Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə55/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   48   49   50   51   52   53   54   55   56

Aktrisalıq sənətinə orta məktəb illərindən maraq göstərən Dilarə Nəzərova 
on altı yaşından “Nəsimi” folklor teatrında, Sumqayıt Dövlət Musiqili Dram 
Teatrında aktrisalıq edib. Sumqayıt səhnəsində tamaşaya qoyulmuş Akif 
Zeynalovun “Yanmış evin nağılı” (Həlimə), Fərman Kərimzadənin romanı 
əsasında İdris Ağalaroğlunun səhnələşdirdiyi “Çaldıran döyüşü” (Taclıbəyim), 
Kukla teatrında Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan” (Şərəfnisə), “Dədə 
Qorqud” dastanının motivləri əsasında işlənmiş “Dəli Domrul” (Əzrayıl), Cəlil 
Məmmədquluzadənin “Dəli yığıncağı” (Pırpız Sona), Rəhman Əlizadənin “Ay 
dəli” (Dilarə), Aleksandr Puşkinin “Qızıl xoruz” (Şamaxı gözəli) əsərlərinin səhnə 
təcəssümündə müxtəlif səpkili və başqa-başqa xarakterli rollar oynayıb. Şamaxı 
gözəli rolunu Akademik teatrda işləyəndə dəvətlə ifa edib. 
Adları çəkilən müxtəlif janr-üslublu sənət ocaqlarında müəyyən təcrübə 
toplayan Dilarə Nəzərova 1996-cı il oktyabr ayının 2-də Akademik Milli Dram 
Teatrına aktrisa görürülüb. O, truppada işlədiyi müddətdə bu qədim və möhtəşəm 
sənət məbədinin səhnəsində bir sıra rollar ifa edib. 
Güllər. “Ah, Paris... Paris!..”, Elçin. 
Kəniz. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə. 
Susanna. “Aydın”, Cəfər Cabbarlı. 
Səkinə. “Bu dünyanın adamları”, Hidayət. 
Papopa. “Fedra”. Jan Rnsin. 
  
 
Rəşid SƏMƏNDƏR 
Aktyor 
 
Görkəmli aktyor, əməkdar artist, qırx bir 
yaşında dünyasını dəyişmiş Səməndər Rzayevin 
oğludur. Həm faciə, həm dram, həm də dramatik 
yumorlu obrazlara maraqlı səhnə həyatı vermək 
üçün potensial imkanları var. Səsi qəltanlı, 
cingiltili və xaraktercə çoxçalarlıdır. Daxilən 
coşğundur və alovlu ehtiraslı, romantik səpkili 
əsərlərdə çıxış etməyə əsas verir. Lirik və 
emosional ifadə vasitələrindən istifadədə də 
bacarıqlıdır. 
Rəşid Səməndər oğlu Rzayev (Rəşid Səməndər) 8 oktyabr 1975-ci ildə 
Bakıda doğulub. Uşaq yaşlarından Bakının müxtəlif teatrlarının tamaşalarına 
maraq göstərib. 1992-ci ildə Bakının Binəqədi rayonundakı 144 saylı orta məktəbi 
bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. 
Məşhur rejissor Nəsir Sadıqzadənin rəhbərlik etdiyi kursda təhsil alıb və 1997-ci 
ildə ali savadlı dram və kino aktyoru diplomuna yiyələnib. 
Hələ tələbə ikən Akademik Milli Dram Teatrına dəvət olunub və Nahid 
Hacızadənin “Qisas qiyamətə qalmaz” dramının tamaşasında Nurlan rolunu 
oynayıb. Tamaşanın premyerası 24 may 1995-ci ildə oynanılıb. Bu roldakı uğuruna 
görə Rəşid Səməndər universitetin son kursunda oxuyanda, 1 oktyabr 1996-cı ildə 


Akademik teatrın truppasına aktyor götürülüb. Bir il sonra isə təhsilini fərqlənmə 
diplomu ilə başa vurub. 
İstedadlı gənc aktyor Rəşid Səməndərin Akademik Milli Dram Teatrında 
oynadığı səhnə obrazları bunlardır. 
Nurlan. “Qisas qiyamətə qalmaz”, Nahid Hacızadə. 
Yan Çunq. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə. 
Kreont. “Şah Edip, yaxud alın yazısı” (“Şah Edip”), Sofokl. 
Andranik. “Hələ “sevirəm” deməmişdilər...”, Ramiz Novruz. 
 
Gənc yaşlarında sənətdə qazandığı nailiyyətlərə görə 2001-ci ildə 
Azərbaycan Dövlət Gənclər, İdman və Turizm Nazirliyinin təsis etdiyi “İlin ən 
yaxşı gənc aktyoru” mükafatına layiq görülüb. 
İstedadlı aktyor Rəşid Səməndər Dövlət Televiziyasında hazırlanan Aqşin 
Babayevin “Dəvətnamə” (Biznesmen Qurban) əsərinin tamaşasında oynayıb. 
“Azərbaycanfilm”də çəkilən “Hacı Qara” (Əsgər bəy), telefilmlərdən “Itkin 
gəlin” (Şahin), “Leyli və Məcnun” (İbn Səlam) əsərlərinə çəkilib. 
  
 
Anar HEYBƏTOV 
Aktyor 
 
 Səhnədə çevik və dinamikdir. Zərif yumoru zəngin xalq 
folklorundan, məzhəkə və məsxərə oyun-tamaşalarından şirələnir. 
Aydın diksiyası, sərbəst səhnə davranışı və cazibədar görkəmi 
müxtəlif janrlı mürəkkəb rolların ifasında məzmun və forma 
ahəngi yaradır. Müxtəlif televiziya kanallarında musiqili-şou 
verilişlərini məharətlə aparır. 
Anar Mithət oğlu Heybətov 25 sentyabr 1976-cı ildə Bakı 
şəhərində anadan olub. 1983-cü ildə Bülbül adına orta ixtisas 
musiqi məktəbinə gedib və 1994-cü ildə xalq çalğı alətləri 
şöbəsinin tar sinfini bitirib. Bir il Bakı zərgərlik zavodunda 
işləyib. İncəsənətə maraq göstərib və 1995-ci ildə Azərbaycan 
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu 
fakültəsinə daxil olub. Tələbəlik illərində müxtəlif televiziya verilişlərində iştirak 
edib, “Yeddi oğul, yeddi qız” verilişini aparıb. 1999-cu ildə xalq artisti, görkəmli 
rejissor Azər Paşa Nemətovun rəhbərlik etdiyi kursu bitirərək ali savadlı aktyor 
diplomu alıb. Əvvəlcə sənət müəlliminin dəvətilə Akademik Milli Dram Teatrında 
Elçinin “Mənim ərim dəlidir” satirik komediyasının tamaşasında Cangüdən rolunu 
oynayıb. Tamaşanın premyerası 28 may 1998-ci ildə göstərilib. 1 sentyabr 2001-ci 
ildən isə Akademik teatrda müxtəlif səpkili rollar oynayıb. 
Cangüdən. “Mənim ərim dəlidir”, Elçin. 
Qumarbaz. “Hələ “sevirəm” deməmişdilər...”, Ramiz Novruz. 
Fortenbrans və Laert. “Hamlet”, Vilyam Şekspir. 
Qara. “Varlı qadın”, Əli Əmirli. 
Meyxanaçı Ələkbər. “Hərənin öz payı”, Əli Əmirli. 


 
Anar Heybətov Dövlət Televiziyasında hazırlanmış Maarif Məmmədovun 
“Qeyri-adi müştəri” (Oğlan), “Qara pişik” (Musiqiçi), “Olacağa çarə yoxdur” 
(Bəhlul) dram əsərlərinin teletamaşalarında çıxış edib. 
Moskvanın çəkdiyi çoxseriyalı “Dranqo” (Ramazan) filmində oynayıb. 
  
 
 
Şəlalə ŞAHVƏLƏDQIZI 
Aktrisa 
    
Cazibəli səhnə görkəmi var, səsinin vokal keyfiyyətlərindən istifadə edə 
bilir. Daxili dinamikasını oynadığı obrazların çılğınlıqları və ehtirasları ilə 
uzlaşdırmaqda səyləri uğurlu alınır. Rol üzərində ciddi işləməyi bacarır, cəsarətli 
axtarışlar aparmaqdan çəkinmir. Əsasən “Şəlalə Şahvələdqızı” imzası ilə çıxışlar 
edir. 
Şəlalə Şahvələd qızı Quliyeva 23 yanvar 1977-ci ildə Mingəçevir şəhərində 
doğulub. Orada üç saylı rus məktəbini 1994-cü ildə bitirib. Bir il Bakıda tikinti 
idarəsində işləyib. 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət 
Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, 
kursun rəhbəri, görkəmli rejissor Azər Paşa Nemət nasir-dramaturq Elçinin “Ah, 
Paris... Paris!..” satirik komediyasını Akademik Milli Dram Teatrında tamaşaya 
hazırlayanda tələbə aktrisaya da rol verdi. Gülbəniz rolunun məşqlərinə inamla 
başlayan Şəlalə Quliyeva 10 oktyabr 1996-cı ildə Akademik teatra aktrisa 
götürülüb. Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı teatrda yaşına və səhnə 
qabiliyyətinə uyğun rollar oynamağa başlayıb. 1999-cu ildə universitet təhsilini 
başa vuraraq işlədiyi kollektivin ali savadlı aktrisası olub. Həm dramatik, həm də 
komediya janrlı tamaşalarda oynadığı rolların ümumi siyahısı belədir. 
Gülbəniz. “Ah, Paris... Paris!..”, Elçin. 
Mələk. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə. 
 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə