Maddə 142. Daşınmaz əmlakın qeydiyyatı üçün rüsum
142.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı və bununla bağlı mərzçəkmə
işləri üçün qanunla müəyyənləşdirilmiş dövlət rüsumu tutulur.
142.2. Daşınmaz əmlakın dövlət reyestrinin tərtibi ilə bağlı hər cür zərər üçün dövlət
məsuliyyət daşıyır. Daşınmaz əmlakın dövlət reyestrini tərtib edən
müvafiq icra
hakimiyyəti orqanı
reyestrin düzgün aparılmamasında təqsirli olduqda dövlət həmin
orqan barəsində reqressant olur. (
12
)
Maddə 143. Daşınmaz əmlakın dövlət reyestrinin tərtibinə nəzarət
Daşınmaz əmlakın dövlət reyestrinin tərtibinə müntəzəm nəzarət edilməlidir. Daşınmaz
əmlakın dövlət reyestrinin yanlış tərtibi və ya orada yanlış qeydlər edilməsi barədə
şikayətlər məhkəməyə verilir. (
12
)
Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında
müqavilələrin notariat qaydasında təsdiqlənməsi
144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında
müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya
dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu
yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə
əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə
təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin
qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın
dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius
tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki
göstəricilərinə uyğun təsdiqlənir.
144.2-1. Notarius daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi
haqqında müqaviləni təsdiqlədikdən sonra iki iş günü müddətində həmin müqavilənin bir
nüsxəsini sifarişli poçt göndərişi vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına göndərir.
144.3. Notarius təsdiq etdiyi müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir.
Müraciət edən şəxsin istəyi ilə notarius daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat
barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə
(zərurət olduqda – bu Məcəllənin 139-1-ci maddəsində nəzərdə tutulmuş hüquqların
dövlət qeydiyyatı üçün digər əsasları əks etdirən sənədlər), torpaq sahəsinin planı və
ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın
(onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun
ödənilməsi barədə qəbz ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir (bu
halda bu Məcəllənin 144.2-1-ci maddəsinin müqavilənin nüsxəsinin göndərilməsi ilə
bağlı müddəaları tətbiq edilmir).