Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə32/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   28   29   30   31   32   33   34   35   ...   190

121.13. Firma verilərkən hüquqi şəxsin firmanı satın almaq üçün icra etdiyi qarşılıqlı 

öhdəliyin verilən firmanın borcları çıxılmaqla ayrı-ayrı əmlak obyektlərinin verildiyi 

məqamdakı dəyərindən çox olan məbləği firmanın dəyəri kimi götürülə bilər. Hər sonrakı 

təsərrüfat ilində silinmə yolu ilə məbləğin dörddə bir hissəsi ləğv edilir. Firmanın 

dəyərinin silinməsi ondan istifadənin ehtimal olunduğu təsərrüfat illəri arasında 

planauyğun şəkildə bölüşdürülə bilər. 

121.14. Lazımi mühasibat uçotu prinsiplərinə uyğun olaraq, eyni növlü əmlak 

obyektlərinin dəyər qiymətləndirilməsi barəsində belə bir ehtimalı ehtiyatda saxlamaq 

olar ki, birincilərin əldə etdikləri və ya hazırladıqları əmlak obyektləri və sonuncuların 

əldə etdikləri və ya hazırladıqları əmlak obyektləri birincilər tərəfindən və ya digər 

müəyyən ardıcıllıqla istifadə edilmiş və ya özgəninkiləşdirilmişdir. 

Maddə 122. Balansın tərtibi 

122.1. Balans hesab formasında tərtib edilir. Yekun gününədək on iki ay ərzində balans 

məbləği və dövriyyədən mədaxili 

müvafiq icra hakimiyyəti orqanının

 müəyyənləşdirdiyi 

son məbləğdən yüksək olmayan hüquqi şəxslər aşağıda hərflərlə və Roma rəqəmləri ilə 

işarələnmiş bəndlərdəki aktivlərdə və passivlərdə verilən maddələri sonrakı bölgünü 

aparmadan yalnız ümumi məbləğdə göstərə bilərlər; tələb edilən ardıcıllıq 

gözlənilməlidir. 

122.2. Balansın aktivlərinə aşağıdakılar daxil edilir: 

A. Əsas kapital: 

A.I. Qeyri-maddi əmlak obyektləri: 

A.I.1. Konsessiyalar, əqli əmək nəticələrinin müdafiəsi hüquqları və oxşar 

hüquqlar və sərvətlər, habelə bu cür hüquqlar və sərvətlər üçün xüsusi 

icazələr (lisenziyalar); 

A.I.2. Firmanın dəyəri; 

A.I.3. Qeyri-maddi əmlak obyektləri üzrə icra edilmiş avans ödənişləri. 

A.II. Əşya şəklində mayalar: 

A.II.1. Torpaq sahələri və onlara bərabər hüquqlar və binalar, o cümlədən 

özgə torpaq sahələrindəki binalar; 

A.II.2. Texniki avadanlıq və maşınlar; 

A.II.3. Digər avadanlıq, firmanın ləvazimatı; 




A.II.4. Əşya şəklində mayalar və tikilməkdə olan avadanlıq üzrə icra 

edilmiş avans ödənişləri. 

A.III. Maliyyə qoyuluşları: 

A.III.1. İqtisadi cəhətdən bağlı firmalarda pay iştirakları; 

A.III.2. Qiymətli kağızlar; 

A.III.3. İqtisadi cəhətdən bağlı firmalara qoyuluşlar; 

A.III.4. Digər qoyuluşlar. 

B. Dövriyyə kapitalı: 

B.I. Ehtiyatlar: 

B.I.1. Xammal, yardımçı və iş materialları; 

B.I.2. Yarımçıq məhsul, yarımçıq xidmətlər; 

B.I.3. Hazır məhsul və mallar; 

B.I.4. İcra edilmiş avans ödənişləri. 

B.II. Tələblər və digər əmlak obyektləri: 

B.II.1. Göndərmə və xidmətlər üzrə tələblər; 

B.II.2. İqtisadi cəhətdən bağlı firmalara tələblər; 

B.II.3. Digər əmlak obyektləri. 

B.III. Qiymətli kağızlar. 

B.IV. Çeklər, kassa nəqdiyyəsi və kredit idarələrindəki nağdsız vəsait. 

C. Ardıcıl hesabat dövrləri arasında məsrəflərin və mədaxilin uçotuna hədd qoyan 

maddələr. 

Ç. Yekun (balans məbləği). 

122.3. Balansın passivlərinə aşağıdakılar daxil edilir: 

A. Öz kapitalı: 




A.I. Nizamnamə kapitalı (tam və kommandit ortaqlıqlarında və kooperativlərdə—

onların üzvlərinin kapital hesablarındakı məbləğ); 

A.II. Kapital ehtiyatı; 

A.III. Mənfəətdən ehtiyata ayırmalar: 

A.III.1. Qanun üzrə ehtiyat; 

A.III.2. Nizamnamə üzrə ehtiyat; 

A.III.3. Mənfəətdən ehtiyata digər ayırmalar; 

A.III.4. Əvvəlki illərdən keçirilmiş mənfəət və ya keçirilmiş zərər; 

A.III.5. İllik artıqlıq və ya illik əskiklik. 

B. Ehtiyata ayırmalar: 

B.1. Vergilərin ödənilməsi üçün ehtiyata ayırmalar; 

B.2. Qeyri-müəyyən öhdəliklərin ödənilməsi üçün ehtiyata ayırmalar. 

C. Öhdəliklər: 

C.1. Borclar; 

C.2. Kredit idarələri qarşısında öhdəliklər; 

C.3. Sifarişlər üzrə alınmış avans ödənişləri; 

C.4. Göndərmə və xidmətlər üzrə öhdəliklər

C.5. Köçürmə veksellərinin ödənişə qəbul edilməsi və öz veksellərinin çıxarılması 

üzrə öhdəliklər; 

C.6. İqtisadi cəhətdən bağlı firmalar qarşısında öhdəliklər; 

C.7. Vergilər və sosial ayırmalar üzrə öhdəliklər; 

C.8. Digər öhdəliklər. 

Ç. Ardıcıl hesabat dövrləri arasında məsrəflərin və mədaxilin uçotuna hədd qoyan 

maddələr. 

D. Yekun (balans məbləği). 



122.4. Əgər hüquqi şəxsin göstərilən maddələrdən birinə aid edilə bilən əmlak obyektləri 

və ya öhdəlikləri yoxdursa, balansda həmin maddəni göstərməmək olar. Əgər əmlak 

obyekti və ya öhdəlik balansın bir neçə maddəsinə uyğun gəlirsə, onların başqa 

maddələrə də mənsub olması göstərildikləri maddədə qeyd edilir. Əvvəlki təsərrüfat 

ilinin sonuna aid müvafiq məbləğ balansda hər maddə üzrə ayrıca qrafada göstərilir. 

122.5. Hüquqi şəxsin təsərrüfat fəaliyyətinin hərəkətə gətirilməsinə və 

genişləndirilməsinə çəkilən xərcləri, əgər onlardan balansda istifadə etmək mümkün 

deyilsə, aktivlərə balans subsidiyası kimi daxil etmək olar. «Təsərrüfat fəaliyyətinin 

hərəkətə gətirilməsi və genişləndirilməsi xərcləri» adlanan həmin maddə balansda əsas 

kapitalın qarşısında göstərilir və qoşmada izah edilir. Əgər belə maddələr balansda 

aktivlər üzrə göstərilirsə, mənfəət yalnız o halda bölüşdürülə bilər ki, bölgüdən sonra 

qalan və istənilən vaxt nağdlaşdırıla bilən mənfəətdən ehtiyata ayırmalar, keçirilmiş 

mənfəət əlavə edilməklə və keçirilmiş zərər çıxılmaqla qiymətləndirmə məbləğindən az 

olmasın. 

122.6. Başqa firmalara qoyulan və həmin firmalarla yaranmış uzunmüddətli əlaqələr 

sayəsində hüquqi şəxsin öz fəaliyyətinə xidmət üçün nəzərdə tutulan paylar həmin 

firmalarda iştirak sayılır. Bu zaman həmin iştirakın qiymətli kağızlarla təsdiq edilib-

edilmədiyi vacib deyildir. Şübhə olduqda səhmdar cəmiyyətlərinə qoyulan, nominal 

məbləğləri bütövlükdə həmin cəmiyyətin nominal kapitalının beşdə bir hissəsini təşkil 

edən paylar iştirak sayılır. 

122.7. Hüquqi şəxsin üçüncü şəxslərə və ya iqtisadi cəhətdən bağlı firmalara uzun 

müddətə, lakin verildiyi andan ən azı iki il müddətinə verdiyi ssudalar qoyuluşlar sayılır. 

Qoyuluş kimi sənəddən sənədə keçirilmə üçün yalnız ssudanın verildiyi ilkin 

şərtləşdirilmiş müddət əsas götürülür. 

122.8. Hüquqi şəxsin öhdəlikləri üzrə şəriklərin kreditorlar qarşısında məsuliyyətinə 

nizamnaməyə əsasən məhdudiyyət qoyan kapital göstərilmiş kapital sayılır. Göstərilmiş 

kapital üzrə verilməmiş mayalar aktivlərdə əsas kapital qarşısında ayrıca göstərilir və 

müvafiq surətdə adlandırılır, o cümlədən verilmiş mayalar qeyd edilir. Zərər nəticəsində 

öz kapitalı tükəndikdə və passivlərin aktivlərdən artıqlığı əmələ gəldikdə, həmin məbləğ 

balansın axırında aktivlərdə «öz kapitalı ilə ödənilməyən əskiklik» adı altında ayrıca 

göstərilir. 

122.9. Kapital ehtiyatları kimi aşağıdakılar göstərilir: 

122.9.1. hüquqi şəxsin səhmləri buraxılarkən, yeni buraxılan səhmlər də daxil olmaqla

nominal məbləğdən artıq əldə edilən məbləğ; 

122.9.2. hüquqi şəxsin səhmlərinin əldə edilməsi üçün konversiya və opsion borc 

istiqrazları buraxılarkən əldə edilən məbləğ; 

122.9.3. öz səhmlərinə görə preferensiyalar üçün şəriklərin verdikləri əlavə ödənişlərin 

məbləği; 




Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə