Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə31/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   27   28   29   30   31   32   33   34   ...   190

alınmalıdır; bu qayda həmin risklərin və zərərin yalnız yekun günü ilə illik 

balansın tərtib edildiyi gün arasındakı dövrdə məlum olduğu halda da qüvvədədir; 

121.7.4. mənfəət yalnız o halda nəzərə alınır ki, yekun gününədək o, həqiqətən, 

reallaşmış olsun; 

121.7.5. təsərrüfat ilinin xərcləri və gəlirləri illik balansda verilmiş və ya alınmış 

ödənişlər amili nəzərə alınmadan göstərilir; 

121.7.6. əvvəlki təsərrüfat ili üçün illik balansın tərtibi zamanı istifadə olunmuş 

dəyər qiymətləndirilməsi metodları tətbiq edilməlidir. 

121.8. Yuxarıda göstərilən prinsiplərdən kənara çıxmağa yalnız əsaslandırılmış, müstəsna 

hallarda icazə verilir; bu cür kənaraçıxmalar qoşmada izah edilməli və 

əsaslandırılmalıdır. 

121.9. Balansın aktivlərində və passivlərində maddələrin dəyər qiymətləndirilməsi üçün 

aşağıdakı prinsiplər də tətbiq edilir: 

121.9.1. əmlak obyektləri bu Məcəllənin 121.9.2 və 121.9.3-cü maddələrinə görə 

yol verilən amortizasiya ayırmaları çıxılmaqla, əldə etməyə və ya hazırlamaya 

çəkilmiş xərclər üzrə maksimum qiymətləndirilir; 

121.9.2. əsas kapitalın istifadə müddəti məhdud olan əmlak obyektləri üzrə əldə 

etmə və ya hazırlama xərcləri əvvəlki təsərrüfat ili üçün planlı amortizasiya 

ayırmaları miqdarında azaldılır. Ayrıca təsərrüfat ili üçün tətbiq edilən planlı 

amortizasiya normaları müəyyənləşdirilərkən əldə etmə və ya hazırlama xərcləri 

əmlak obyektindən istifadə ediləcəyinin ehtimal olunduğu təsərrüfat illəri arasında 

bölünməlidir. Əsas kapitalın bütün əmlak obyektləri üzrə, hətta onların istifadəsi 

üçün müddət məhdudiyyəti olsa da, plandankənar amortizasiya ayırmaları həyata 

keçirilərək, əmlak obyektləri ağlabatan kommersiya qiyməti əsas götürülməklə 

yekun günü üçün onlara verilə bilən daha aşağı dəyər üzrə qiymətləndirilə bilər. 

Plandankənar amortizasiya ayırması əmlak obyektinin dəyərinin ehtimal edilən 

sürəkli azalması halında həyata keçirilir; 

121.9.3. dövriyyə kapitalının əmlak obyektləri üzrə amortizasiya ayırmaları ona 

görə aparılır ki, onlar yekun günü üçün birja və ya bazar qiymətindən irəli gələn 

daha aşağı dəyər üzrə qiymətləndirilsin. Əgər birja və ya bazar qiymətini 

müəyyənləşdirmək mümkün deyilsə və əgər əldə etmə və ya hazırlama xərcləri 

yekun günü üçün əmlak obyektlərindən ötrü qəbul edilə bilən dəyərdən 

yüksəkdirsə, amortizasiya ayırmaları həmin dəyərədək həyata keçirilir. Bundan 

başqa, əgər ayırmalar zəruridirsə, onlar ağlabatan kommersiya qiyməti üzrə 

aparılmalıdır ki, gələcəkdə dəyərin azalıb-artması ilə əlaqədar əmlak 

obyektlərinin dəyər qiymətinin dəyişməsinin qarşısı alınsın; 




121.9.4. əsas və dövriyyə kapitalında olan qısamüddətli və ya uzunmüddətli 

tələblər üzrə amortizasiya ayırmaları o halda aparılır ki, bu tələblərin əsasları və 

ya miqdarı barəsində borclunun etirazı vardır və ya borclunun əmlak vəziyyəti ilə 

əlaqədar olaraq onların ödənilməsi təmin edilmir, hüquqi şəxsin isə yetərli 

təminatları yoxdur. Belə tələblər tam miqdarda və ya ən azı ağlabatan 

kommersiya qiyməti əsas götürülməklə ödənilə bilən məbləğədək silinir; 

121.9.5. Bu Məcəllənin 121.9.2, 121.9.3 və 121.9.4-cü maddələrinə uyğun aşağı 

dəyər qiymətini amortizasiya üçün əsasların olmadığı halda da saxlamaq 

mümkündür; 

121.9.6. amortizasiya ayırmaları bir də onun üçün həyata keçirilə bilər ki, əsas və 

dövriyyə kapitalının əmlak obyektləri yalnız vergi hüququna müvafiq surətdə yol 

verilə bilən amortizasiya üçün hesabdan silməyə əsaslanan daha aşağı dəyər üzrə 

qiymətləndirilsin; 

121.9.7. hüquqi şəxsin nizamnaməsinə görə şəriklərin göstərdikləri kapital və 

ehtiyatlar nominal məbləğ üzrə qiymətləndirilir; 

121.9.8. öhdəliklər geri ödənişlərin məbləğləri üzrə qiymətləndirilməlidir. Əgər 

öhdəliklər üzrə geri ödənişlərin məbləği xərclərin məbləğindən çoxdursa, yaranan 

fərq aktivlərin ardıcıl hesabat dövrləri arasında məsrəflərin və mədaxilin uçotuna 

hədd qoyan maddəsi kimi qiymətləndirilə bilər və öhdəliyin qüvvədə olduğu dövr 

ərzində eyni ölçülü illik paylar şəklində silinir. 

121.10. Əldə etmə xərcləri əmlak obyektini əldə etmək və onu istismara hazır vəziyyətə 

gətirmək üçün çəkilən xərclərdir, bu şərtlə ki, onlar ayrıca əmlak obyektinə aid edilə 

bilsin. Əldə etmə xərclərinə onlarla bağlı olan yanakı xərclər və əldə etməyə çəkilən 

əlavə xərclər də aiddir. Əldə etmə qiymətinin azalması əldə etmə xərclərindən çıxılır. 

121.11. Hazırlama xərcləri əmlak obyektinin hazırlanması, genişləndirilməsi və ya onun 

ilk vəziyyətindən kənara çıxan dərəcədə xeyli yaxşılaşdırılması üçün malların işlədilməsi 

və xidmətlərin alınması nəticəsində əmələ gələn xərclərdir. Bu xərclərə xammala və 

materiallara çəkilən xərclər, istehsal xərcləri və istehsalın xüsusi xərcləri aiddir. 

Hazırlama xərcləri hesablanarkən onlara, hazırlamaya aid edilə bilmək şərti ilə, zəruri 

olan ümumi maddi məsrəflərin, zəruri olan ümumi istehsal xərclərinin və əsas kapitala 

amortizasiya ayırmalarının ağlabatan hissələri də aid edilə bilər. Ümumi idarəetmə ilə 

bağlı olan pay xərcləri, habelə müəssisənin sosial təsisatlarına, könüllü sosial sığorta və 

müəssisənin pensiya təminatı üzrə ödənişlərə çəkilən xərclər nəzərə alına bilər. Əvvəlki 

iki cümləyə uyğun xərclər yalnız o halda nəzərə alına bilər ki, onlar hazırlama dövrünə 

təsadüf etsin. Satış xərclərini hazırlama xərclərinə daxil etmək olmaz. 

121.12. Borc kapitalı üçün faizləri hazırlama xərclərinə daxil etmək olmaz. Əmlak 

obyektinin hazırlanmasını maliyyələşdirən borc kapitalı faizləri hazırlama dövrünə 

təsadüf etdiyi halda nəzərə alına bilər; belə halda onlar əmlak obyektinin hazırlanmasına 

çəkilən xərclər sayılır. 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə