Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə16/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

41 

 

başlanğıcından çox şey asılıdır. Ailədəki tərbiyə üsulları, 



oradakı  ab-hava,  qarşılıqlı  münasibətlər  çox  şeydən 

xəbər verir. İnsan həyat yollarında ilk sınaqlarla burada 

rastlaşır.  İlyasın  boya-başa  çatdığı  ailənin  üzvləri  də 

halal  zəhmətlə  yaşamış,  minnətsiz  çörək  yeyərək 

övladlarını da bu ruhda tərbiyə etmişlər. 

I Aparıcı:                     Orta məktəbi bitirdikdən sonra bir müddət Böyük 

 Bəhmənli  kəndində  dil  və  ədəbiyyatdan  dərs  deyən 

İ.Əfəndiyev  1935-1938-ci  illərdə  Qaryagin  şəhər  orta 

məktəbində  coğrafiya  müəllimi  işləmiş,  eyni  zamanda 

gənclərin  təlim-tərbiyəsində,  savadsızlığın  aradan 

qaldırılmasında,  məktəbyaşlı  uşaqların  təhsilə  cəlb 

olunmasında 

fəallıq 


göstərmişdir. 

Yazıçının 

formalaşmasında  Qaryaginin  ictimai  və  mədəni  həyatı 

da az rol oynamamışdır. Düzdür, 30-cu illərdə rayondakı 

mühit  haqqında  əlimizdə  geniş  məlumat  yoxdur.  Lakin 

yazıçının  öz  xatirələri,  məktəb  və  müəllim  kollektivi, 

rayon  ziyalıları  haqqında  əldə  etdiyimiz  məlumatlar, 

rayon  qəzeti  səhifələrində  dərc  edilmiş  müxtəlif 

məqalələr,  gənclərin  həyatında  və  tərbiyəsində  o  illər 

çox  mühüm  rol  oynamış  dram  kollektivinin  fəaliyyəti 

barədəki yazılar rayonun 30-cu illərdəki ictimai-mədəni 

həyatı haqqında müəyyən fikir söyləməyə imkan verir. 



II Aparıcı:                  Bu illərdə Qaryagində "Qızıl Araz" adlı qəzet dərc edilirdi. 

 Müxtəlif    illərdə  Heydər  Heydərov,  Bala  Bağırov, 

Səməd  Əliyev  və  başqalarının  redaktor  olдuqları  qəzet 

öz  səhifələrində  günün  ictimai-siyasi  hadisələri, 

təsərrüfatın  aktual  məsələləri  haqqında  materiallar  dərc 

etməklə  bərabər,  ədəbiyyat  və  mədəniyyətin  ayrı-ayrı 

sahələrini də geniş işıqlandırırdı.  

                            İlyas Əfəndiyevin həvəslə mütaliə etdiyi qəzetin 

 səhifələrində  ədəbiyyat  müəllimləri  Nemət  Hüseynov, 

N.Kazımovun  maraqlı  yazıları,  gənc  şair  Nəcəf 

Quliyevin  şeirləri,  rayonun  qabaqcıl  ziyalılarından 

Məmməd 


Sadıqovun, 

Savalan 


Zülfüqarovun, 

A.Manaflının  və  başqalarının  məqalələri  dərc  olunurdu 

ki,  həmin  yazıların  heç  biri  nəinki  İlyasın  nəzərindən 

yayınmır  və  təsirsiz  qalmırdı,  hətta  gənc  müəllimin 

dünyagörüşünün  formalaşmasına  öz  təsirini  göstərirdi. 

Səhifələrində  tez-tez  maraqlı  yazılar  dərc  edən  "Qızıl 

Araz" 

qəzeti 


M.F.Axundov, 

M.Y.Lermontov, 

A.S.Puşkin,  T.Q.Şevçenko  və  başqa  klassik  yazıçıların 



42 

 

yubileylərilə  əlaqədar  xüsusi  səhifələr,  ayrı-ayrı 



nömrələr buraxırdı. 

 I Aparıcı:                    Uşaqların təlim və tərbiyəsi, gənclərin məktəbdən 

 yayınması,  azyaşlı  qızların  zorla  ərə  verilməsi  və 

qaçırılması, məktəblərin və uşaq bağçalarının vəziyyəti, 

orada  təşkil  edilmiş  dərnəklərin  fəaliyyəti  və  s. 

məsələlər  qəzetin  səhifələrindən  düşmürdü.  "Gənc 

şairimiz"  adlı  məqalədə  mətbuat  günü  münasibətilə 

redaksiya  tərəfindən  pulla  mükafatlandırılmış  gənc  şair 

Nəcəf  Quliyevin  yaradıcılığından  bəhs  olunur,  "Dövlət 

teatrında" adlı məqalədə ordenli xalq artisti Hüseynqulu 

Sarabskinin seçicilərlə görüşündən söhbət açılır, məktəb 

həyatını  işıqlandıran  başqa  bir  məqalədə  göstərilir  ki, 

rayonun  məktəblərində  təşkil  edilmiş  coğrafiya, 

təbiyyət,  fizika,  riyaziyyat  və  s.  dərnəklər  yüksək 

səviyyədə  keçirilir,  elmi  məşğələlər  aparılır  və  bütün 

bunlar şagirdlərə əlavə bilik və məlumat verir.  



II Aparıcı:                  Qeyd edək ki, orta məktəbdə oxuyarkən həmin dərnəklərdə 

 fəal  iştirak  etmiş  İlyas  Əfəndiyev,  müəllim  olduqdan 

sonra  da  onlardan  uzaqlaşmamış,  dərnəklərin  birinə 

rəhbərlik etmişdir. 

                                      Gələcəkdə görkəmli dramaturq olacaq İ.Əfəndiyev "teatr" 

 adlı  sehrli  bir  aləmlə  ilk  dəfə  məhz  Qaryagində  tanış 

olmuşdur.    Sənət  yollarında  ilk  axtarışlar  aparan  və 

yazıçı  kimi  ilk  addımlarını  atan  gənc  müəllim 

İ.Əfəndiyevin  inkişafında  istər  rayon  qəzeti  "Qızıl 

Araz"ın, istərsə də rayon teatrının təsiri şübhəsizdir. 



Ġ. Əfəndiyev:              "mən də ora tez-tez gedir və böyük maraqla aktyorların 

 oyunlarına  tamaşa  edirdim".  Sənət  yollarında  ilk 

axtarışlar  aparan  və  yazıçı  kimi  ilk  addımlarımı 

atmağımda, gənc müəllim kimi  inkişafımda istər rayon 

qəzeti  "Qızıl  Araz"ın,  istərsə  də  rayon  teatrının  təsiri 

şübhəsizdir. 



I Aparıcı:                      Əfəndiyev orta məktəbi bitirdikdən sonra, ailə vəziyyətilə 

 əlaqədar  olaraq,  təhsilində  bir  neçə  il  fasilə  verməyə 

məcbur  olur.  Lakin  ali  təhsil  almaq  və  Bakıya  getmək 

arzusu onu tərk etmirdi. O. Qaryagin rayonunun Böyük 

Bəhmənli  kəndində  müəllim  işlədikdən  sonra  Xalq 

Maarif  Komissarlığı  tərəfindən  Nuxa  şəhərindəki 

nümunəvi  orta  məktəbə  tədris  hissəsi  müdiri  vəzifəsinə 

təyin  olunur.  Bir  il  burada  işlədikdən  sonra  ali  təhsil 




43 

 

almaq  üçün  Bakıya  –  Azərbaycan  Dövlət  Pedaqoji 



institutuna  göndərilir.  1934  -cü  ildə  APİ-nin  ədəbiyyat 

şöbəsinə daxil olsa da, onun ali məktəbdə təhsil alması 

çox uzun sürmür; elə həmin il institutu tərk edib rayona 

qayıtmağa məcbur olur. 



Ġlyas Əfəndiyev:             Müvəffəqiyyətlə imtahan verib filologiya fakültəsinin 

 əyani  şöbəsinə  daxil  oldum.    Bir  neçə  ay  orada 

oxuduqdan  sonra  xəbər  tuturlar  ki,    atam    inqilabdan 

əvvəl  ticarətlə  məşğul  olduğu  üçün  səs  hüququndan 

məhrum  edilmişdir.  O  zaman  səs  hüququndan  məhrum 

edilmək  isə  ölümə  məhkum  olunmaq  kimi  bir  hal  idi. 

Bir  qədər  sonra  İnstitutun  Tələbə  Həmkarlar  İttifaqı 

Komitəsinin  sədri  Məmməd  Orucov  xəlvəti  mənə  dedi 

ki,  göstəriş  var,  ata-anası  səs  hüququndan  məhrum 

edilmiş  tələbələr  ideoloji  fakültələrdən  çıxarılsın. 

Məsləhətdir,  nə  qədər  gec  deyil,  ərizə  verib  bir  il 

məzuniyyət  götür.  "Atan  qolçomaqdır"  deyə  səni 

İnstitutdan  çıxartsalar,  sonralar  iş  tapmağın  çətin  olar. 

Mən də o cür hərəkət etdim.  



II Aparıcı:                    Atası vəfat etdikdən (1934)sonra , çoxuşaqlı ailənin bütün 

 ağırlığı  evin  ən  böyük  övladı  olan  İ.  Əfəndiyevin 

öhdəsinə  düşmüşdü.  Xoşbəxtlikdən  İ.Əfəndiyevin  adı 

həmin  illərdə  repressiya  olunanların  siyahılarında 

olmayıb. O, 1938-ci ildə APİ-nin coğrafiya fakültəsinin 

qiyabi  şöbəsini  qurtarıb  sağ-salamat  rayona  qayıdaraq 

müəllimliyini davam etdirmişdir. 

                            Respublikanın ən böyük ali məktəblərindən biri hesab 

 edilən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil 

 aldığı illər İ.Əfəndiyevin həyat və yaradıcılığında 

 mühüm bir mərhələ təşkil edir. Ən tanınmış alimlərin 

 və müəllimlərin dərs dediyi həmin ali məktəbdə 

 İ.Əfəndiyev Bəkir Çobanzadə, Əli Sultanlı və s. bu kimi 

 müəllimlərdən dərs almışdır.  



Səhnədə  professor  Çobanzadə,  Əli  Sultanlı  rollarının  ifaçıları  görünür.  İlyas 

Əfəndiyev onlara yaxınlaşaraq bu sözləri söyləyir.  

Ġlyas Əfəndiyev:          "Lap ilk günlərdən istər tələbə yoldaşlarımın, istərsə də 

 müəllimlərin  yaxın,  səmimi  münasibətlərinə  nail 

olmuşdum.  Professor  Çobanzadə,  Əli  Sultanlı  kimi 

məşhur  müəllimlərimiz  mənimlə  xüsusi  dost  olmuşlar. 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə