Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə25/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   176

 

77 


ları yerinə yetirməsi ilə bağlı həyata keçirilirdi. Mədrəsə siniflərində 

tələbələrin sayı 20-dən artıq ola bilməzdi. Bu da dərslərin daha yax-

Ģı mənimsənilməsinə kömək edirdi. Mədrəsələrdə hər gün beĢ saat, 

həftədə  4  gün  dərs  keçilirdi.  Dərslər  sübh  namazından  sonra  baĢ-

lanır, günortaya qədər davam  edirdi. Hansı  dərsin nə vaxt  öyrədil-

məsini  müəllim  özü  tələbələrlə  birlikdə  müəyyənləĢdirirdi.  Günor-

tadan sonra tələbələr sərbəst idi, sevimli iĢləri ilə məĢğul ola bi-lir-

dilər.  Həftənin  cümə  axĢamı  və  cümə  günləri  tələbələrə  istirahət 

verilirdi. 

Orta  təhsil  verən  mədrəsələrə  əsasən  11-12,  ali  təhsil  verən 

mədrəsələrə  isə  16-17  yaĢlarından  qəbul  edilirdilər.  Təhsilin  ilk 

mərhələsində  ərəb  dilinin  qrammatikası  öyrədilirdi.  Buna  yiyələn-

mək  üçün  azı  2-3  il  vaxt  ayrılırdı.  Qədim  ġərq  ənənələrini  özünə-

məxsus  Ģəkildə  davam  etdirən  mədrəsələrdə  humanitar  və  dəqiq 

elmlər öyrədilirdi. Burada tarix, məntiq, dilçilik, ədəbiyyatĢünaslıq, 

ədəbiyyat  tarixi,  ritorika,  riyaziyyat,  astronomiya  kimi  dünyəvi 

elmlər,  daha  sonra  “Quran”,  “Təfsir”  (Quranm  açıqlanması),  “Hə-

dis”,  (Peyğəmbərin  (s)  sözləri  və  onunla  bağlı  hekayə  və  rəvayət-

lər), “Təcvid” (Quranın düzgün oxunması), “Təftil” (Quran mənası-

nın  baĢa  düĢülməsi),  fiqh,  ilahiyyat  elmləri  öyrədilirdi.  Mədrəsə-

lərdə dərs kitabı kimi “Quran” və hədis kitablarından baĢqa ən çox 

istifadə  edilən  kitablar  Biruninin,  Ġbn  Sinanın,  Ġbn  RüĢdün, 

Farabinin, Sədi  ġirazinin, ġihabəddin  Sührəverdinin  daha sonralar, 

Ruminin  “Məsnəvi”si,  Füzulinin  “Divan”ı,,  Nizaminin  “Xəmsə”si, 

“Kəlilə və Dimnə”, “Qabusnamə” kimi əxlaqi-mənəvi dəyərli əsər-

lər olmuĢdur. Mədrəsələrdə yalnız din və dünyəvi elmlər deyil, həm 

də bədən tərbiyəsi, incəsənət dərsləri də keçilirdi. Mədrəsədə üzmə, 

güləĢ, qaçıĢ, ox atma, at çapma kimi idman növlərinə fikir verilir və 

öyrədilirdi. Bunlardan baĢqa, hüsnxət, xitabət (Gözəl danıĢıq), bədii 

estetik  fəaliyyətlə  bağlı  dərslər  öyrədilirdi.Tələbələrə  imla  yazdır-

maq, onların mətni oxuyub Ģərhini və izahını vermək, elmi mübahi-

sə və müzakirələr aparmaq tədrisdə geniĢ yayılmıĢ öyrətmə metod-

ları idi. Tələbələrin biliklərini yoxlamaq üçün imtahanlar keçirilirdi. 

Orta  əsrlər  dövründə  ġərqdə  və  o  cümlədən  Azərbaycanın 

müxtəlif  yerlərində  ixtisas  təmayüllü  mədrəsələr  də  açılmağa 

baĢladı. 




