Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   34   35   36   37   38   39   40   41   ...   129

102 
 
ənənəsi  davam  etdirilir.  I  Təhmasibin  dövründə  kitabxana  zənginləşdirilir,  II 
İsmayılın  dövründə  tamamilə  yenidən  qurulur.  I  Abbasın  dövründə  isə  Təbriz 
Səfəvi  kitabxanasına  hətta  "çiçəklənən  kitab  evi"  deyirmişlər.  İncəsənətlə  məşğul 
olan sənətçilər adətən böyük şəhərlərdə  yaşayar,  ən  məşhurları şah kitabxanasının 
ətrafında toplanarmışlar. Kitab koçürənlər arasında çoxlu yüksək ixtisaslı xəttat və 
mirzələr  olarmış.  O  dövrdə  kitabların  üzünün  koçürülməsi  geniş  yayıldığı  üçün 
xəttatlıq da inkişaf etmişdi. 
Təbriz  miniatür  məktəbi  Şərqin  təsviri  incəsənətində  xüsusi  bir  istiqamət 
yaratmışdı.  Bu  məktəb  nümayəndələrinin  əsərlərində  hadisələr  geniş  təsvir  edilir, 
süjetli  səhnələr  yaradılırdı.  Miniatürlərdə  Azərbaycan  təbiətinin  xüsusiyyətləri 
duyulurdu.  Bədii  xəttatlıq  da  çox  inkişaf  etmişdi.  Təbriz  bədii  miniatür  ustaları 
geniş şöhrət qazanmışdılar. Onlardan XVI əsrin sonu - XVII əsrin əvvəllərində ən 
məşhuru Sadıq bəy Əfşar olmuşdur. 
Sadıq  bəy  Əfşar  1533-cü  ildə  Təbrizdə  anadan  olmuşdur.  Sadıq  bəy 
Azərbaycanın  məşhur  Əfşarlar  tayfasından  idi  və  atası  qızılbaş  sərkərdələrindən 
olub.  Məktəb  və  mədrəsədə  təhsil  aldıqdan  sonra  Sadıq  bəy  səyahətə  çıxmaq 
istəyini bildirib. 20 yaşında ikən dərviş sifəti ilə Hindistandan tutmuş Misirə qədər 
Şərq ölkələrinə səyahət edib. O bir müddət Suriyanın Hələb, İraqın Bağdad, İranın 
bəzi şəhərlərində əyan saraylarında yaşayıb və xəttat kimi işləyib. Qəzvində olduğu 
zaman gəncin rəsmə olan marağını və istedadını görən dövrün miniatürçü rəssamı 
Müzəffər Əli 1568 - 1576-cı illərdə rəssamlıq sənətinin sirlərini ona öyrədib. 
Sadıq  bəyin  yaradıcılığında  əsas  yeri  miniatür  və  portret  janrı  tutur. 
Dövrün  tarixçisi  İsgəndər  bəy  Münşi  nəqqaşlar  içərisində  möcüzə  yaradanlar 
sırasında Sadıq bəyi xüsusi qeyd edir. Şair Qoruri isə yazırdı ki, Sadıq bəyin rəsm 
əsərləri 3 tümən (1 tümən - 100 min qızıl pul) dəyərində idi, Hindistanda daha baha 
satılırdı.  Onun  çəkdiyi  portretlər  obrazların  canlılığı  və  reallığı,  xarakterlərin 
ifadəliliyi ilə seçilirdi. Sadıq bəyin əl işi olan bir neçə rəsm əsəri dövrümüzə qədər 
gəlib  çatmışdır  və  onlar  dünya  muzeylərində  mühafizə  olunur.  "Əmir"  (Boston 
İncəsənət  Muzeyi,  ABŞ),  "Teymur  xan  türkmən"  (M.Y.Saltıkov-Şedrin  adına 
kitabxana,  Sankt-Peterburq,  Rusiya),  "İstirahət  edən  dərviş"  (Gülüstan  muzeyi, 
Tehran, İran), "Süvari dərviş" (Milli kitabxana, Paris, Fransa) rəsm əsərləri dünya 
miniatür sənətinin ən nadir incilərindən sayılır. 
II Şah İsmayılın dəvəti ilə  saray  kitabxanasında  xidmət etməyə  başlayan 
Sadıq  bəy  burada  tərtib  edilən  bir  çox  əsərlərə  miniatürlər  çəkmişdir. 
"Gərşasbnamə"nin  əlyazmasına  çəkdiyi  miniatürlər  hal-hazırda  Londondakı 
Britaniya muzeyində qorunur. 1576-1577-ci illərdə Firdovsinin "Şahnamə" əsərinə 
də  rəsmləri  o  çəkmişdir.  Ə.Süheylinin  1593-cü  il  tarixli  əlyazmasına  çəkdiyi 
miniatürlər  (döyüş  və  məişət  səhnələri,  saray  həyatından  epizodlar,  təbiət 
mənzərələri) Təbriz miniatür məktəbinin ən yaxşı nümunələrindəndir. 


103 
 
Rəssamlığa  aid  biliklərini  Sadıq  bəy  özünün  "Qanun  üs-suvar"  əsərində 
əks  etdirmişdir.  Bu  əsərdə  Şərq  rəssamlığının  nəzəriyyəsi  öz  əksini  tapmışdır.  O, 
rəssamlıq sənətinin qayda-qanunları, texnikası və texniki vasitələri barədə fikir və 
düşüncələrini  yazmış,  incəsənətin  gerçəkliyi  əksində  forma  və  məzmunun, 
nəzəriyyə və təcrübənin vəhdətindən bəhs etmişdir. 
Sadıq  bəy  həmçinin  Azərbaycan  və  fars  dillərində  elm,  rəssamlıq, 
ədəbiyyat problemlərinə dair onlarca dəyərli əsərin müəllifidir. "Şərhi-hal", "Zibdət 
ül-kəlam", "Cəngnamə" ("Fəthnameyi-Abbasi-namdar"), "Risaleyi-müəmma" kimi 
mənzum  əsərləri  onun  dərin  biliyə  və  geniş  dünyagörüşünə  malik  bir  sənətçi 
olduğundan xəbər verir. 
Sadıq bəy zəmanəsinin istedadlı şairi kimi də tanınmışdır. Onun "Sadiqi" 
təxəllüsü ilə yazdığı lirik şeir, qəzəl və qəsidələri "Divan"ında toplanmışdır. Sadıq 
bəy Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri altında "Səd və Səid" 
adlı bir əsər də yazmışdır. 
I  Şah  Abbas  Səfəvilərin  Təbriz  kitabxanasını  idarə  etməyi  Sadıq  bəyə 
tapşırmışdır. 
Sadıq  bəyin  1599-cu  ildə  yazdığı  "Məcmə  ül-xəvas"  təzkirəsi  orta  əsr 
Azərbaycan  ədəbiyyatşünaslığının  ən  yaxşı  nümunələrindən  biridir.  Bu  əsərdə 
müəllif Azərbaycanın 400-dən çox alim, şair və rəssamı haqqında məlumat vermiş, 
onların  əsərlərini  şərh  etmişdir.  Azərbaycan  dilində  yazılmış  bu  əsərdə  bir  çox 
vətən  şairlərimizin  dövrümüzə  qədər  gəlib  çatmamış  əsərləri  barədə  müfəssəl 
məlumat vardır. Belə ki, kitabda Ətiqi Şirvani, Mövlana Şərif Təbrizi, Pirqulu bəy, 
Mir Məhəmməd Evoğlu, Fikri Ordubadi kimi Azərbaycan şairlərinin yaradıcılıqları 
işıqlandırılmışdır. 
Azərbaycan  ərazilərinin  Səfəvi  -  Osmanlı  müharibələri  zamanı 
dağıdılması  xalqın  mədəni  sərvətlərinə  ağır zərbələr vurmuşdur.  Çoxlu incəsənət, 
ədəbiyyat nümunələri, memarlıq abidələri dağıdılıb məhv edilmişdir. Azərbaycanın 
bir çox mədəniyyət xadimi doğma  yurdlarını tərk edib, dövlətin digər şəhərlərinə 
köçmək məcburiyyətində qalırlar. Belə bir şəraitdə I Şah Abbas paytaxtı İsfahana 
köçürür  və  saray  kitabxanasını  da  burada  yerləşdirir.  XVII  əsrin  əvvəllərində 
Təbriz  miniatür  məktəbinin  nümayəndələri  İsfahan  şah  sarayına  dəvət  olunurlar. 
Onlar  zəngin  Təbriz  məktəbinin  qədim  ənənələrinə  sadiq  qalaraq  yeni  İsfahan 
rəssamlıq  məktəbini  yaradırlar.  Bu  zaman  məhz  Sadıq  bəyin  yaradıcılığı  İsfahan 
miniatür məktəbinin formalaşmasında mühüm rol oynayır. Təkcə onu qeyd etmək 
kifayətdir  ki,  İsfahan  miniatür  məktəbinin  məşhur  xəttat-miniatürçüsü  Əli  Rza 
Təbrizi onun  şagirdi olmuşdur. 125 il ömür sürmüş Əli  Rza Təbrizi yüzlərcə əsər 
yaratmış,  Məşhəddə  şiələrin  səkkizinci  imamı  Musa  ər-Rzanın  məzarı 
ornamentinin  tərtibatı  üzərində  işləmişdir.  Sadıq  bəy  Əfşardan  sonra  Səfəvilərin 
İsfahan kitabxanasına da məhz o başçılıq etmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə