Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə27/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   176

 

83 


və məqbərələr yanında təĢkil edildiyindən onların bütün xərcləri də 

məscid və ya məqbərənin vəqfləri hesabına ödənilirdi. 

Bu Fərmanın əhəmiyyəti təkcə mədrəsə tarixinə dair məlumat 

almaqla  bitmir.  Burada  mədrəsə  həyatına  dair  dəyərli  məlumatlar 

vardır. Belə ki, burada mədrəsənin quruluĢu, təhsilin məzmunu, mü-

dərris və tələbələrin  vəzifələri  göstərilməklə  yanaĢı  ilk dəfə olaraq 

mədrəsədə “Ədəb qaydaları” haqqında məlumat  verilir. Ədəb qay-

dalarında  müdərrislər  qarĢısında  xüsusi  tələblər  qoyulur  və  tələb 

olunan qaydalara ciddi əməl olunması göstərilir: “Müdərris tələbə-

lərə ehtiramla yanaĢmalı və onları öz ruhani oğlu hesab etməlidir”. 

Vaxtilə dahi çex pedaqoqu Y.A.Komenski də təxminən eyni forma-

da  belə  demiĢdir:  “Sən  ata  kimi  hərəkət  etmirsənsə,  müəllim  kimi 

fəaliyyət göstərə bilməzsən”. 

Azərbaycanda  məktəb  və  maarifin  sürətlə  inkiĢafı  XII  əsrin 

sonları, XIII əsrin əvvəllərində daha açıq - aydın özünü göstərir. XII 

əsrin  sonlarından  baĢlayaraq  Azərbaycanda  məktəb  və  mədrəsə 

təhsili nisbətən daha sürətlə inkiĢaf edirdi. Ġlk mənbələrdə XIII əsrin 

birinci 20 illiyində Təbriz, Marağa, Xoy, Səlmas, Urmiyə, Mərənd, 

Ərdəbil, Bərdə, Gəncə, Beyləqan, Naxçıvan, Bakı və ġəki Ģəhərlə-

rində mədrəsələrin olması haqqında məlumat verilir. 

XIII  əsrin  əvvəllərində  yaĢamıĢ  böyük  səyyah,  alim  Yaqut 

Həməvi  “Mucəm  əl-buldan”  əsərində  göstərir  ki,  Ərdəbildə  bütün 

elmlər üzrə xeyli alimlər var idi.  Demək xeyli alimləri olan bir Ģə-

hərdə  mədrəsə  olmaya  bilməzdi.Yaqut  Həməvi  Təbriz,  Xoy,  Səl-

mas,  Urmiya,  Mərənd,  Ərdəbil,  Bərdə,  ġirvan,  Gəncə,  Beyləqan, 

Naxçıvan,  Bakı,  ġəki  Ģəhərlərindən  danıĢarkən  bu  Ģəhərlərdə  məd-

rəsələr, xanegahlar, ədiblər, Ģairlər, mühəddislər, fəqihlər olduğunu 

göstərmiĢdir. 

XIII əsrin ikinci yarısında Nəsirəddin Tusinin yaratdığı Mara-

ğa  rəsədxanası  buradakı  mədrəsə  ġərqin  ən  mühüm  elm  və  tədris 

mərkəzi  olmuĢdur.  Buranın  zəngin  kitabxanası  olmuĢdur  ki,  Bağ-

dad,  ġam,  Musel  və  Xorasanda  olan  ən  qiymətli  kitablar  Marağa 

kitabxanasına köçürülmüĢdür. Burada Çindən, Hindistandan gəlmiĢ 

böyük  alimlər  çalıĢmıĢlar.  Tusinin  özü  də  Marağa  mədrəsələrinin 

müəllimi  kimi  qiymətli  elmi  mühazirələr  söyləmiĢ,  onun  yanına 

təhsil  almaq  üçün  müxtəlif  yerlərdən  müdavimlər  gəlmiĢdir  ki, 




 

84 


onların  içərisində,  görkəmli  Ģair,  söz  ustası  Hümam  Təbrizi  də 

(vəf.1314) olmuĢdur. 

XIII  əsrin  axırlarında  Azərbaycanda  Məhəmməd  Qazan  xan 

hakimiyyəti  (1295-1304)  olmuĢdur.  Qazan  xan  ölkəni  dirçəltəmək 

və inkiĢaf etdirmək üçün ilk növbədə elmə, maarif və mədəniyyətə 

xüsusi  diqqət  və  əhəmiyyət  vermiĢdir.  Ozünə  baĢ  vəzir  dövrünün 

böyük  alimi  azərbaycanlı  Fəzlullah  RəĢidəddini  (1248-1318)  təyin 

etmiĢdir. Qazan xanın dövründə xeyli məscid, mədrəsə, xanegah və 

digər  xeyriyyə  müəssisələri  tikilmiĢdir.  Təbriz  yaxınlığında  ġam 

(ġənb) adlanan yerdə XIV əsrdə Qazan xanın təĢəbbüsü ilə tikilmiĢ 

məktəb və mədrəsələri, uĢaq bağçasını, rəsədxana, kitabxana, xəstə-

xananı,  təsərrüfat  müəssisələrini  özündə  cəmləĢdirən  “Əbvab-əl-

Bərr” (“XoĢbəxtlik qapısı”) adı üə böyük elm -tədris mərkəzi, təhsil 

Ģəhərciyi  yaradılmıĢdı,  ki,  buna  “RəĢidəddin  Ģəhristanı”  (“Rəb`e 

RəĢidi”)  deyilmiĢdir.  “Rəb`e  RəĢidi”də  “ġafe”  və  “Hənəfiyyə” 

mədrəsəsi  var  idi  ki,  burada  450-dən  çox  müəllim  7000  tələbənin 

təhsili  ilə  məĢğul  olurdu.  Bu  mədrəsələrdə  təlim  məĢğələləri  və 

tərbiyə iĢləri ġafeyyə və Hənəfiyyə dini cərəyanlarına uyğun olaraq 

özlərinə məxsus metod və prinsiplərlə aparlırdı. Hər bir mədrəsənin 

ayrı-ayrı müdərrisləri, müəyyidləri (müdərrisin müavini), tələbələri, 

xidmətçiləri var idi. Burada elm və tədris iĢləri üzrə vəzifə tutanlar 

dövrün  ən  tanınmıĢ  alimləri  idilər  ki,  onlara  yüksək  maaĢ  verilir, 

onlar  orada  yaĢayır  və  ciddi  zərurət  olmadan  mədrəsəni  tərk  edə 

bilməzdilər. Ciddi nizam-intizam  var idi. Heç bir səbəb dərs bura-

xılmasına  əsas  ola  bilməzdi.  Bu  mədrəsəyə  Çindən,  Hindistandan, 

Türküstandan,  ərəb  ölkələrindən  də  müəllim  və  alimlər  gəlirdilər. 

Məhz  bü  dövrdə  RəĢidəddinin  məĢhur  “Came  ət-təvarix”  əsəri  də 

yazılmıĢdır. 

Artıq XIII əsrin sonları və XIV əsrin əvvəllərində Azərbayca-

nın  bir  çox  yerlərində  mədrəsələrin  Ģəbəkəsi  xeyli  geniĢlənmiĢdi. 

Məsələn,  Bakıda  1301-ci  ildə  Cümə  məscidinin  nəzdində  və  bu 

məscidin vəqfi ilə böyük bir mədrəsə tikilib fəaliyyət göstərmiĢdir. 

1647-ci ildə Təbrizdə 600 məhəllə məktəbi və 47 mədrəsə fəaliyyət 

göstərirdi. XVII əsrin ortalarında ġamaxıda 40 məktəb və 7 mədrəsə 

var idi. 

 

 




 

85 


4.2. İslamiyyətdə tərbiyə məsələlərinin qoyuluşu 

 

Əhatə olunan məsələlər: 

1. İslamiyyətdə tərbiyə məsələlərinin səciyyəvi xüsusiyyətləri 

2. İslamda tərbiyə işinin prinsipləri 

3. Qurani-kərimdə tərbiyə və öyrətmə, öyrənmə məsələləri 

4. Təsəvvüfdə tərbiyə məsələləri 

5. Mövləvilikdə tərbiyə 

6. Bektaşilikdə tərbiyə 

7. Hürufilikdə tərbiyə 

8. Əxilikdə tərbiyə 

 

Ġslamiyyətin  meydana  gəlməsi  elmin,  təhsilin,  maarifin  məz- 

mun və formasına öz təsirini göstərdi, belə ki, onun yenidən qurul- 

masına səbəb oldu, nəticədə yeni pedaqoji təfəkkür yarandı. Ġnsan- 

larda  yeni  düĢüncə,  əxlaq  və  mədəniyyət,  habelə  yeni  həyat  tərzi, 

yarandı.  Ġslam  prinsipləri  əsasında  yeni  tərbiyə  sistemi  yarandı  və 

inkiĢaf etdi. 

Ġslamiyyətdən  əvvəl  ərəblərin  yaĢadığı  yerlər  çöl  və  səhralıq 

olmuĢdur. Bu dövrdə onlar  yalnız çöl  həyat  tərzinə alıĢdıqlarından 

elm və təhsildən uzaq olmuĢdular. Məkkə Ģəhərində 11, Mədinədə 

isə  7  nəfər  oxuyan  və  yaza  bilən  adam  var  idi.  Məhəmməd  Pey-

ğəmbərin  (ə.s)  deyiĢi  ilə,  öz  dövrünün  ərəbləri  “Oxuma  və  yazma 

bilməyən”  savadsız,  cahil  bir  tayfa  idilər.  Onların  bildikləri  yalnız 

hafizəyə əsaslanan və nəsildən-nəslə keçən təcrübi biliklər idi. 

Qəbilə və tayfalar arasında tez-tez döyüĢlər olduğundan onla-

rın at, silah, dəvə kimi savaĢ vasitələri haqqında müəyyən bilikləri 

var idi. Bununla bərabər, onların əxlaqi və mənəvi keyfiyyətləri çox 

aĢağı idi. Xüsusilə də qızlar və qadınlar tam hüquqsuz idilər. Ailədə 

qız uĢaqları olduqda kiĢilər utandıqlarından görünməz olur və yaxud 

da yenicə doğulan qız uĢaqlarını diri-diri torpağa basdırırdılar. Qa-

dın müti vəziyyətdə yaĢayır, alınıb-satılırdı. 

Belə bir zamanda cəmiyyəti islah etmək, onu doğru  yola  yö-

nəltmək  vəzifəsi  Məhəmməd  Peyğəmbərin  (ə.s)  (570-632)  üzərinə 

düĢürdü.  Belə  bir  ülvi  vəzifəni  həyata  keçirmək  üçün  yeni  bir 

maarif, mükəmməl bir təhsil sistemi yaratmaq lazım idi. 

Məhəmməd Peyğəmbərin (ə.s) əsas vəzifəsi insanları cahillik-

dən  uzaqlaĢdırmaq,  onları  maarifləndirmək,  gözəl  əxlaqa  yiyələn-



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə