Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya
sahibliyi ləğv etmir.
Maddə 163. Sahibliyin verilməsi
163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən
əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri
əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə
bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu
barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən
imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər.
163.3. Fraxtverənə və ya anbara verilmiş mallar üçün onları təmsil edən order sənədi
verildikdə bu sənədin verilməsi malın özünün verilməsi sayılır. Əgər həm order sənədini
vicdanlı əldə edən, həm də malı vicdanlı əldə edən varsa, sonuncuya üstünlük verilir.
Maddə 164. Sahibliyin müdafiəsi
164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş
özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc
işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən
çəkinməlidir.
164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını
tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində
səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna
edilir.
Maddə 165. Sahibliyin pozulması
165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan
pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat
olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq
sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə
edildikdə bu cür iddia istisna edilir.
165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib
qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya
pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar
sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il
təşkil edir.
Maddə 166. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi
166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o, əşyaya mülkiyyətçi hüququ
ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o,
mülkiyyətçi olmuşdur.
166.2. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu
əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ
olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində
məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür
hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ
olduğunu ehtimal edə bilməz.
166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia
hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz
əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik
sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə
bilər.
Maddə 167. Vicdansız sahibin əşyanı qaytarmaq vəzifəsi
Əşyanın vicdansız sahibi onu mülkiyyətçisinə qaytarmalı və əşyanı saxlaması ilə bağlı
bütün zərərin əvəzini ödəməli, habelə əldə etdiyi bəhərin əvəzini ödəməlidir. (
12
)
Maddə 168. Vicdanlı sahibin mülkiyyətçi qarşısında məsuliyyətinin olmaması
Əşyanın vicdanlı sahibi öz ehtimal edilən hüququna uyğun olaraq əşyadan fayda
götürdüyünə və ondan istifadə etdiyinə görə ixtiyarlı şəxsə zərərin əvəzini ödəməyə
borclu deyildir. O, əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən şeyin əvəzini ödəməyə
borclu deyildir. (
12
)
8-ci f
ə
sil. Mülkiyy
ə
t hüququnun m
əhdudlaşdırılması
Maddə 169. Mülkiyyət hüququnun məhdudlaşdırılmasının ümumi müddəaları
169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla
bilər.
169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və
başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq
sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər
hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam
ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir.
169.3. Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması
hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə,
o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi
ödənilməklə ondan ayrılsın.
169.4. Əgər şərait dəyişərsə, mülkiyyətçi xəttin onun mənafeyinə uyğun çəkilməsini tələb
edə bilər. Çəkilmənin dəyərini ixtiyarlı şəxs ödəməlidir, lakin xüsusi halların əsas verdiyi
yerlərdə dəyərin ağlabatan hissəsi mülkiyyətçinin hesabına aid edilə bilər.
Maddə 170. Qonşuluq hüququ
170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz
əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda
nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət
bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə
cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır
qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və
xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin.
Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə
axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona
təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması
nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı
torpaq sahəsindən nov çəksin.
170.4. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək
və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya
keyfiyyətini pisləşdirmək yolverilməzdir.
Maddə 171. Qonşu təsirinə dözmək vəzifəsi
171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən
istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə
pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin,
titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz
əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat
fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq
sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün
təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu
hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.
Maddə 172. Mülkiyyətçinin qazıntılar və tikinti işləri ilə vurduğu ziyan
Dostları ilə paylaş: |