 

78 


Darül hədis mədrəsələri: Bu, hədisləri öyrənən, toplayan, təd-

qiq edən bir mədrəsə idi. Belə bir mədrəsə Mosulda, daha sonralar 

Təbrizdə açılmıĢdır. Buranı bitirənlərə “mühəddis” deyilirdi. 

Darül  kurra  mədrəsəsi.  Bu  mədrəsədə  “Qurani-Kərim”lə 

bağlı elmlər öyrədilirdi. Bunlara “Darül hüffaz” da deyilirdi. Buranı 

bitirənlər “Hafiz”, “Xətib” “Müəzzin” kimi adlar verilir və məzun-

lar məscid və camilərdə müxtəlif vəzifələrdə çalıĢa bilirdilər. 



Darül  tibb  mədrəsələri.  Bu,  tibb  mədrəsələri  idi.  Bunlara 

Darül-Ģəfa, Darül-sihha, Darül-mərza, Darül-afiyə, Maristan, Bima-

ristan  mədrəsələri  də  deyilmiĢdir.  Böyük  Azərbaycan  Ģairi  Xaqa-

ninin  əmisi  Kafiəddin  Omər  Ġbn  Osmanın  rəhbərliyi  ilə  XII  əsrdə 

ġamaxı yaxınlığında Məlhəm adlı bir yerdə “Mədreseyi –tibb” adlı 

mədrəsə fəaliyyət göstərmiĢdir 



 

*** 

 

ġərqdə o cümlədən Azərbaycanda təhsilin, maarif və mə-

dəniyyətin,  pedaqoji  fikrin  inkiĢafında  XI  əsrdə  açılmıĢ 

“Nizamiyyə” mədrəsələrinin xüsüsi əhəmiyyəti olmuĢdur. 

Bu mədrəsələrin əsası türk sultanı Alp Arslanın və MəlikĢahın 

vəziri Nizam əl-Mülk tərəfindən qoyulmuĢdur. Nizamiyyə mədrəsə-

sinin  təməli  1064-cü  ildə  Dəclə  çayı  sahilndə  qoyulmuĢ  və  iki  ilə 

tamamlanmıĢdır. 

Nizam  əl-Mülk  (1018-1092)  tərəfindən  inĢa  edilən  onun 

Ģərəfinə adlandırılan Nizamiyyə mədrəsələri islam ölkələrində təlim 

birliyi, mənəvi və mədəni bütünlüyü, ölkəni idarə etmək üçün ağıllı, 

bilikli, tədbirli dövlət adamlarının, din baĢçılarının, təfəkkür adam-

larının yetiĢdirilməsini təmin etmək məqsədi güdürdü. Bu səbəbdən 

Nizamiyyə  mədrəsələrinə  dövlətin  ilk  rəsmi  müəssisəsi  kimi  bax-

maq  lazımdır.  Mədrəsənin  dövlət  müəssisəsi  sayılması  üçün  onun 

dövlət tərəfindən təsdiq edilmiĢ müəyyən bir proqramı olmalı idi və 

mədrəsəni  bitirənlərə  isə  dövlət  tərəfindən  vəzifə  verilməsi  lazım 

idi. Bu Ģərtləri daĢımayan mədrəsələr rəsmi dövlət mədrəsəsi sayıla 

bilməzdi və sərbəst təlimlə məĢğul olan mədrəsə sayılırdı. Nizamiy-

yə  mədrəsələri  isə  məhz  yuxarıda  deyilən  Ģərtlərə  cavab  verir  və 

dövlət  səviyyəsində  olan  ali  təhsil  müəssisəsi  və  ya  universitet 

sayılırdı. 



 

79 


Mədrəsədə  təlim  metodu  əsasən  dialoqlar,  sual-cavab,  Ģərh, 

izah,  mühazirə,  elmi  müzakirə  və  mübahisələr,  əzbərləmə  idi. 

Müəyyən bir kitabın oxunub bitirilməsi vacib idi. Bu da müəllim və 

tələbənin  bilik  və  qabiliyyətlərinə  əsasən  dəyiĢilirdi.  Müdərrislər 

dövrün  ən  bilikli  və  əxlaqlı  adamlarından  xüsusi  imtahanla  qəbul 

edilir  və  ölüncəyə  qədər  bu  vəzifədə  iĢləyə  bilərdilər.  Müdərrislər 

təlim  metodu  seçməkdə,  dərsini  qurmaqda  sərbəst  idiliər.  Bir  çox 

müəllimlər, o cümlədən burada 40 il dərs deyən və buranın zəngin 

kitabxanasının  müdiri  Xətib  Təbrizi  tələbələrinə  keçdiyi  mövzuya 

dair  əlavə  kitablar  və  öz  əlyazmasını  verirdi.  Bu  əlyazmaların  üzü 

tələbələr  tərəfindən  gözəl  xətlə  köçürülürdü.  Müdərrislərin  mədrə-

sədəki  akademik  fəaliyyətləri  çox  ciddi  idi.  Nə  səbəb  olursa  olsun 

dərsin boĢ keçilməsinə izn verilməz, hətta fasilə zamanları belə cə-

nazə mərasimlərinə qatılmaq uyğun görülməzdi. Müdərrislərin elmi 

və  əxlaqi  keyfiyyətləri  haqqında  bəzi  mənbələrdə  onların-bilikli, 

dindar,  əxlaqlı,  ağır  təbiətli,  evli,  fəzilətli  və  müdrik  olması  əsas 

hesab olunmuĢdur. Müdərrislərin “Muid” deyilən bir köməkçiləri də 

var  idi.  Onlar  tələbələrə  dərslərini  öyrənməkdə  tapĢırıqları  yerinə 

yetirməkdə  tələbələrə  köməklik  göstərirdilər.  Müid  vəzifəsinə 

çatmaq üçün məzunun “Təməssük” adlı sənədi olmalı idi (“Təməs-

sük”-“Qiymət  cədvəli”)  ki,  bu  sənəddə  onun  müəyyən  olunmuĢ 

fənləri keçdiyi və müvəffəq qiymət alması göstərilirdi. 

Nizamiyyəyə  əsasən  yaĢı  iyirmiyə  qədər  olan  gəncləri  imta-

han - müsahibə yolu ilə qəbul edirdilər. Təhsil müddəti əsasən dörd, 

beĢ il idi. Lakin tələbələr istədikdə bu müddət qurtarandan sonra da 

dinləyici kimi mühazirələrdə iĢtirak edə bilərdi. Mədrəsəyə tutduğu 

ictimai mövqedən asılı olmayaraq hər kəs qəbul edilə bilərdi. Lakin 

bu müəyyən edilmiĢ normanı keçməməli idi. 

Nizamiyyə mədrəsəsində təhsil alan tələbələr məccani oxuyur

onlara  təhsil  məqamlarına  görə  xüsusi  adlar  verilirdi.  Mədrəsəni 

tələbələr  o  zaman  bitirirdilər  ki,  onlar  keçilən  fənlərin  hamısını 

yaxĢı mənimsəyir və müəllimlər onların biliklərini “Kafi” (Kifayət) 

hesab edirdilər. Tələbələr mədrəsədən müəyyən edilmiĢ imtahanları 

müvəffəqiyyətlə verdikdən və bir dini kitab yazdıqdan sonra “Alim” 

rütbəsi qazanaraq məzun olur və məzunlara “Ġcazətnamə” adlı sənəd 

verirdilər.  Bu  sənəddə  tələbənin  keçdiyi  fənlər,  qiymətləri  və 

müəllimlərinin  adları  yazılırdı.  Nizamiyyə  mədrəsəsində  tələbələrə 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə