74
Ģəxsin evindəki kitablarının sayı ilə ölçülürdü. Kitab evləri oxumaq
istəyənlərin üzünə günün hər saatında açıq idi. Gün ərzində elm
evində, kitabxanalarda çalıĢanlara kitabxana sahibi tərəfindən pul-
suz nahar da verilirdi.
Müsəlmanlar erkən orta əsrlərdə kitabları yan-yana deyil, üst
üstə düzürdülər. Çünki yan yana düzülüĢ üsulunu o dövrdə heç
Avropa da bilmirdi. Digər tərəfdən də kitabların əksəriyyəti nazik
papirus kağızından hazırlanırdı. Belə kitabları yanaĢı düzmək
çətinlik törədirdi. Bir də kitabların adları və müəllifi indiki kimi
kitabın üzərində deyil, arxasında və ya ortasında olurdu. Kitab Ģkaf-
ları isə həmiĢə açıq və xalqın istifadəsində idi. Erkən orta əsrlərdə
ümumi kitabxanalar, yarım ümumi kitabxanalar, xüsusi kitabxanalar
və mədrəsə kitabxanaları var idi. Bunların hamısında kitabxana
personalı var idi. Kitabxana personalı kitabxananın böyüklüyü və
kiçikliyindən asılı olaraq dəyiĢilirdi. Bu dəyiĢiklik vəzifələrin
növünə və sayına görə dəyiĢirdi.
O dövrdə Azərbaycanın Gəncə, Naxçıvan, ġamaxı, Təbriz,
Ərdəbil, Həmədan kimi Ģəhərlərinin əksər kitabxanalarında aĢağıda-
kı vəzifələr var idi:
1) Kitabxana xəzinadarı; 2) Mütərcimlər (tərcüməçilər);
3) Müstənsixlər (nüsxə çıxaranlar); 4) Mücəllidlər (cildçilər);
5) Müzahiblər (zər-bəzəkli cildlər hazırlayanlar); 6) Münavillər
(Kitabxana xidmətçiləri).
Kitabxana xəzinadarı kitabxananın müdiri vəzifəsində idi.
Onun əsas vəzifəsi kitabxananın elmi-pedaqoji və idari iĢlərini apar-
maq idi. O yeni çıxan kitabları kitabxanaya alır, kitabları təbliğ edir,
insanlar arasında maarifləndirici iĢlər aparır, kataloqları diqqətlə tər-
tib edir, oxucuların mümkün qədər kitabxanadan asanlıqla istifadə
etmələrini təmin edirdi. Kitabları çürüməkdən, rütubətdən, korlan-
maqdan qoruyur, gərəkən kitabların cildlənməsinə qayğı göstərir,
icazəsi olmayan adamlara kitab verilməsini əsirgəyir, kitaba ehti-
yacı olanların istəklərini bol-bol yerinə yetirirdi. Kitabxana müdiri
və ya o dövrün dili ilə desək kitabxana xəzinadarı bilikli, geniĢ
dünyagörüĢlü, elmi-metodik səviyyəli bir Ģəxs olmalı idi.
Kitabxananın mütərcimləri dəyərli kitabları öz ölkələrinin
dilinə tərcümə edərək kitab istəyənlərin istifadəsinə verirdilər.
Kitabxana mütərcimlərinin yardımı ilə yunan, Suriya, Hind elmləri
75
ərəbcəyə tərcümə edilib bütün Ġrana və Azərbaycana yayılırdı. Bu
dövrdə Pifaqorun, Sokratın, Platonun, Aristotelin əsərlərinə maraq
güclü idi. Fəlsəfi əsərlərdən baĢqa Evklidin, Arximedin də əsərləri,
Aristarxın astronomiyaya dair kitabları da tərcümə edilmiĢdi.
Klavdiy Ptolomeyin “Ə1-Macest”i həmçinin onun “Coğrafiya”sı,
ulduzların hərəkət qanunları haqqında kitablar tərcümə edilmiĢdi.
Bu tərcümə kitabları da Azərbaycan Ģəhərlərində yayılmıĢ və insan-
larımız da onları oxuyub faydalanmıĢlar.
Müstənsixlər (nüsxə çıxaranlar) artıq onuncu əsrdə kitabxana-
larda kitabları çoxaltmaqla, üzünü çıxarmaqla məĢğul idilər.
Kitabxananı zəngiləĢdirmək üçün kitabların bir surətini yazmaq və
artırmaq üçün xüsusi müstənsixlər kitabların üzünü çıxarırdılar.
Təbrizdən bir qrup müstənsix islam aləmində ilk böyük kitabxana
olan Harun ər-RəĢidin təsis etdiyi və oğlu xəlifə əl-Məmunun döv-
ründə zirvəyə yüksəlmiĢ Beytül-Hikməyə getmiĢ və orada Qurani
Kərimin, hədislərin, habelə tibbə, fiqhə, ədəbiyyata fəlsəfəyə dair
kitabların üzünü çıxarmıĢ Təbriz kitabxanasını zənginləĢdirmiĢdir.
Bağdadda “Beyt ol-hekmədə”, Bağdad mədrəsə kitabxanasın-
da, habelə Təbriz, Gəncə, Naxçıvan, Xorasan mədrəsə kitabxana-
larında xüsusi xəttat və müstənsixlər hazırlanmıĢ və geniĢ fəaliyyət
göstərmiĢlər. Cənubi Azərbaycan- xüsusilə Təbriz xəttatlıq məktəbi
hər zaman bu sahədə fərqlənmiĢdir.
Mücəllidlər (Kitab cildləmə) də o dövrdə geniĢ yayılmıĢdı. Bu
iĢ Ərdəbil, Təbriz və Həmədanda geniĢ yayılmıĢdı. X-XI əsrlərdə
təbrizli, həmədanlı sənətkarların məharətlə hazırladıqları cildlər ən
gözəl və ən qədim cildlər hesab olunmuĢdur.
Daha sonralar cildçilik sənəti inkiĢaf etdi və kitabları naxıĢ-
lama, süsləmə geniĢ yayılmağa baĢladı ki, onlara Müzahiblər (zər-
bəzəkli cildlər hazırlayanlar) deyilirdi. Müzahiblər də Azərbaycanın
müxtəlif yerlərində çalıĢmıĢ və bu sənəti daha da inkiĢaf etdirmiĢlər.
Münavillər (Kitabxana xidmətçiləri) isə kitablarla iĢləmə,
kitab axtarıb tapma, müxtəlif mənbələrdən istifadə etmə qaydalarını
oxuculara öyrədir və onları istədikləri kitablarla təmin edir, kitabları
oxuculara aparıb-gətirirdilər. Münavillər həm də bir pedaqoji,
maarifləndirici, öyrədici bir iĢ aparırdılar. Münavillər kitab xəzina-
darı səviyyəsinə qalxmamıĢ və kitabxana xidmətçisi səviyyəsinə də
enməmiĢdilər.
76
Erkən orta əsrlər dövründə Bağdadda, Nəcəfdə, Təbrizdə,
Bərdədə, Gəncədə ümumi, yarımümumi və xüsusi mədrəsə kitabxa-
naları mövcud olmuĢdur. Bu dövrdə Azərbaycanda maarif, təlim,
təhsil və pedaqoji fikrin inkiĢafının səciyyəvi xüsusiyyətlərindən
biri də kitab evləri və kitabxanalar vasitəsilə pedaqoji biliklərin
yayılması, insanların kitablar vasitəsilə maariflənməsi, kitablardan
faydalanması olmuĢdur.
4.1.7.Mədrəsələrdə təhsil
Ġslam aləmində cəmiyyətin inkiĢaf etməsi, insanların biliyə
ehtiyacının artması yeni tədris müəssisələrinin açılmasını tələb edir-
di. Bu ehtiyacı məscidlər, kuttablar, məktəblər kifayət qədər yerinə
yetirə bilmirdi. Buna görə də daha yüksək təhsil verən müəssisələr-
mədrəsələr yaradılmağa baĢlandı.
“Mədrəsə” ərəbcə “Dərasə” sözündən əmələ gəlib “Dərs
öyrənilən yer” mənasını verir. Mədrəsədə dərs deyənlərə “müdər-
ris” deyirdilər. Müdərris bizim indiki ali məktəblərimizdə dərs de-
yən dosent, professor vəzifəsini əvəz edirdi. Mədrəsədə ikinci Ģəxs
“Muid” adlanır. O mədrəsə tələbələrinin biliklərini təkrar etdirir, ev
tapĢırıqlarının yerinə yetirilməsinə kömək edir, əlavə məĢğələlər
aparırdı. Mədrəsədə üçüncü Ģəxs “Vaiz” adlanır. O bu günkü
anlayıĢla tərbiyəçi vəzifəsi deməkdir.Tələbələrin tərbiyə iĢlərinin
əsas təĢkilatçısı hesab olunurdu. Mədrəsələrin hər sinfində qrup
nümayəndəsi olurdu ki, ona “Xəlfə” deyilirdi.
Mədrəsələr iki dərəcədə olurdu: orta təhsil verən mədrəsələr
və ali təhsil verən mədrəsələr. Ali təhsil verən mədrəsəni bitirənlər
bir dini kitab yazaraq yüksək dini rütbə qazanır və bilikli, elmli
adamlar kimi məzun olurdular.
Mədrəsələrdə konkret təhsil müddəti yox idi. Tələbələrin dərsi
mənimsəmə səviyyəsindən asılı olaraq təhsil müddəti müxtəlif idi.
Mədrəsələrdə tələbələrin fərdi qabiliyyəti, bilik və dünyagörüĢ
səviyyəsi əsas götürülür və buna müvafiq də təlim metodu seçilirdi.
Mədrəsələrdə tələbələrin sinifdən-sinfə keçməsi yerinə, fəndən-
fənnə keçmə sistemi tətbiq olunurdu. ÇalıĢqan, bilikli, fəal tələbələr
mədrəsəni baĢqa həmyaĢıdlarına nisbətən daha tez baĢa vura bilərdi.
Tələbələrin tətili qıĢ və yayda deyil, tələbənin çalıĢqanlığı, material-
Dostları ilə paylaş: |