Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   31   32   33   34   35   36   37   38   ...   129

93 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


94 
 
Azərbaycan  xalqının  tarixi  yaddaşında 
birmənalı  qarşılanmayan  şəxsiyyətlədən  biri  I  Şah 
Abbasdır.  O,  ölkədə  sabitlik  yaratmış,  islahatlar 
həyata    keçirmiş,  uğurlu  hərbi  əməliyyatlar 
vasitəsilə  zəbt  edilmiş  torpaqları  geri  qaytarmış, 
geniş  quruculuq  işləri  aparmışdır.  Bununla  belə, 
“Böyük  sürgün”  nəticəsində  İranın  daxili 
rayonlarının  iqtisadiyyatını  inkişaf  etdirməsi 
Azərbaycan  iqtisadiyyatının  zəiflədilməsi  hesabına 
həyata    keçirilmişdir.  Qızılbaş  əmirlərinə  qarşı 
aparılmış  mübarizə  azərbaycanlıların  dövlətdə 
tutduqları  mövqeyə  zərbə  vurmuşdur.  Azərbaycan 
Səfəvilər  dövlətinin  tədricən  formalaşmasının 
təməlini məhz I Şah Abbas qoymuşdur.  
Azərbaycan  tarixinə  I  Şah  Abbas  görkəmli  dövlət 
xadimi,  islahatçı,  istedadlı  sərkərdə,  Azərbaycan 
Səfəvilər  dövlətinin  qüdrətini  pərba  edən  və 
bununla  belə,  onun  formalaşması  üçün    zəmin 
yaradan şəxsiyyət  kimi daxil olmuşdur. 
I Şah Abbas 
(1513-1576) 
 
Azərbaycan  Səfəvilər  dövləti  XVI  əsrin  sonunda  dərin  böhran  keçirirdi. 
Zəif  və  iradəsiz  şah  Məhəmməd  Xudabəndənin  dövründə  feodal  pərakəndəliyi 
güclənmiş,  bundan  istifadə  edən  xarici  dövlətlər  Səfəvi  torpaqlarına  hücumlar 
təşkil  etməyə  başlamışdılar.  Hörmüz  limanında  möhkəmlənən  portuqallar  Səfəvi 
dövlətinin  Qırmızı  dəniz,  Fars  körfəzi  və  Hind  okeanına  birbaşa  çıxışını 
bağlamışdılar.  Özbəklər  daim  Xorasana  hücum  edir,  Səfəvi  torpaqlarının  şərq 
ərazilərini  zəbt  etməyə  çalışırdılar.  Ən  böyük  təhlükəni  isə  osmanlı  orduları 
yaratmışlar. Osmanlı qoşunları və onların müttəfiqi olan Krım xanlığının qoşunları 
faktik  olaraq  Təbriz  də  daxil  olmaqla  Azərbaycanın  əksər  ərazilərini  zəbt 
etmişdilər. Zəbt edilmiş ərazilərdə, ilk növbədə Şimali Azərbaycanda osmanlılar öz 
inzibati-ərazi  və  iqtisadi  sistemlərini  yaradır,  buranı  bütövlüklə  səfəvilərdən 
qoparmaq məqsədi güdürdülər. 
İqtisadi gerilik  nə  müharibə  aparmağa, nə  də  islahatlar keçirməyə  imkan 
vermirdi.  Ayrı-ayrı  qızılbaş  feodal  qruplaşmalarının  bir-biriləri  ilə  toqquşmaları 
onsuz  da  zəif  olan  ordunu  daha  da  zəiflədirdi.  Belə  şəraitdə  1587-ci  ildə  şah 
Məhəmməd  Xudabəndənin  ölüm  xəbəri  yayıldı.  Onun  oğlu,  igid  və  bacarıqlı 
sərkərdə  Həmzə  Mirzə  hələ  atasının  sağlığında  öldüyündən  hakimiyyətə  Səfəvi 
nəslinin  digər  qollarından  olan  nümayəndə  gəlməli  idi.  Belə  namizədlər  çox  idi, 


95 
 
lakin sonda ustaclı və şamlı tayfa əmirlərinin dəstəyinə arxalanan və 1587-ci ilədək 
Xorasanda yaşayan 16 yaşlı şahzadə Abbas şah elan edildi. 
Qızılbaş  əyanları  ilə  keçirilmiş  ilk  müşavirə  göstərdi  ki,  ölkəni  məhv 
olmaq təhlükəsindən qurtarmaq üçün güclü ordu yaradılmalı, ölkədə sabitlik bərpa 
edilməlidir.  Bunlara  nail  olmaq  üçün  islahatlar  keçirilməli,  iqtisadiyyatın 
tərəqqisinə xüsusi diqqət verilməli idi. Bunun üçün isə feodal pərakəndəliyinə son 
qoyulmalı idi. Daxili problemləri həll etmək üçün vaxt qazanılmalı idi və bu vaxtı 
qazanmaqçün  şah  osmanlılarla  danışıqlara  başladı.  1590-cı  ildə  tərəflər  arasında 
imzalanan  İstanbul  sülhü  çox  ağır  oldu:  Cənubi  Azərbaycanın  Ərdəbil  şəhəri 
ətrafında  olan  bir  neçə  vilayəti  istisna  olmaqla  digər  Azərbaycan    torpaqları,  
həmçinin    əvvəllər  bütünlüklə  Səfəvilərə  məxsus  Gürcüstan  və  Ermənistan  (Van 
gölü ətrafında olan torpaqlar nəzərdə tutulur) osmanlılara verilirdi. 
Dövlətin  baş  vəziri  Hatəm  bəy  Ordubadi  ilə  birlikdə  islahatlar  planı 
hazırlayan şah onları həyata keçirməyə başladı. Səvəfı əmirlərindən ibarət qoşunlar 
düşmənlə  müharibədə  igidliklər  göstərsələr  də,  ayrı-ayrı  feodallara  qarşı 
mübarizədə  zəif  iştirak  edirdilər,  çünki  onların  bir-birlərinə  qohumluqları  çatırdı. 
Mərkəzi  hakimiyyəti  gücləndirmək  üçün  isə  itaət  göstərməyən  feodalların 
müqaviməti mütləq qırılmalı idi. Odur ki şahın  əmri ilə 15 min nəfərlik qulamlar 
korpusu  təşkil  edildi.  Atabəylər  dövlətində  məmlüklər  korpusunun  formalaşma 
prinsipini  əsas  götürən  şah  qızılbaş  tayfalarına  heç  bir  aidiyyəti  olmayan  oğlan 
uşaqlarını  toplamaq  və  şaha  sədaqət  ruhunda  tərbiyələndirmək  əmri  verdi. 
Qulamlar şahın qvardiya qoşunu rolunu oynayırdı. 
Müasir  müharibədə  odlu silahların  əhəmiyyətini  yaxşı dərk edən şah top 
hissələri  yaratmağa  başlayır.  Ölkə  daxilindəki  ustalarını  səfərbər  edən,  Avropa 
dövlətləri və Rusiyadan əlavə mütəxəssislər dəvət edən və avadanlıq alan şah qısa 
müddət  ərzində  500  topu  olan  güclü  topçu  hissələri  yaratmağa  müvəffəq  olur. 
Bundan  başqa,  ölkənin  əhalisi  siyahıya  alınır,  xüsusi  siyahılara  əsasən 
vilayətlərdən  müəyyən  sayda  döyüşçülər  toplanmağa  başlanır.  Onlar  şahın 
hesabına  təmin  və  təchiz  edilir,  tüfənglərlə  silahlandırılır.  12  minlik  tüfəngçi 
korpusuna  şahın  əmri  ilə  qızılbaş  tayfalarının  döyüşçüləri  götürülmürdü  ki, 
tüfəngçiləri  də  pərakəndəlik  yaradan  feodallara  qarşı  mübarizədə  istifadə  etmək 
mümkün olsun. 
Bu  tədbirlərdən  sonra  qızılbaş  əmirlərinə  qarşı  amansız  mübarizəyə 
başlayan  şah  mərkəzi  hakimiyyətə  tabe  olmayanları  məhv  edirdi.  Beləliklə, 
tədricən  ikitirəlik,  pərakəndəlik  yaradan  əmirlər  aradan  götürüldü,  onların  təmsil 
etdiyi  tayfalar  zəiflədildi.  Bundan  sonra  qızılbaş  süvari  hissələrində  islahatlar 
keçirildi. 116 minlik güclü süvari qoşunu yaradıldı, onlardan 44 mini daimi qoşun 
siyahılarına  salındı.  Daimi  qoşunların  yaradılması  o  dövr  üçün  mütərəqqi  addım 
idi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə