öyrənilməsi və artırılması, eləcə də onlardan səmərəli elmi-mədəni
və təsərrüfat fəaliyyəti
üçün istifadəyə verilən torpaq sahələri aiddir.
Maddə 27. Sağlamlaşdırma təyinatlı torpaqlar
1. Sağlamlaşdırma təyinatlı torpaqlara xəstəliklərin profilaktikasının və müalicə işinin
təşkili üçün istifadə edilən və ya edilə bilən, əlverişli təbii müalicə amillərinə malik olan
müalicə-sağlamlaşdırma yerlərinin və kurortların (çimərliklər, mineral su mənbələri,
müalicəvi neft və palçıq yataqları və s.) torpaq sahələri aiddir.
2. Təbii müalicə amillərinin mühafizəsi məqsədi ilə bütün kurortların ərazilərində
müalicə-sağlamlaşdırma yerləri və sanitariya mühafizə dairələri müəyyən edilir. Bu
dairələrin hüdudları daxilində fəaliyyəti təbii müalicə xassələrinin və əhalinin istirahəti
üçün əlverişli şəraitin mühafizəsi ilə bir araya sığmayan müəssisələrin, idarələrin və
təşkilatların istifadəsinə və ya icarəsinə torpaq sahələrinin verilməsi qadağan edilir.
3. Müəyyən edilmiş sanitariya rejimi ilə əlaqədar torpaq sahələrinin təsərrüfat
dövriyyəsindən tam çıxarılması nəzərdə tutulduğu hallar istisna edilməklə, sanitariya
mühafizə zonalarının hüdudlarında olan torpaq sahələri torpaq mülkiyyətçilərindən,
istifadəçilərindən və icarəçilərindən geri alınmır.
Maddə 28. Turizm və rekreasiya təyinatlı torpaqlar
1. Əhalinin istirahətinin, turizm, bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili üçün
nəzərdə tutulan və istifadə edilən torpaqlar turizm və rekreasiya təyinatlı torpaqlar sayılır.
2. Bu torpaqlara ərazisində istirahət evlərinin, pansionatların, kempinqlərin, turist
bazalarının, uşaq turist stansiyalarının, meşə-parkların, şəhərətrafı yaşıllıq zonalarının,
tədris-məşq, turist cığırlarının, nişanlanmış yolların, uşaq və idman düşərgələrinin və bu
kimi digər obyektlərin yerləşdiyi torpaq sahələri aiddir.
3. Üzərindən tədris-məşq və turist cığırlarının, nişanlanmış yolların keçdiyi torpaq
sahələri mülkiyyətçilərdən, istifadəçilərdən və icarəçilərdən geri alınmır, onların razılığı
ilə servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) əsasında istifadə
olunur.
4. Turizm və rekreasiya təyinatlı torpaqlardan təyinatı üzrə istifadə edilməsinə maneçilik
törədən hər hansı fəaliyyət qadağan edilir. (
18
)
Maddə 29. Tarix-mədəniyyət təyinatlı torpaqlar
1. Tarix-mədəniyyət təyinatlı torpaqlara tarix-mədəniyyət qoruqlarının, xatirə parklarının,
qəbiristanlıqların, məzarların, arxeoloji abidələrin və nadir geoloji törəmələrin torpaqları
aiddir.
2. Tarix-mədəniyyət təyinatlı torpaqlarda onların məqsədli təyinatına zidd olan hər hansı
fəaliyyət qadağan edilir.
Maddə 30. Mühafizə və sanitariya zonaları sərhədlərinin müəyyən
edilməsi
1. Mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin
sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, hidrotexniki və
sugötürmə qurğularının, içməli və texniki su təchizatı mənbələrinin ətrafında yaradılır.
2. Mühafizə və sanitariya zonası torpaqlarından istifadə qaydaları, şərtləri və onların
ölçüsü müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir.
VII fəsil. Meşə fondu, su fondu və ehtiyat fondu
torpaqları
Maddə 31. Meşə fondu torpaqları
1. Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə
təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə
fondunun torpaqları hesab edilir.
2. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi
(meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir.
3. Meşə fondu torpaqlarından meşə təsərrüfatını aparmaq üçün meşə təsərrüfatı orqanları,
habelə öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu
torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və
təşkilatları istifadə edirlər.
4. Meşə fondu torpaqlarından qanunvericiliklə müəyyən olunmuş qaydada, meşədə
oduncaq və digər meşə materialları tədarük edən və ya başqa işlər görən (binalar və digər
qurğuların tikilməsi, yolların salınması, elektrik xətlərin çəkilməsi və i.a.) müəssisələrin,
idarələrin, təşkilatların istehsal və digər ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir.
5. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına,
girov qoyulmasına (ipotekasına) və digər əqdlərə, habelə başqa məqsədlər üçün
istifadəsinə yol verilmir.
6. Meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə
Azərbaycan
Respublikasının Meşə Məcəlləsində
nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər.
7. Meşə fondu torpaqları ilə həmsərhəd torpaqların istifadəçiləri öz torpaq sahələrində
meşələrin yanğından və digər fəlakətdən mühafizə edən tədbirlər görməlidirlər.
8. Meşəsi olmayan və meşəsi az olan rayonlarda meşə salmaq, dərə və yarğanların
böyüməsinin qarşısını almaq, qoruyucu meşə zolaqları salmaq, şəhərlərin və sənaye
mərkəzlərinin ətrafında yaşıllıq zonaları yaratmaq məqsədilə meşə fondu torpaqlarının
tərkibinə müəyyən olunmuş qaydada, başqa təyinatlı torpaqlar, ilk növbədə kənd
təsərrüfatına yararsız və ya az yararlı yerlərdən torpaqlar verilə bilər.
9. Meşə fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə,
Azərbaycan Respublikasının Meşə Məcəlləsi
və digər normativ-hüquqi aktlarla müəyyən
edilir.
Maddə 32. Su fondu torpaqları