Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə50/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   46   47   48   49   50   51   52   53   ...   56

İkinci kəndli. “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev. Kiçik 
səhnədə.  
Aydoğdu. “Atabəylər”, Nəriman Həsənzadə. 
Həkim və Heydər. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 
Cəlal və Şikayətçi. “Ölülər”, Cəlil Məmmədquzadə. 
Gözətçi. “Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev. 
Sübhan. “Fəryad”, Bəxtiyar Vahabzadə. 
Porxomenka. “Darıxma, ana!”, Nodar Dumbadze. 
Ümid. “Qəribə oğlan”, İlyas Əfəndiyev. 
Cümü. “Bizim qəribə taleyimiz”, İlyas Əfəndiyev. 
Murad. “Səadət sorağında”, Xalid Əlimirzəyev. Kiçik səhnədə. 
Odoğlu. “Torpağa sancılan qılınc”, Nəbi Xəzri. 
Üçüncü ərəb. “Od gəlini”, Cəfər Cabbarlı. 
Hacı Bağır. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev. 
İkinci milis. “Gecə döyülən qapılar”, Nəbi Xəzri. 
Dilənçi. “Üç quruşluq opera”, Bertolt Brext və Kurt Vayl. 
Dördüncü şikayətçi, İkinci ərizəçi və Heydər. “Lənkəran xanının vəziri”, 
Mirzə Fətəli Axundzadə. İki quruluşda. 
İkinci molla. “Mənsiz dünya”, Nəbi Xəzri. 
Hakim. “Kərgədan buynuzu”, Maqsud İbrahimbəyov. 
Bülbül. “Yayda qartopu oyunu”, Vaqif Səmədoğlu. 
Oyunbaz. “Qədr gecəsi”, Eldar Baxış. 
İkinci hambal. “Anamın kitabı”, Cəlil Məmmədquluzadə. 
Dərviş. “Min illərin işığı”, Kamil Abdullayev. 
Teymur. “Dindirir əsr bizi...”, Davud Aslan. 
Zadəgan. “Kral Lir”, Vilyam Şekspir. 
Vəzir. “Şıltaq şahzadənin nağılı”, nağıl-tamaşa. 
Bekan. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində məhkəmə”),  Çingiz 
Aytmatov və Muxtar Şahanov. 
Vasili. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı. 
Cəbi. “Eşq və intiqam”, Süleyman Sani Axundov. 
Həkim. “Hələ “sevirəm” deməmişdilər...”, Ramiz Novruz. 
Üçüncü aktyor (Lüsiyana). “Hamlet”, Vilyan Şskspir. 
Gözətçi. “Kəllə”, Nazim Hikmət. 
Müxalifətçi oğlan. “Hərənin öz payı”, Xeyrəddin Qoca. 
  
 
 


Tofiq HÜSEYNOV  
Aktyor 
 
Mürəkkəb psixologiyalı, tipik xarakterli, satirik səciyyəli, mayası yumorla 
yoğrulan personajları səhnədə xüsusi məharət və bacarıqla canlandırır. Koloritli 
sifət çöhrəsi, zəngin və əlvan ifadə vasitələri, çoxçalarlı səhnə danışığı, məzəli 
hərəkətlər toplusu, diqqətçəkən görkəmi var. Ciddi və çoxqatlı yumoru xoşlayır və 
özünün daxili hərarəti, dinamik ritmi, ehtirasının realist ahəngi ilə oynadığı 
personajlara cazibədarlıq, yapışıqlıq və estetik təravət gətirir. Həssas musiqi 
duyumu olduğuna görə rollarının, rəqs epizodlarını və müxtəlif təranələr altında 
müşayiət edilən dialoqlarını şövqlə, sirayətedici ilhamla oynayır. 
Tofiq Əbdürrəhim oğlu Hüseynov 25 may 1949-cu ildə Bakı şəhərinin 
Xırdalan qəsəbəsində anadan olub. Qəsəbədəki 1 saylı orta məktəbin on birinci 
sinfıni 1966-cı ildə bitirərək Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr 
İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sonra təhsil 
prosesində ixtisasını musiqili komediya aktyorluğu fakültəsinə dəyişib. Ali 
təhsilini 1971-ci ildə başa vuraraq iyul ayının 1-də Cəfər Cabbarlı adına İrəvan 
Dövlət  Azərbaycan Dram Teatrı kollektivinə aktyor götürülüb. O, 23 oktyabr 
1972-ci ilə qədər burada çalışıb. 
Tofiq Hüseynov 1972-ci ilin noyabr ayından  1973-cü ilin sentyabrına kimi 
Uzaq Şərqin Amur vilayətindəki Blaqoveşensk şəhərində hərbi xidmətdə olub. 
Ordudan tərxis edildikdən sonra Azərbaycana qayıdıb və dörd il (1 aprel 1974-11 
may 1978) Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 
truppasında aktyorluq edib. Bu kollektivdən ayrılaraq dörd ay Azərbaycan Dövlət 
İncəsənət İnstitutunun Tədris teatrında işləyib (6 oktyabr 1978-23 yanvar 1979). 
Onun yaradıcılığının ən uzun və qaynar dövrü Gənc Tamaşaçılar Teatrı (GTT) ilə 
bağlıdır. O, 3 oktyabr 1979-cu ildən 1 sentyabr 2001-ci ilə qədər bu teatrın 
səhnəsində coşğun və səmərəli fəaliyyət göstərib. 1992-1993-cü illərdə GTT ilə 
paralel olaraq Bakı Bələdiyyə Teatrında da aktyoluq edib. Aktyor 1 sentyabr 2001-
ci il ildən Akademik Milli Dram Teatrının aktyor truppasının üzvüdür. 
Tofıq Hüseynovun Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram 
Teatrında oynadığı rollar. 


Polad. “Arvadımın əri”, Georgi Xuqayev. 
Rza bəy. “O olmasın, bu olsun”, Üzeyir bəy Hacıbəyov. 
Hacı Kərim. “Molla İbrahimxəlil kimyagər”, Mirzə Fətəli Axundzadə. 
Uzun. “Toy kimindir?”, Məhərrəm Əlizadə. 
Samson. “Ana ürəyi aldatmır”, Marten Fərzəliyev. 
 
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının səhnəsində ifa 
etdiyi obrazlar. 
Fərid. “Həmyerlilər”, Altay Məmmədov. 
Arif. “Ana məhəbbəti”, Yəhya Məmmədov. 
Əzrayıl. “Bu meydan, bu şeytan”, Firudin Aşurov. 
Aptekçi oğlu. “Demoklisin qılıncı”, Nazim Hikmət. 
Mərd Məzarov. “Adamın adamı”, Anar. 
İsgəndər. “Duel”, Mar Bayciyev. 
Polis rəisi. “Dost əli”, Mehriban Nəzərov. 
Usta. “Poladəridənlər”, Gennadi Bokarev. 
Knyaz Zvezdiç. “Maskarad”, Mixail Lermontov. 
 
Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Tədris 
teatrında yaratdığı səhnə surətləri. 
Balaqədeş və Əhməd Əhmədov. “Qaravəlli”, Anar.  
Lətif bəy. “Ac həriflər”, Əbdürrəhim bəy Haqverdiyev.  
Lord Avqust. “Lord Avqust vəzifə başında”, Bernard Şou. 
 
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Tofıq Hüseynov aşağıdakı 
rollarla özünün aktyor yaradıcılığını zənginləşdirib. 
İtalyan. “Sənin dostun, düşmənin”, Əfqan Əsgərov. 
Div. “Sehrli xalça”, Əli Səmədli. 
Külək. “Qar qız”, Teymur Elçin. 
Hacı Saleh. “Tamahkar”, Süleyman Sani Axundov. 
Cəbi və Hacı Salman. “Hacı Qəmbər”, Nəcəf bəy Vəzirov. 
General Vetsel. “Kiçik torpaqda üç gün”, Şamil Xurşud. 
Hacı Namazlı. “Danabaş kəndinin məktəbi”, Cəlil Məmmədquluzadə. 
Tülkü. “Cücələrim”, Tofıq Mütəllibov. 
Şükür bəy. “Qonşu qonşu olsa kor qız ərə gedər”, Rəşid bəy Əfəndiyev. 
Doktor. “Məhəbbət, şeytan və lambada”, Marat Haqverdiyev. 
Mirzəqulu. “Sevirdim, çox sevirdim”, Hidayət Orucov. 
Babaxan. “Pul dəlisi”, Əhməd Orucoğlu. 
Polis. “Məhəbbət bir bəladır”, Əhməd Orucoğlu. 
Müsavat zabiti. “26-lar”, İsgəndər Coşqun. 
Zilber. “Ölüm hokmü”, Elçin. 
 
Bakı Bələdiyyə Teatrında aktyorluq fəaliyyəti göstərdiyi müddətdə cəmi iki 
rolda çıxış edib. 
Şah Kreon. “Medeya”, Jan Anuy. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə