Azərbaycan təqribən doqquz milyon əhalisi olan və hökumətə prezidentinin rəhbərlik etdiyi bir respublikadır



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə15/18
tarix26.08.2018
ölçüsü0,54 Mb.
#64430
1   ...   10   11   12   13   14   15   16   17   18

müəyyən üstünlüklər qazandırır. Naxçıvan MR-ın müxalifət partiyasının üzvləri hakim partiyaya 

üzv olmaq üçün yerli rəsmilər tərəfindən onlara təzyiqlərin edildiyini bildirmişlər. 

 

İl ərzində müxalifət partiyaları siyasət sahəsində əvvəlki illərdə olduğundan daha az fəal rol 



oynamışlar. Müxalifət üzvlərinin rəsmilər tərəfindən incidilməsi və əsassız qaydada həbs 

edilməsi və saxlanılması ehtimalı digər vətəndaşlardan daha böyük olmuşdur. Məsələn, oktyabr 

ayında yerli səlahiyyətli orqanlar Musavat Partiyasının liderlərinin Bərdə şəhərindəki partiya 

üzvləri ilə görüş keçirməsinin, Yevlax və Mingəçevir kimi şəhərlərə daxil olmasının qarşısını 

almışdılar. Müxalifət partiyalarının rayon şöbələrinin üzvləri yerli orqanların gündəlik partiya 

fəaliyyətlərinin qarşısını almaq üçün tədbirlər həyata keçirdiklərini bildirmişlər. Məsələn, 

restoran sahiblərinə  onlara məxsus ərazilərin müxalifət partiyaları tərəfindən toplantı və 

tədbirlərin keçirilməsi üçün istifadə edilməsinə imkan  verməmək məqsədilə  təzyiqlər 

göstərilmişdir. Partiya üzvləri çox vaxt keçirdikləri toplantıların məqsədlərini gizlətməli və 

bunları uzaq məntəqələrdə həyata keçirməli olmuşlar. Müxalifət partiyasının üzvləri polisin çox 

vaxt çayxanalarda kiçik toplantıları dağıtdığını və  iştirakçıları sorğu-sual üçün saxladığını qeyd 

etmişlər. 2006-cı ildən bəri müxalifət partiyaları ofis yerlərinin icarəsində ciddi çətinliklərlə 

üzləşmişdilər. Bəzi partiyalar isə ev sahiblərinin rəsmilərin təzyiqinə görə, ofis ərazisini onlara 

icarəyə verməkdən qorxduqlarına görə, onlar liderlərinin mənzillərində fəaliyyət göstərmişlər.     

 

125 yerlik Milli Məclisdə 14 qadın deputat var. Milli Məclisin sədr müavini də daxil olmaqla, 



bəzi qadınlar ali dövlət vəzifələrini tutur. Qadınların siyasətdə iştirak etmələrinə heç bir hüquqi 

məhdudiyyət qoyulmamışdır. Bununla belə, ənənəvi sosial normalar qadınların siyasi rollarını 

məhdudlaşdırmış və onlar seçki idarələrində az təmsil olunmuşlar.  

Ləzgi, talış və avar kimi etnik azlıqların üzvləri Milli Məclis və hökumətdə qulluq etməkdə 

davam etmişlər.   

 

Bölmə 4.  Rəsmi korrupsiya və hökumətin şəffaflığı 



 

Qanun rüşvəti qadağan etməklə korrupsiyaya görə cəzanı nəzərdə tutur.  Lakin, dövlət qulluğu, 

hökumət nazirlikləri və ən yüksək hökumət səviyyələri də daxil olmaqla, cəmiyyətin bütün 

sahələrində cəzasız korrupsiya geniş yayılmışdır. Dünya Bankının dünya miqyaslı idarəetmə 

göstəriciləri korrupsiyanın ciddi problem olduğunu əks etdirmişdi. İl ərzində xırda korrupsiya 

halları ilə əlaqədar və xüsusən də rüşvətxorluqda ittiham edilməklə cinayət işləri açılmışdır.  

Buna baxmayaraq, belə işlər ölkədə rüşvətxorluq, xırda və iri korrupsiyanın miqyasına cüzi təsir 

göstərmişdir. Əldə edilən məlumata görə il ərzində Prezident Administrasiyası Bakı şəhər 

Nizami rayonunun İcra Başçısı Mehbalı Əliyevi korrupsiyaya görə vəzifəsindən uzaqlaşdırmışdı. 

İlin sonuna kimi Əliyevə qarşı heç bir cinayət işi açılmamışdı. 

 

Hökumətin  şəffaflığı artırılması  və korrupsiya ilə mübarizəyə dair 2007-ci il milli 



strategiyasının əsas müddəaları ilin sonuna kimi hələ də həyata keçirilməmişdir. Bu strategiya 

hökumətin hesabatlılığının yüksəldilməsi, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq və korrupsiya 

əleyhinə yönəlmiş tədbirlərin icrasının sistematik izlənilməsi və bildirilməsi üçün çərçivəni 

müəyyən etmişdir. Milli strategiyanın əsas elementlərindən biri olan maliyyə bəyannaməsinə 

dair qanun rəsmilərdən illik gəlirlərini, gəlirlərinin mənbələrini, əmlaklarını və maliyyə 

öhdəliklərini bildirməyi tələb edir. Qanunda habelə, qohumbazlıq qadağan olunur, dövlət 

rəsmilərinə və üçüncü tərəfə hədiyyələrin yaxud birbaşa və ya dolayı maliyyə mənfəətlərinin 

verilməsini də qadağan edir.   




Qanun ayrı-ayrı şəxslər və təşkilatlar tərəfindən hökumət məlumatına ictimai çıxışı təmin olunur. 

Lakin hökumət çox vaxt çıxış imkanlarını təmin etməmişdir.  Hökumət nazirliklərin məlumat 

üçün müraciət etməklə bağlı fərqli prosedurları olsa da, onlar adi qaydada müraciətlərə mənfi 

cavab vermişlər. Onların əsas iddiası bu olmuşdur ki, bu məlumata malik deyillər.  İnsanlar 

məlumatdan imtina ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdirlər, lakin 

məhkəmələr, adətən, nazirliklərin verdikləri qərarları olduğu kimi saxlamışlar.  

Ötən bir neçə il ərzində hökumət hasilat sənayesi sahələrində şəffaflığın yaxşılaşdırılması üçün 

müəyyən addımlar atmışdır. O, 2004-cü ildə Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünü (HSŞT) 

dəstəkləmişdi. Bu Təşəbbüsə əsasən, Hökumətlər öz müvafiq hasilat sənayelərindən əldə edilən 

ödəniş və gəlirlərin açıqlanması üçün hökumət, şirkətlər və vətəndaş cəmiyyəti arasında 

əməkdaşlıq münasibətləri qurmaqla, təbii ehtiyatların cəmiyyətin bütün üzvlərinin mənfəəti 

naminə idarə edilməsinə dair 12 razılaşdırılmış HSŞT Prinsiplərini qəbul etmişdir.HSŞT 

akkreditasiyalı təhlilçilərin ölkənin mühüm HSŞT sənədlərini yoxlamasından və 

təsdiqləməsindən sonra HSŞT Şurası 16 fevral tarixində Azərbaycana ilk HSŞT-yə riayət edən 

ölkə statusu vermişdir. HSŞT prinsiplərinin həyata keçirilməsinə görə cavabdeh olan Azərbaycan 

Respublikasının Dövlət Neft Fondu (ARDNF)  həmçinin, neft və qaz gəlirlərinə dair 

məlumatlara çıxış səviyyəsini artırmışdı. Amma bəzi müşahidəçilər həmin vəsaitin xərclərin 

yoxsulluğun azaldılması və ya kommunal xidmətlərin təmin edilməsinə yönəldiyini təmin etmək 

üçün nəzərdə tutulmaması, tənzimlənməməsi və ya idarə edilməməsindən şikayətləniblər. 

Bundan əlavə, müşahidəçilər onu da qeyd edirdilər ki, ölkənin neft və qaz gəlirləri bütövlüklə 

ARDNF tərəfindən idarə edilməmiş və HSŞT şəffaflıq təcrübələri tətbiq olunmamışdır. Ölkədəki 

26 neft və qaz şirkətlərinin hamısı HSŞT prosesində iştirak etsələr də, çox az sayda şirkət 

təfərrüatlı gəlir hesabatına razılıq vermişdi. Bundan əlavə, ölkənin HSŞT riayətetmə statusu 

hökumətin QHT-lərlə əməkdaşlığa dair iş planını yaratmağa dair razılaşmasına əsaslanır. İlin 

sonuna hökumət bu iş planını yaratmasa da, bunu etmək üçün müvafiq addımlar atmağı vəd 

etmişdi.  

 

Bölmə 5. İddia edilən insan hüquqları pozuntularının beynəlxalq və qeyri-hökumət təşkilatları 

tərəfindən araşdırmalara hökumətin münasibəti 

 

Bir sıra yerli və beynəlxalq insan hüquqları qrupu insan hüquqları ilə bağlı halları təhqiq və nəşr 

etməklə hökumət məhdudiyyəti olmadan fəaliyyət göstərmişlər. Hökumət bəzi insan haqları ilə 

məşğul olan QHT-lərlə əlaqələr saxlasa  və onların sorğularını cavablandırsa da, bəzi hallarda 

digər insan haqları üzrə QHT-ləri və onların fəallarını tənqid etmiş və qorxutmuşdur. Ədliyyə 

Nazirliyi bəzi insan haqları ilə məşğul olan QHT-ləri müntəzəm surətdə qeydiyyatdan 

keçirməkdən imtina etmiş və ya bunu edə bilməmişdi. 

 

İnsan haqları ilə məşğul olan əsas yerli QHT-lər bunlardır: 



Qadın Hüquqlarını Müdafiə Birliyi, 

İnsan Hüquqları və Qanuna Hörmət Bürosu, Azərbaycan Demokratik İnkişaf və İnsan Hüquqları 

Müdafiəsi Fondu, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi, Sülh və Demokratiya İnstitutu, 

Helsinki Vətəndaş Cəmiyyəti, RATİ və Azərbaycan İnsan Hüquqları Mərkəzi

.

 Əksər aparıcı 



QHT-lər iki müstəqil, çərçivə təşkilatı olan İnsan 

Hüquqları 

Federasiyası və İnsan 

Hüquqları

 

üzrə Təşkilatların Monitorinq Qrupuna qoşulmuşlar. 



 

Hökumət çox sayda yerli QHT müşahidəçiləri ilə görüşmüşdür. Ədliyyə Nazirliyi insan haqları 

icmasının bir neçə nümayəndələri ilə birgə siyasi məhbuslarla iş üzrə komitədə iştirak etmişdir. 

Ötən illərdə Daxili İşlər Nazirliyi İşgəncələrə Qarşı Azərbaycan Komitəsi  adlı bir QHT-yə polis 

və istintaq təcridxanalarına birbaşa girişinə icazə vermişdir. Bununla belə, 1 iyun tarixindən 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə