Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə29/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   25   26   27   28   29   30   31   32   ...   190

113.2. Kooperativin yenidən təşkilinin və ləğvinin başqa əsasları bu Məcəllə ilə 

müəyyənləşdirilir. 



§ 3. Qeyri-kommersiya təşkilatları 

Maddə 114. İctimai birliklər 

114.1. İctimai birliyin təsisçilərinin (iştirakçılarının) ictimai birliyə verdikləri əmlak 

birliyin mülkiyyətidir. İctimai birlik bü əmlakdan onun nizamnaməsində 

müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir. 

114.2. İctimai birliklərin iştirakçıları həmin birliklərin mülkiyyətinə verdikləri əmlaka, o 

cümlədən üzvlük haqlarına hüquqlarını saxlamırlar. Onlar ictimai birliklərin öhdəlikləri 

üçün, ictimai birliklər isə öz iştirakçılarının öhdəlikləri üçün məsuliyyət daşımırlar. 

114.3. İctimai birlik ləğv edildikdə onun əmlakı ictimai birliyin nizamnaməsində 

göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. 

114.4. İctimai birliklərin ayrı-ayrı növlərinin xüsusiyyətləri və hüquqi vəziyyəti bu 

Məcəllə ilə və qanunvericiliklə müəyyənləşdirilir. 

Maddə 115. Fondlar 

115.1. Fond üzvlüyü olmayan, fiziki və (və ya) hüquqi şəxslərin könüllü əmlak haqları 

əsasında təsis etdikləri, sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai faydalı 

məqsədlər güdən təşkilatdır. 



115.1-1. Fond yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır. 

115.2. Fondun təsisçilərinin (təsisçisinin) verdiyi əmlak fondun mülkiyyətidir. Fond 

həmin əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir. 

115.3. Fond öz əmlakından istifadə haqqında hesabatları hər il dərc etməyə borcludur. 

115.4. Təsisçilər yaratdıqları fondun öhdəlikləri üçün, fond isə öz təsisçilərinin 

öhdəlikləri üçün məsuliyyət daşımır. 

115.5. Fondun idarə edilməsi və onun orqanlarının formalaşdırılması qaydası fondun 

təsisçilər tərəfindən təsdiq edilən nizamnaməsi ilə müəyyənləşdirilir. 

115.6. Fondun nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş 

məlumatlardan savayı, fondun «fond» sözü də daxil edilmiş adı, fondun məqsədləri 

haqqında məlumatlar; fondun orqanları haqqında, o cümlədən fondun fəaliyyətinə nəzarət 

edən himayəçilik şurası haqqında, fondun vəzifəli şəxslərinin təyin edilməsi və azad 

edilməsi qaydası haqqında, fondun ləğvi zamanı onun əmlakı barəsində sərəncam 

verilməsi qaydası haqqında məlumatlar göstərilməlidir. 




115.7. Fondların ayrı-ayrı növlərinin, o cümlədən xeyriyyə təşkilatlarının xüsusiyyətləri 

və hüquqi vəziyyəti bu Məcəllə ilə və qanunvericiliklə müəyyənləşdirilir. (

38



Maddə 116. Fondun nizamnaməsinin dəyişdirilməsi və onun ləğv edilməsi 



116.1. Fondun nizamnaməsi fondun orqanları tərəfindən bir şərtlə dəyişdirilə bilər ki, 

nizamnamədə onun bu qaydada dəyişdirilməsi imkanı nəzərdə tutulmuş olsun. Əgər 

nizamnamənin dəyişməz şəkildə saxlanılması fondun təsis edilməsi zamanı qabaqcadan 

nəzərə alınması mümkün olmayan nəticələrə səbəb olarsa, nizamnamədə isə 

nizamnamənin dəyişdirilməsi imkanı nəzərdə tutulmazsa və nizamnamə vəkil edilmiş 

şəxslər tərəfindən dəyişdirilməzsə, dəyişikliklər edilməsi hüququ fondun orqanlarının və 

ya fondun nizamnaməsi ilə onun fəaliyyətinə nəzarət etməyə vəkil edilmiş orqanın 

ərizəsinə əsasən məhkəməyə mənsubdur. 

116.2. Fondun ləğvi haqqında qərarı maraqlı şəxslərin ərizəsinə əsasən yalnız məhkəmə 

qəbul edə bilər. Fond aşağıdakı hallarda ləğv edilə bilər: 

116.2.1. fondun əmlakı onun məqsədlərinin həyata keçirilməsinə kifayət 

etmədikdə və lazımi əmlakın əldə edilməsi ehtimalı real olmadıqda; 

116.2.2. fondun məqsədlərinə çatmaq mümkün olmadıqda, bu məqsədlər isə 

lazımi şəkildə dəyişdirilə bilmədikdə; 

116.2.3. öz fəaliyyətində fond nizamnamədə nəzərdə tutulan məqsədlərdən 

yayındıqda; 

116.2.4. qanunvericilikdə nəzərdə tutulan digər hallarda. 

116.3. Fond ləğv edildikdə onun əmlakı fondun nizamnaməsində göstərilən məqsədlərə, 

bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. 

Maddə 117. Hüquqi şəxslərin ittifaqları 

117.1. Kommersiya təşkilatları özlərinin sahibkarlıq fəaliyyətinin əlaqələndirilməsi, 



habelə ümumi mənafelərin (əmlak mənafeləri daxil olmaqla) təmsil və müdafiə edilməsi 

(o cümlədən dövlət və digər orqanlarda, beynəlxalq təşkilatlarda) məqsədi ilə ittifaqlar 

yarada bilərlər. Əgər iştirakçıların qərarı ilə ittifaqa sahibkarlıq fəaliyyətini həyata 

keçirmək həvalə edilirsə, belə ittifaq bu Məcəllə ilə nəzərdə tutulan qaydada təsərrüfat 

ortaqlığına və ya cəmiyyətə çevrilir və ya sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün 

təsərrüfat cəmiyyəti yarada bilər və ya bu cür cəmiyyətdə iştirak edə bilər. 

117.2. Qeyri-kommersiya təşkilatları özlərinin fəaliyyətinin əlaqələndirilməsi, habelə 

ümumi mənafelərinin təmsil və müdafiə edilməsi məqsədi ilə ittifaqlar yarada bilərlər. 

117.3. İttifaqın iştirakçıları özlərinin müstəqilliyini və hüquqi şəxs hüquqlarını 

saxlayırlar. 



117.4. İttifaqın təsisçilərinin (iştirakçılarının) ona verdikləri əmlak ittifaqın mülkiyyətidir. 

Bu əmlakdan ittifaq onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə 

edir. 

117.5. İttifaq öz iştirakçılarının öhdəlikləri üçün məsuliyyət daşımır. İttifaqın iştirakçıları 



onun öhdəlikləri üçün nizamnamədə nəzərdə tutulan miqdarda və qaydada subsidiar 

məsuliyyət daşıyırlar. 

117.6. İttifaqın adında onun iştirakçılarının fəaliyyətinin əsas predmeti, habelə «ittifaq» 

sözü göstərilməlidir. 

117.7. İttifaq ləğv edildikdə onun əmlakı ittifaqın nizamnaməsində göstərilmiş 

məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. 

117.8. İttifaqların ayrı-ayrı növlərinin xüsusiyyətləri və hüquqi vəziyyəti bu Məcəllə ilə 

və qanunvericiliklə müəyyənləşdirilir. (

2



Maddə 118. İttifaqın nizamnaməsi 



İttifaqın nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan 

savayı, ittifaq iştirakçılarının verdikləri haqların miqdarı, tərkibi və verilməsi qaydası, 

haqq verilməsi öhdəliyini pozmağa görə onların məsuliyyəti haqqında, ittifaqın idarəetmə 

orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində 

qərarların yekdilliklə və ya ittifaq iştirakçılarının şərtləşdirilmiş səs çoxluğu ilə qəbul 

olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında, ittifaqın ləğv edildiyi 

halda onun əmlakı barəsində sərəncam verilməsi qaydası haqqında məlumatlar 

göstərilməlidir. 



Maddə 119. İttifaq iştirakçılarının hüquq və vəzifələri 

119.1. Əgər ittifaqın nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, ittifaq 

iştirakçılarının onun xidmətlərindən əvəzsiz istifadə etmək ixtiyarı vardır. 

119.2. İttifaqın iştirakçısı maliyyə ili qurtardıqda ittifaqdan çıxa bilər. Bu halda o, əgər 

ittifaqın nizamnaməsində ayrı müddət nəzərdə tutulmayıbsa, çıxdığı gündən bir il ərzində 

ittifaqın öhdəlikləri üçün öz haqqına mütənasib subsidiar məsuliyyət daşıyır. İttifaqın 

iştirakçısı ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş hallarda və qaydada digər 

iştirakçıların qərarı ilə ittifaqdan çıxarıla bilər. İttifaqın çıxarılmış iştirakçısının 

məsuliyyəti barəsində ittifaqdan çıxmaya aid qaydalar tətbiq edilir. 

119.3. İştirakçıların razılığı ilə ittifaqa yeni iştirakçı daxil ola bilər. İttifaqa yeni 

iştirakçının daxil olması ittifaqın o daxil olanadək əmələ gəlmiş öhdəlikləri üçün onun 

subsidiar məsuliyyəti ilə şərtləndirilə bilər. 



§ 4. Hüquqi şəxslərin inventar siyahısı, illik balansı və auditi 


Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə