Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə49/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   45   46   47   48   49   50   51   52   ...   56

və yadda qalan xeyli rol ifa edib. Aktyor 6 yanvar 1977-ci ildə oradan işdən 
çıxandan sonra bir müddət Masallı rayon Mədəniyyət evində müdir işləyib. 
Aktyorun Lənkəran Dövlət Dram Teatrında oynadığı rollar bunlardır. 
Oqtay. “Oqtay Eloğlu”, Cəfər Cabbarlı. 
İbrahim xan. “Vaqif”, Səməd Vurğun. 
Daşdəmirov. “Yaşıl qapı arxasında qadın”, Rüstəm İbrahimbəyov. 
Rüstəm. “Bayramın birinci günü”, Nazim Hikmət. 
İbrahim kişi. “Toy”, Sabit Rəhman. 
Leont və Birinci əyan. “Qış nağılı”, Vilyam Şekspir. 
Ober leytenant Dub. “Əsgər Şveykin”, Yaroslav Kaşak. 
Məzahir Cəlilov 1980-ci il sentyabr ayının 11-dən Akademik Milli Dram 
Teatrının kollektivində çalışır. O, bu şöhrətli sənət ocağında xeyli rol oynayıb. 
Vəkil Vadenbirn. “Yad adam”, Leonqard Frank. 
Barmen və Dördüncü polis. “Səhra yuxuları”, Anar. 
Qasid. “Maqbet”, Vilyam Şekspir. 
Naçalnik. “Sizi deyib gəlmişəm...”, Anar. 
Sərkis. “Közərən ocaqlar”, Mirzə İbrahimov. 
Papas. “İblis”, Hüseyn Cavid. 
Hacı Səməd ağa. “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev. Kiçik 
səhnədə. 
Piri baba. “Sehrli alma”, Yozef Lada. 
Şeyx Alı. “Vaqif”, Səməd Vurğun. 
Şükür bəy. “Kimdir haqlı?”, Bəxtiyar Vahabzadə. 
Ezop. “Məhəbbət və azadlıq”, Gilerma Fiqeyredu. Kiçik səhnədə. 
Çalpapaq. “Fəryad”, Bəxtiyar Vahabzadə. 
Sıldırım. “Torpağa sancılan qılınc”, Nəbi Xəzri. 
Mirzə Tağı. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev. 
Dilənçi. “Üç quruşluq opera”, Bertolt Brext və Kurt Vayl. 
Həbsxana gözətçisi. “Tufandan əvvəl”, Arif Süleymanov. 
Qaraçı. “Cehizsiz qız”, Aleksandr Ostrovski. 
Sərkərdə. “Qılınc və qələm”, Məmməd Səid Ordubadinin eyniadlı romanı 
əsasında Tofiq Kazımovun işləməsi. 
Kəlbəli xan. “Hökmdar və qızı”, İlyas Əfəndiyev. 
İldırım. “Od gəlini”, Cəfər Cabbarlı. 
Həmzə bəy. “Solğun çiçəklər”, Cəfər Cabbarlı. 
Birinci qaçaq. “Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev. 
Rəhim bəy. “Mirzə Şəfi Vazeh”, Nəbi Xəzri. 
Əhməd. “Mənsiz dünya”, Nəbi Xəzri. 
Məlikov. “Qızıl teşt”, Seyran Səxavət. 
Afşar Hüseyn. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev. 
Marvar. “Qanqın böyük dalğası”, Cahan Əfruz. 
Qoca. “Hara gedir bu dünya?”, Bəxtiyar Vahabzadə. 
Oyunbaz məsxərəçi. “Qədr gecəsi”, Eldar Baxış. 
Qurban. “Anamın kitabı”, Cəlil Məmmədquluzadə. 
Dərviş. “Min illərin işığı”, Kamil Abdullayev. 


Molla Nağı. “Dindirir əsr bizi...”, Davud Aslan. 
Mərdan. “Ana intiqamı”, Vidadi Babanlı. 
Ağqoyunlu dayı. “Ağqoyunlular və Qaraqoyunlular” Əlı Əmirli. 
Həkim. “Kral Lir”, Vilyam Şekspir. 
Bələdçi. “Pompeyin Qafqaza yürüşü”, Nəriman Həsənzadə. 
Ergin. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə. 
Zəncirvuran. “Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə. 
Umud. “Qisas qiyamətə qalmaz”, Nahid Hacızadə. 
Ağsaqqal. “Dar ağacı”, Bəxtiyar Vahabzadə. 
Piri baba. “Eşq və intiqam”, Süleyman Sani Axundov. 
Saray əyanı. “Fərhad və Şirin”, Səməd Vurğun. 
Tirezi. “Şah Edip, yaxud alın yazısı” (“Şah Edip”), Sofokl. 
Ya O. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində məhkəmə”), Çingız 
Aytmatov və Muxtar Şahanov. 
Hacı Salah. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 
Sənusi. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı.  
Keşiş. “Hamlet”, Vilyam Şekspir.  
Məmur. “Kəllə”, Nazim Hikmət. 
 
Məzahir Yədulla oğlu Cəlilov Dövlət televiziyasında hazırlanmış Əfqanın 
“Nişan üzüyü” (Kolxoz sədri), Ruhəngiz Qasımovanın “Ömrün yolları” 
(Mühəndis), Mixael Cavaxaşvilinin “Günahsız Abdulla” (Kişi), Kəmalə 
Ağayevanın “Apardı sellər Saranı” (Çoban), Elçin Mehrəliyevin “Yurd yeri” 
(Əhməd), Onore de Balzakın “Polkovnik Şaber” (Südçü) əsərlərinin 
teletamaşalarında oynayıb. 
“Azərbaycanfilm”də istehsal edilmiş “Musiqili xaş” (Mühasib Hüseyn), 
“Birinci gün gecə yarısı” (Rezident), “Əlavə iz” (Biznesmen) rollarına çəkilib. 
  
 
 
Əlvida CƏFƏROV 
Aktyor 
  
Zəhmətkeş, sənəti sevən, teatra məbəd 
kimi baxan aktyordur. Bilavasitə tipik səciyyəli
epizod xarakter, ikinci dərəcəli rollar oynayır. 
Sadə kənd əhlinin, xeyirxah, qayğıkeş 
insanların obrazlarının ifasında daha səmimi və 
təbii, real və inandırıcı görünür. 
Əlvida Məhərrəm oğlu Cəfərov 1947-ci il 
fevral ayının 17-də Cəbrayıl rayonunun 
Qaracallı kəndində doğulub. Yeddinci sinfə 
qədər öz kəndlərində oxuyub və orta məktəbi 
1965-ci ildə Bilyand kəndində bitirib. Bakıya 
gəlib, ali məktəbə qəbul imtahanlarında müfəvvəq qiymət ala bilməyib, ancaq 


doğma el-obaya da qayıtmayıb. Bakıdakı 2 saylı evtikmə kombinatında, Binəqədi 
rayon elektrik şəbəkəsində, yaşıllaşdırma idarəsində fəhlə işləyib. Eyni zamanda 
müxtəlif dram dərnəklərində məşğul olub. 
Aktyorluq sənətinə get-gedə daha çox maraq göstərən Əlvıda Cəfərov 1966-
cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dovlət Teatr İnstitutunun axşam şöbəsinə 
qəbul olunub. Dram və kino aktyorluğu fakültəsinin yuxarı kurslarında Akademik 
Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrə çıxıb, sözsüz epizod rollar 
oynayıb. 26 may 1970-ci ildə institutu bitirərək  teatrın yardım heyətinə qəbul 
edilib. 1971-ci ilin mayında hərbi xidmətə çağırılıb. Oayıtdıqdan sonra 1 iyun 
1972-ci ildə yenidən Akademik teatrın truppasının yardım qrupuna götürülüb və 
bir müddətdən sonra aktyor ştatına keçib. Həmin dövrdən fasiləsiz olaraq 
müqəddəs və milli teatrımızda, ən qədim sənət məbədində çalışır. 
Əlvida Cəfərov teatrda işlədiyi bu illər ərzində repertuarın əksər 
tamaşalarında iştirak edib. Onun yaradıcılığında dünya və Azərbaycan 
klassiklərinin faciə və komediya, çağdaş milli dramaturqralarımızın dram, satira 
əsərlərinin, tərcümə pyeslərinin tamaşalarındakı maraqlı rolları xüsusi yer tutur. 
Krutiskinin nökəri. “Müdriklər”, Aleksandr Ostrovski. 
İdmançı. “Şöhrət və ya unudulan adam”, Nazim Hikmət. 
Alman zabiti. “İnsan”, Səməd Vurğun. 
Altıncı qardaş. “Yatmış gözəl və yeddi qardaş”, Aleksandr Puşkin. 
Xəfiyyə. “Knyaz”, Hüseyn Cavid. 
Fəhlə. “Əks-səda”, Nəbi Xəzri. 
Sərkərdə, İkinci gürcü  və Zülfüqar. “Vaqif”, Səməd Vurğun. 
Polis. “Xanuma”, Avkisenti Saqareli. 
Proşka və Yoldan ötən. “Kreml saatı”, Nikolay Poqodin. 
Xidmətçi. “Qılınc və qələm”, Məmməd Səid Ordubadinin eyniadlı əsəri 
əsasında Tofıq Kazımovun işləməsi. 
Nəzərli. “Kölgələr pıçıldaşır”, Seyfəddin Dağlı. 
Qurban. “Solğun çiçəklər”, Cəfər Cabbarlı. 
Milis işçisi. “Vəkil neyləsin?..”, Ramiz Fətəliyev. 
Zəncirvuran. “Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə. 
Birinci cavan. “Quşu uçan budaqlar”, Əkrəm Əylisli. 
Birinci gözətçi. “Heç nədən hay-küy”, Vilyam Şekspir. 
İştirakçı. “Adamın adamı”, Anar. 
Cavan kəndli. “Fitnə”, Abdulla Şaiq. 
Qaraçı. “Cehizsiz qız”, Aleksandr Ostrovski. 
Qiqoli. “Pepo”, Qabriel Sundukyan. 
Kamal və Qarmonçalan. “Əliqulu evlənir”, Sabit Rəhman. 
İkınci polis. “Səhra yuxuları”, Anar. 
Şahnıar. “Xurşid banu Natəvan”, İlyas Əfəndiyev. 
Litavraçı. “Maqbet” Vilyam Şekspir. 
Molla. “Mirzə Şəfı Vazeh”, Nəbi Xəzri. 
Çavuş. “Sizi deyib gəlmişəm...”, Anar.  
Mühafiz. “Medeya”, Jan Anuy. Kiçik səhnədə. 
İkinci qaçaq. “İblis”, Hüseyn Cavid. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə