Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə52/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   48   49   50   51   52   53   54   55   56

 
İstedadı həmişə diqqət mərkəzində olan Abbas Qəhrəmanov 29 oktyabr 
1991-ci ildən yenidən Akademik Milli Dram Teatrının aktyor heyətindədir. Arada  
Rüstəm  İbrahimbəyovun  “İbrus” antrepriza teatrında bu dramaturqun özünün 
“Şirə bənzər” dramının tamaşasında Murad rolunu oynayıb. Hətta həmin tamaşa ilə 
bir sıra xarici ölkə şəhərlərində qastrol səfərlərində olub. Bununla belə, Abbas 
Qəhrəmanovun əlvan və kifayət qədər sanballı yaradıcılığının əsas dövrü 
Akademik teatrla bağlıdır. Aktyorun burada ifa etdiyi rollar janr, üslub və 
məzmununa, psixoloji ölçülərinə görə çox müxtəlifdir. Onun oynadığı rolların 
siyahısını təqdim etməmişdən əvvəl xatırladım ki, aktyor işlədiyi kollektivdə yeni 
il şənliklərində uşaqlar üçün “Qış nağılı” və “Şıltaq şahzadənin nağılı” tamaşalarını 
hazırlayıb, bir neçə əsərdə rejissor köməkçisi olub. 
Sərkərdə. “Atabəylər”, Nəriman Həsənzadə. 
Nəzər. “Sehrli alma”, Yozef Lada. 
Mərvan. “Fəryad”, Bəxtiyar Vahabzadə. 
Anri. “Səməndər quşu”, Firudin Ağayev. Kiçik səhnədə. 
Rasim. “Çahargah fantaziyası”, Kərim Kərimov. 
ƏIi bəy. “Vaqif”, Səməd Vurğun. 
Çinar. “Qarabağ əfsanəsi”, Qeybulla Rəsulov. 
Sezar Puf və Aşbaz. “Böyük Romul”, Fridrix Dürrenmatt. 
Dönməz və Birinci ərəb. “Od gəlini”, Cəfər Cabbarlı. 
Jurnalist. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev. 
Nağılçı. “Məlik Məmməd”, nağıl-tamaşa.  
Küçə müğənnisi. “Üç quruşluq opera”, Bertolt Brext və Kurt Vayl. 
Səməd bəy. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 
Əkbər. “Mənsiz dünya”, Nəbi Xəzri. 
Yavər. “Tufandan əvvəl”, Arif Süleymanov. 
Prokuror. “Kərgədan buynuzu”, Maqsud İbrahimbəyov. 
Qara. “Qızıl teşt”, Seyran Səxavət. 
Fransua. “Dəfn edilməmiş ölülər”, Jan Pol Sartr. Kiçik səhnədə. 
Oyunbaz. “Qədr gecəsi”, Eldar Baxış. 
İlqar. “Əcəb işə düşdük”, Şıxəli Qurbanov. 
Edin Kebot. “Qarağaclar altında ehtiraslar”, Yucin ONil. 
Dərviş. “Min illərin işığı”, Kamil Abdullayev. 
Ər. “Müəmmalı bir qətlin üç versiyası”, Ryunesko Akutaqava. Kiçik 
səhnədə. 
Aparıcı. “Şıltaq şahzadənin nağılı”, nağıl-tamaşa. 
Şöklü Məlik. “Burla xatun”, Nəbi Xəzri. 
Sahib. “Köhnə ev”, Əli Əmirli. 
Andronik. “Hələ “sevirəm” deməmişdilər...”, Ramiz Novruz. 
 
Aktyor Azərbaycan Dövlət Televiziyasında hazırlanmış bir sıra 
teletamaşalarda da oynayıb. Onlardan Andrey Rasputinin “Rudolfio” (Rudolf), 
Şahin Səfərovun “Nişan üzüyü” (Şahin), İlyas Əfəndiyevin “Mənim günahım” 
(Xansu), Anton Çexovun “Altıncı palata” (Raqin), Elçin Mehrəliyevin “Yurd yeri” 


(Üçüncü qardaş), “Dədəm Qorqudun Kitabı” dastanının Dirsə xan oğlu Buğac 
xanın boyu əsasında “Dirsə oğlu Buğac” (Dirsə xan), Anatoli Dudarevin “Astana” 
(Draqun), İsi Məlikzadənin “Hədiyyə” (Rasim) əsərlərinin tamaşalarında iştirak 
edib. 
Abbas Qəhrəmanov müxtəlif illərdə “Ailə” (Ər), “Vahimə” (Xəstə), “Odla 
qol-boyun” (Bəy) filmlərinə çəkilib.  
  
 
Almaz AMANOVA 
Aktrisa 
 
  
 Səhnə plastikasının zərifliyi, 
hərəkətlərinin emosional cazbəsi, daxili 
ehtirasının hərarəti ilə seçilən aktrisadır. Vaxtilə 
Sumqayıt teatrında maraqlı bədii obrazlar 
oynayıb. Eyni zamanda uşaq tamaşalarında nağıl 
qəhrəmanlarının və kiçikyaşlı məktəblilərin, 
dəcəl yeniyetmələrin obrazlarının məharətli 
ifaçısı olub. Dinamik və ritmik realist surətləri 
oynayanda bacarıq və qabiliyyətinin yaradıcılıq 
səciyyələri daha qabarıq tərzdə nəzərə çatır. 
Almaz Hüseyn qızı Amanova 29 noyabr 1965-ci ildə Sumqayıt şəhərində 
fəhlə ailəsində anadan olub. 1983-cü ildə Sumqayıtdakı 17 saylı məktəbi bitirib. 
Həmin ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu 
fakültəsinə daxil olub. Əməkdar incəsənət xadimi, rejissor Əşrəf Quliyevin 
kursunu 1987-ci ildə bitirən Almaz Pənahova təyinatla Sumqayıt Dövlət Dram 
Teatrına aktrisa göndərilib. 1987-ci ilin 1 sentyabrından teatrın aktyor ştatına qəbul 
olunan aktrisa 1997-ci il oktyabr ayının 17-ə kimi Sumqayıt teatrında silsilə rollar 
oynayıb. 
Nəzifə. “Uca dağ başında”, Vaqif Səmədoğlu. 
Bonka. “Dörd əkiz”, Panço Pançev. 
Ayatın anası. “Dəyirman”, Mövlud Süleymanlı. 
 Sonka. “Diribaş adamlar”, Vasili Şukşin. 
Pişik. “Öz xoşuna yaşayan pişik”, Reyhard Kiplinq. 
Mələk. “Müvəqqəti ər”, Rəşad Nuri Güntəkin. 
Arinina. “Uşağa bir “3” yazın”, Aleksandr İvaşenko. 
Mehran. “Qınamayın məni”, Şamo Arif 
Gülnarə müəllimə. “Dərs”, Rafiq Səməndər. 
Saimət. “Varlı ev”, Georgi Xuqayev. 
Gülçöhrə. “Arşın mal alan”, Üzeyir bəy Hacıbəyov. 
Həlimə. “Yanmış evin nağılı”, Akif Həsənoğlu. 
Şərəfnisə. “Müsyö Jordan və dərviş Məstəlişah”, Mirzə Fətəli Axundzadə. 
İ kinci aktyor. “Sabir Rüstəmxanlı. Portret cizgiləri”. Kompozisiya müəllifi 
Ağalar İdrisoğlu. 


Ceyran xanım. “Xacə şah”, Jan Kevrin eyniadlı romanı və Əbdürrəhim bəy 
Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsi əsasında işləyəni Çingiz 
Ələsgərli. 
Bahar. “Kimdir müqəssir?”, Əbdürrəhim bəy Haqverdiyev. 
Nisə xanım. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 
Sevinc. “Krallar”, Aqşin Babayev. 
Qəndab. “Subaylarınızdan görəsiniz”, İsi Məlikzadə. 
 
Almaz Amanova 1997-1999-cu illərdə Akademik Milli Dram Teatrında 
müqavilə ilə (çıxış hesabı) aktrisa işləyib. 1999-cu il sentyabr ayının 3-dən isə 
truppanın aktrisa ştatındadır. 
Onun Akademik teatrda oynadığı rollar. 
İkinci qız. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində  məhkəmə”), 
Çingiz Aytmatov və Muxtar Şahanov. 
Şiranə və Çiçək. “Burla xatun”, Nəbi Xəzri. 
Zulya. “Bu dünyanın adamları”, Hidayət. 
Rəqqasə. “Aydın”, Cəfər Cabbarlı. 
Arikiya. “Fedra”, Jan Rasin. 
Siyan Şi. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə. 
Müxalifətçi qız. “Hərənin öz payı”, Xeyrəddin Qoca. 
Brüsselli qadın. “Brüsseldən məktublar”, Həsən Həsənov (Əzizoğlu). 
 
Almaz Amanova müxtəlif illərdə “Sürəyya” (Gülçöhrə), “Hücum” (Hamilə 
qadın), “Mənim ağ şəhərim” (Nərgiz), “Ağ dünya” (Ana) bədii və televiziya 
filmlərinə çəkilib. 
  
 
 Kazım HƏSƏNQULİYEV 
Aktyor 
 
Çılğın və dramatik aktyordur. Təbiətən 
romantik aktyor məktəbinin vacib sayılan 
yaradıcılıq xüsusiyyətlərinə malikdir. Ona görə 
də romantik monumental səpkili tamaşalarda 
pafosla danışmağa, daxili ehtirasını dramatik 
gərginliyə çatdırmağa, haqqında söhbət gedən 
məktəbin poetika göstəricilərini öz qabiliyyəti 
dairəsində sınağa çəkməyə çalışır. Lirik-psixoloji 
janrl tamaşalarda da həvəslə oynayır. Adətən 
belə rollarda emosional ifadə vasitələrini, lirik 
səmimiyyəti, psixoloji danışıq tərzini ön plana çəkir. 
Kazım Feyruz oğlu Həsənquliyev 12 aprel 1968-ci ildə Bakının Pirşağa 
qəsəbəsindəki 2 saylı sovxozda anadan olub. 1985-ci ldə Sabunçu rayonundakı 188 
saylı orta məktəbi bitirib. Bir il anadan olduğu sovxozun fermasında işləyib. 1986-
1988-ci illərdə hərbi xidmətdə olub və qayıtdıqdan sonra ayaqqabı tikişi sexində 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə