı
hüquqi
şəxslərin dövlət reyestrindən çıxarışı ərizəçiyə göndərməlidir. Ərizəçi hüquqi şəxslərin
dövlət reyestrindən çıxarışı yoxlamalı və yanlışlıq tapdıqda bu barədə dərhal müvafiq icra
hakimiyyəti orqanına yazılı məlumat verməlidir.
132.3. Əgər çıxarış göndərildikdən sonra üç həftə ərzində ərizəçi yanlışlıq tapılması halı
barəsində məlumat verməzsə, hüquqi şəxslərin dövlət reyestrindəki yazı Azərbaycan
Respublikasının dövlət qəzetində dərc edilir.
132.4. Hüquqi şəxs qeydiyyat məqsədi ilə yanlış məlumat verərsə, hüquqi şəxsin
təsisçiləri və şərikləri birgə borclular kimi:
132.4.1. çatışmaya bilən haqları verməli;
132.4.2. hüquqi şəxsin yaradılması üçün çəkilən xərclərdən başqa, aldıqları
ödənişlərin əvəzini verməli;
132.4.3. əmələ gələn digər zərəri ödəməlidirlər.
Maddə 133. Hüquqi şəxsin dövlət reyestrindən çıxarılması
133.1. Hüquqi şəxs ləğv edildikdə və ləğvetmə tədbirləri həyata keçirildikdən
sonra onun dövlət reyestrindən çıxarılması üçün «Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanına ərizə ilə müraciət edilməlidir.
133.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı «Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada hüquqi şəxsin dövlət
reyestrindən çıxarılması haqqında qərar qəbul edir və bu barədə müraciət etmiş
şəxslərə məlumat verir. Hüquqi şəxsin ləğv edilməsi barədə reyestrdə müvafiq
qeydlər aparılır. (
10
)
Maddə 134. Hüquqi şəxslərin dövlət reyestrinin aşkarlığı
İstənilən şəxsin ixtiyarı vardır ki, hüquqi şəxslərin dövlət reyestrini gözdən keçirsin və
reyestrdən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etsin.
Dostları ilə paylaş: |