Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   33   34   35   36   37   38   39   40   ...   129

99 
 
və  narkotik  vasitələrə  (tiryək)  qarşı  yönəlmişdir.  Əsəri  Şah  İsmayıl  Xətaiyə  ithaf 
edən  şair  onun  oğlu  I  Şah  Təhmasibin  və  onun  sərkərdələrinin  dövləti 
möhkəmləndirmək istiqamətində gördüyü işləri dəstəkləmişdir. Şeirlərinin birində 
Füzuli saraydan uzaq olduğunu iftixarla qeyd etmişdir. 
Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, 
mürəbbe və s. yazmışdır. O, qəsidələrini ayrıca kitab şəklinə salmış, Azərbaycan, 
fars və ərəb dillərində divanlar tərtib etmişdir. Onun azərbaycanca divanına yazdığı 
müqəddimə o dövr Azərbaycan elmi-ədəbi üslubunun gözəl nümunəsidir. 
Azərbaycan  dilində  lirik  şerin  ən  gözəl  nümunələrini  Füzuli  yaratmışdır. 
Onun  qələmə  aldığı  ahəngdar  lirik  parçalar  əsasən  məhəbbət  və  gözəllik 
mövzusundadır.  Humanist  sənətkar  insan  qəlbinin  ən  təbii,  incə,  ülvi  hiss  və 
həyəcanlarını  yüksək  bədii,  obrazlı  bir  dillə  ifadə  etmişdir.  Füzulinin  lirikasında 
məhəbbət  eyni  zamanda  dərin  ictimai-fəlsəfi  məzmuna  malikdir.  Füzulinin 
humanizmi  onun  vəsf  etdiyi  məhəbbət  hissi  ilə  sıx  bağlıdır.  Füzuliyə  görə, 
məhəbbət  insana,  onun  gözəlliyinə  və  kamalına  sevgi,  həyat  eşqi,  dostluq  və 
sədaqət  deməkdir.  O,  məhəbbəti  insan  həyatının  və  xoşboxtliyinin  ali  məqsədi 
hesab etmişdir. 
Şair  dövrün  müxtəlif  siyasi-ictimai  və  əxlaqi  məsələlərinə  münasibətini, 
feodal  dünyasının  sosial  ədalətsizliyinə,  dini  cəhalət  və  xurafata  etirazını  da 
cəsarətlə  bildirmişdir.  Füzuli  dövrün  bir  çox  siyasi  xadimlərinə,  dövlət 
məmurlarına  yazdığı  müraciətlərində  onları  ədalətə,  düzlüyə  çağırmışdır.  Məşhur 
“Şikayətnamə"  əsərində  şair  zəmanəsinin  təlatümlərindən,  incəsənət  və  elm 
adamlarının  çətinliklərindən,  saray  əyanlarının  özbaşınalıqlarından,  məmurların 
süründürməçiliyindən xəbər verir. Poema məktub şəklində yazılsa da, bədii nəsrin 
uğurlu  nümunəsidir.  Faktik  olaraq  "Şikayətnamə"  Azərbaycan  ədəbiyyatında  ilk 
satirik nəsr əsəridir. 
Şairin  ana  dilində  yazdığı  "Söhbət  ül-əsmar"  alleqorik  əsəri  "Bəngü-
badə"nin  davamı  hesab  edilə  bilər.  Bostan  bitkilərinin  timsalında  şair  müxtəlif 
insan  xarakterlərini  tərənnüm  etmişdir.  Əsərdə  təkəbbürlü,  şöhrətpərəst 
hökmdarlar, yaltaq və satqın saray əyanları məharətlə ifşa  olunur. Şair hesab edir 
ki,  məhz  belə  insanların  lovğalıq  və  xudpəsəndliyi  son  nəticədə  müharibə  və 
fəlakətlərlə  nəticələnir.  "Saqinamə"  ("Yeddi  cam")  əsəri  Nizami  Gəncəvinin 
"Yeddi  gözəl"  poemasının  quruluşunu  xatırlatsa  da,  alleqorik  poemadır.  Şair 
müxtəlif musiqi alətləri ilə həyat və Kainat barədə dini-fəlsəfi müsahibələr aparır. 
Şairin  son  fikri  belə  olmuşdur  ki,  canlılar  arasında  əsl  həqiqəti  insan  dərk  etmək 
qüdrətindədir.  Ömrünün  son  illərində  qələmə  aldığı  bu  əsərdə  şair  öz  fəlsəfi 
görüşlərini  ümumiləşdirib  ortaya  qoymuşdur.  Füzulinin  başqa  bir  əsəri  -  "Rindu-
zahid" əsəri böyük hekayə təsəvvürü bağışlayır. Həddi-büluğa çatmış oğulla atanın 
mübahisəsi  üzərində  qurulan  əsərdə  dövrün  mühüm  ictimai-fəlsəfi,  əxlaqi 


100 
 
məsələləri qaldırılır. Müəllif həyatın əsl mənasını əməkdə, zəhmətdə görür. Əsərdə 
övlad  tərbiyəsi,  ailə-məişət  problemləri,  peşə  seçmək  məsələləri,  savadın  böyük 
əhəmiyyəti  haqqında  maraqlı  fikirlər  söylənir,  atanın  övladın  tərbiyəsi  ilə  uşaq 
vaxtlarından məşğul olmaq borcundan bəhs edilir. 
Məhəmməd  Füzuli  dahiyanə  "Leyli  və  Məcnun"  əsərini  1537-ci  ildə 
Bağdada gələn osmanlı şairləri Xəyali və Yəhya bəyin xahişi ilə qələmə almışdır. 
Poema  Azərbaycan,  eləcə  də  Şərq  və  dünya  poeziyasının  nadir  incilərindəndir. 
Şairin lirik şeirlərində ifadə olunmuş məhəbbət, mənəvi azadlıq arzuları poemada 
dahiyanə  bədii  vüsətlə  tərənnüm  edilmiş,  bir-birini  sevən  iki  gəncin  faciəsi  son 
dərəcə  təsirli  təsvir  olunmuşdur.  Poemanın  yüksək  poetik  dili,  zəngin  bədii  təsvir 
vasitələri,  bitkin  kompozisiyası,  qəhrəmanların  daxili  aləmi,  onların  həyəcan  və 
iztirabları çox böyük təsiredici qüvvəyə malikdir. 
Ərəb  dilində  nəsrlə  yazdığı  "Mətlə  ül-etiqad"  əsərində  Füzuli  sırf  fəlsəfi 
məsələlərə toxunur, bu zaman  yunan  filosofları  Aristotel, Platon, Demokrit və b.-
nın əsərlərindən istifadə edir. Fəlsəfi əsərlərində həmçinin mistika və tərkidünyalıq 
sezilir;  bununla  belə,  o,  müsəlman  ilahiyyat  məsələlərini  olduqca  səlis  təhlil 
etmişdir.  Obyektiv  mövcud  olan  hər  şeyi  Füzuli  iki  növə  bölürdü:  zəruri  və 
mümkün olan. Füzuliyə görə, zəruri olan, yəni öz mövcudluğunda səbəbə ehtiyacı 
olmayan,  əbədi  olan  tək  Allahdır.  Digər  nə  varsa,  mümkün  olandı,  yəni  öz 
mövcudluğunda  səbəbə  ehtiyac  duyur.  Allah  tərəfindən  yaradılan  dünyada, 
Füzuliyə  görə, iki maddi (ilkin materiya və cism) və üç qeyri-maddi (forma, ruh, 
zəka) substansiyası mövcuddur. 
Füzulinin  tərcüməçi  kimi  də  fəaliyyəti  diqqətəlayiqdir.  O,  XV  əsr  özbək 
şairi  Vaiz  Kaşifinin  "Şühadətnamə",  həmçinin  Ə.Caminin  "Hədisi-ərbəin" 
əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


101 
 
Dünya  bədii  incəsənəti  nümunələri 
arasında 
Təbriz 
miniatür 
məktəbinin 
nümayəndələri  tərəfindən  yaradılmış  əsərlər 
xüsusi yer tutur. Bütün Şərq bədii incəsənətinin 
inkişafına 
təsir 
göstərmiş 
bu 
miniatür 
məktəbinin 
azərbaycanlı 
nümayəndələri 
sırasında  Sadıq  bəy  Əfşar  da  vardır.  Onun 
yaratdığı  əsərlər  dünyanın  ən  iri  məşhur  
muzeylərini  bəzəyir.  Hərtərəfli  istedad    sahibi 
olan  Sadıq  bəyin  şeirləri,  poeamaları  da  
yaşadığı  dövrdə  məşhur  olmuşdur.  Uzun  illər  
məşhur    Səfəvi  kitabxanasının  rəisi  işləmiş, 
Sadıq    bəy  burada  yüzlərcə  şedevr    əsərin 
yaradılmasında yaxından iştirak etmişdir. Onun 
qələmə  aldığı  təzkirə  ensiklopedik  xarakter  
daşımış  və  orada    xalqımızın  400-dən  artıq  
nümayəndəsi haqqında məlumat var. 
Sadıq bəy Əfşar Azərbaycan  tarixində istedadlı 
bir  rəssam,  Təbriz  müniatür    məktəbinin 
görkəmli  nümayəndəsi,  İsfahan    miniatür 
məktəbinin  banisi,  şair,  xəttat  və  təzkirəçi-alim 
kimi tanınır. 
Sadıq bəy Əfşar 
(1533-1610) 
 
Azərbaycan  Səfəvilər  dövlətinin  hökmdarları  ölkədə  elm,  təhsil  və 
mədəniyyətin  inkişafına  böyük  diqqət  yetirmişlər.  Əsası  hələ  XV  əsrdə  qoyulmuş 
Təbriz miniatür məktəbi onların səyi ilə daha da inkişaf etmişdir. Ümumiyyətlə, bu 
dövrdə  miniatür  janrının  inkişafı  kitaba  olan  böyük  maraqla  izah  olunur.  Hər  bir 
imkanlı və mədəni adam şəxsi kitabxanasında olan kitabların sayı və mövzusunun 
genişliyi ilə qürrələnərmiş. I Şah İsmayıldan başlayaraq Səfəvi şahları və qızılbaş 
əmirləri  elm  və  incəsənətə  hamilik  edərmiş.  Onların  saraylarında  müxtəlif  sənət 
əsərlərinin  ən  yaxşı  əlyazma  nümunələri  saxlanılan  kitab  evləri  varmış.  Şah 
kitabxanaları  çox  zəngin  olurdu.  Kitab  evi  həm  də  bir  sıra  ixtisaslaşdırılmış 
şöbələrdən ibarət böyük bədii emalatxana idi. Burada  yeni kitablar  yazılır, qədim 
və  köhnə  kitabların  üzü  köçürülərək  çoxaldılır,  onlara  miniatür  janrında  çəkilmiş 
rəsmlər  əlavə  olunurdu.  Belə  emalatxanalarda  dövrün  ən  böyük  sənətkarları 
çalışardılar.  Səfəvi  şahlarının  ilk  kitabxanasının  başçısı  Kəmaləddin  Behzad 
Təbrizə ən məşhur miniatürçü rəssam və xəttatları dəvət edərmiş. Sonralar onun bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə