istintaqa kömək etməyə dair hər hansı müraciət almamışdır.
İnsan alverində birbaşa və bilərəkdən rəsmi əlbir olmaya dair sübut olmasa da, bəzi hökumət
orqanlarında formalaşmış korrupsiya mədəniyyəti insan alveri üçün bəzi inzibati baryerlərdən
yayınmaq üçün imkanlar yaratmışdır.
Qanun insan alveri qurbanlarını məcburiyyət, hədə-qorxu və ya digər insan alveri şəraitləri
altında törədilmiş mülki, inzibati və cinayət məsuliyyətindən azad etməklə qoruyur. Bununla
belə, təcrübədə insan alveri qurbanları hakimlər tərəfindən təhqiramiz sözlərə və pis adla
ləkələnməyə məruz qalmışlar. Qurbanlar çox vaxt cinayətkarlar kimi nəzərdən keçirilmiş və
yalnız insan alverinin birbaşa nəticəsi kimi törətdikləri qeyri-qanuni hərəkətlərə görə
cəzalandırılmışlar. Qanun qurbanların kimliyini qorumaq üçün təxəllüslərdən istifadə etməyə
icazə verir və onlara dəstəyin verilməsi və sığınacaqla təmin edilməsini nəzərdə tutur. Hökumət
insan alveri qurbanlarının müəyyən edilməsi üçün həssas əhali qruplarını sistematik qaydada
nəzərdən keçirməmişdir.
Qaçırılmış qadınların öz ölkələrinə qaytarılması üzrə standart mexanizm mövcud olmamışdı.
Beynəlxalq Miqrasiya Təşkilatına əsasən (BMT), insan alveri qurbanı olmuş və ya fahişəliklə
məşğul olan bəzi vətəndaş və əcnəbilər ölkəyə əsasən Türkiyədən deportasiya edilmişlər.
Dubaydan deportasiya edilmiş bəzi insan alveri qurbanları ölkə QHT-lərindən dəstək alsalar da,
hökumətin onlara dəstək göstərmək üçün proqramı olmamışdır.
Avqust ayında hökumət insan alveri qurbanlarına dəstək təşkil etmək üçün milli və
agentliklərarası sistem, Milli Sorğu Mərkəzi təsis etmiş və həyata keçirmişdir. Hökumət,
qurbanları hökumətin maliyyələşdirdiyi sığınacağa yönəltmişdir. Həmin sığınacaq qurbanlara
hüquqi, tibbi və psixoloji xidmətləri təmin etmişdir. Hökumət həmçinin insan alveri qurbanlarını
təlim və məşğulluq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdindəki yardım
mərkəzinə və QHT-lərə yönləndirmişdir. 2008-ci ilin avqust ayında BMT (Beynəlxalq Miqrasiya
Təşkilatı) Daxili İşlər Nazirliyinin İnsan alveri ilə mübarizə idarəsi ilə birgə layihəyə başlayaraq,
onların işçi heyətinə təlim keçməklə və əməliyyat prinsiplərini hazırlamaqla, sığınacaq və qaynar
xətt xidmətlərinin idarəetmə potensialını gücləndirmişlər. Hökumət Qaynar xətti tam
maliyyələşdirsə də, onu birbaşa idarə etməyib, lakin işini fəal surətdə təbliğ edib.
Fevral ayında hökumət öz milli insan alverinə qarşı fəaliyyət planının ikinci mərhələsinin
icrasına başlamışdır. Bu planın tərkib hissəsi kimi, sentyabr ayında hökumət insan alveri
qurbanlarının müəyyən edilməsi qaydalarının (indikatorları)təsdiq etmiş və qərarı qüvəyyə
mindirmişdir. Bu qaydalar hüquq-mühafizə orqanları tərəfindən insan alveri qurbanlarının
asanlıqla müəyyən edilməsini və onlara lazımi yardımın göstərilməsinə kömək etmək üçün
nəzərdə tutulub. ki həmin qurbanlara asanlıqla kömək etmək mümkün olsun. Oktyabrda Bosniya
və Herseqovina və Serbiyadan böyük sayda əməklə əlaqədar insan alveri qurbanlarının
aşkarlanması hökumətin və Milli İstiqamətləndirmə mexanizminin bu qaydaların icrasında bir
sıra zəifliklərin olduğunu üzə çıxarmışdır.
Sülh və Demokratiya İnstitutu, Qadın Böhran Mərkəzi və Təmiz Dünya təşkilatları kimi bir neçə
QHT-lər və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi hökumət orqanları insan
alverinə qarşı fəaliyyətlərlə məşğul olmuşlar. Daxili İşlər Nazirliyinin məlumatına əsasən o,
ölkənin bir çox hissələrində insan alveri əleyhinə 70 məlumatlandırma proqramlarını həyata
keçirmişdir.
Dövlət Departamentinin illik İnsan Alverinə dair Hesabatına
www.state.gov/g/tip
. saytında
baxmaq olar.
Fiziki qüsurlu şəxslər
Qanun fiziki qüsuru olan şəxslərə məşğulluq, təhsil, tibbi qayğı və digər dövlət xidmətlərinin
təminatı sahəsində ayrı seçkiliyə yol verilməsini qadağan etsə də, işdə ayrı-seçkilik problem
olaraq qalmışdır. Geniş yayılmış fikrə əsasən fiziki qüsuru olan uşaqlar xəstədir və onlar başqa
uşaqlardan ayrılaraq digər müəssisələrdə təhsil almalıdırlar. Bir sıra beynəlxalq və yerli QHT-lər
fiziki qüsuru olan uşaqlar barədə düşüncə tərzini dəyişmək və qüsurlu uşaqları cəmiyyətə
yenidən inteqrasiya etmək üçün təhsil kampaniyaları həyata keçirmişlər.
Fiziki qüsuru olan şəxslərin dövlət və digər binalara girişinə şəraitin yaradılmasını nəzərdə tutan
qanun yoxdur və əksər binalar onlar üçün müyəssər olmayıb.
Ruhi xəstə və fiziki qüsurlu şəxslər üçün müəssisələrdə tibbi xidmət səviyyəsi fərqli olmuşdur;
bəziləri lazımi xidməti təmin etdiyi halda digərlərində isə xidmət göstərn şəxslərin, avadanlığın
və sanitariya şəraitinin, habelə lazımi pəhrizi təmin etmək üçün təchizatın qıtlığı mövcud
olmuşdur.
Səhiyyə, Əmək və Əhalinin Sosial Təminatı Nazirlikləri fiziki qüsurlu şəxslərin hüquqlarının
müdafiəsinə görə məsuliyyət daşımışlar.
Milli/İrqi/Etnik azlıqlar
Ölkə ərazisində yaşayan təxminən 20.000 erməni mənşəli şəxslər tarixən məşğulluq, təhsil,
mənzil təminatı, sosial xidmətlər və digər sahələrdə onlara qarşı ayrı-seçkiliyin olduğundan
şikayətlənmişlər. Etnik erməni olan Azərbaycan vətəndaşları çox vaxt öz pasportlarında etnik
mənsubiyyəti qanuni yolla dəyişərək öz etnik mənsubiyyətlərini gizlətmişlər. İl ərzində
ermənilərə qarşı hər hansı zorakılıq və ya ayrı-seçkiliyə dair məlumatlar olmamışdır.
Bəzi qruplar bəzən ayrı-seçkilik halları, onların öz dillərində dərs demək imkanının
məhdudlaşdırılması və yerli orqanlar tərəfindən incidildiklərini bildirmişlər. Bu cür qruplara
cənubda yaşayan talışlar, şimalda yaşayan ləzgilər, köçkün Mesxeti türkləri və Ermənistanın
dəstəklədiyi Dağlıq Qarabağ separatçılarının nəzarət etdiyi Laçın rayonundan olan qaçqın
kürdlər daxildir.
Cəmiyyətdə seksual oriyentasiya və cinsi mənsubiyyət əsasında sui-istifadə, ayrı-seçkilik və
zorakılıq hərəkətləri
Seksual oriyentasiyanı cəzalandıran qanun yoxdur. Seksual oriyentasiyalarına görə şəxslərə
qarşı polis qəddarlığına dair çoxsaylı hallar olmuşdur. İl ərzində buna görə məsuliyyət daşıyan
şəxslərin hərəkətləri araşdırılmamış və ya cəzalandırılmamışdır.; Lakin, bunun əsas səbəbi
zorakılıq qurbanının ictimai qınaq qorxusundan şikayət etmək istəməməyi olmuşdur. 2007-ci
ildə ombudsman aparatı vasitəsilə rəsmi şikayət edildikdən sonra iki polis zabiti öz vəzifəsindən
uzaqlaşdırılmışdır.
İl ərzində polis dörd halda homoseksualların barına hücum etmiş və demək olar ki, 50-yə yaxın
şəxsi həbs etmişlər. Əldə edilən məlumata əsasən polis onları saxlamış və rüşvət ödəmədikləri
halda onların seksual oriyentasiyasını açıq bəyan edəcəkləri ilə hədələmişlər. İnsan hüquqları
üzrə ombudsman aparatı bu məsələləri həll etmək üçün müdaxilə etmişdir.
Bir QHT ölkədə lesbiyan, qey (homoseksual), biseksual və transgender (LGBT) məsələləri ilə
məşğul olur. Bu QHT HİV/QİÇS yayılmasının qarşısının alınması istiqamətində fəaliyyət
göstərmiş və hüquqi məsləhət, psixoloji yardım və kömək fəaliyyətinigöstərmişdir. QHT
fəaliyyətində hər hansı rəsmi təqiblə üzləşmədiyini bildirmişdir. İl ərzində qey paradların
təşkilinə cəhdlər edilməsə də, Beynəlxalq Anti Homofobia Gününü qeyd etmək üçün 17 may
tarixində kiçik toplantı olmuşdur.
Seksual oriyentasiyaya əsasən zorakılıq səbəbindən il ərzində ölüm halları baş verməsə də,
seksual oriyentasiyaya görə məişət zorakılığı böyük problem olaraq qalmışdır
Hökumət seksual oriyentasiyaya görə ayrı-seçkiliklə rəsmi olaraq barışmasa da, LGBT şəxslərə
qarşı ictimai qərəz mövcud olmuşdur. Seksual oriyentasiyaya görə işdən çıxarılma qeyri-qanuni
hesab edilsə də, LGBT şəxslər işəgötürənlərin onları işdən çıxarmaq üçün başqa səbəblər
tapdığını qeyd etmişlər. Tibbi xidmətin təminatı sahəsində də ayrı-seçkilik problem olaraq
qalmışdır. 2008-ci ildə iki avtomobil qəzası nəticəsində xəsarət almış iki transgender şəxs 1 Saylı
Bakı şəhər xəstəxanasının həkimləri onlara tibbi yardım göstərməkdən imtina etdikləri
nəticəsində vəfat etmişlər.
Cəmiyyətdə digər zorakılıq və ya ayrı-seçkilik halları
HIV/QİÇSli şəxslərə qarşı sosial zorakılıq və ya ayrı-seçkiliyə dair məlumatlar olmayıb.
Bölmə 7. İşçi hüquqları
a. Birləşmə hüququ
Qanunda həmkarlar ittifaqlarını yaratmaqq hüququ daxil olmaqla, birləşmə azadlığının təmin
olunması nəzərdə tutulur. Lakin təcrübədə bu hüquqa müəyyən məhdudiyyətlər qoyulmuşdur.
Jurnalistlər birliyi istisna olmaqla, həmkarlar ittifaqlarının böyük hissəsi hökumətlə sıx şəkildə
fəaliyyət göstərmişdir.
Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyində işləyən mülki şəxslərin həmkarlar ittifaqında
iştirakına icazə verilsə də, hərbçilər və polisə bu qadağan olunmuşdu. Qanun həmçinin rəhbər
heyətin həmkarlar ittifaqına qoşulmasını qadağan etsə də, dövlət sənaye sahələrində idarəetmə
səviyyəsində çalışan şəxslərin həmkarlar ittifaqına üzvlük haqları avtomatik olaraq onların
maaşlarından tutulmuşdur.
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) müxtəlif sənaye sahələrindəki 28
əmək federasiyalarını təmsil edən təxminən 1.6 milyon üzvü olmuşdur. AHİK müstəqil təşkilat
kimi qeydiyyatdan keçsə də, bəzi işçilər onun hökumətlə sıx əlaqələrinin olduğunu hesab
etmişlər.
Qanun həmkarlar ittifaqlarına öz fəaliyyətlərini dövlət müdaxiləsi olmadan həyata keçirməyə
icazə verir, lakin təcrübədə əksər həmkarlar ittifaqları müstəqil olmamışlar. Qanun əksər işçilərin
tətil etmək hüququnu tanıyır. Tətil etmələrinə qadağa qoyulmuş işçi kateqoriyalarına aşağıdakılar
aiddir: yüksək vəzifəli icra və qanunverici orqanın rəsmiləri, hüquq-mühafizə orqanlarının
işçiləri, məhkəmə işçiləri, yanğınsöndürənlər, səhiyyə, elektrik enerjisi, su təminatı, telefon,
dəmir yolu və hava nəqliyyatına nəzarət işçiləri.. İctimai nəqliyyatın işini pozmuş tətilə çıxmış
işçilər üç ilə qədər həbs cəzasına məhkum edilə bilərdilər. Qanun işdən çıxarma və ya başqa işçi
ilə əvəzolunma kimi cəzalarla tətilə çıxanların cəzalandırılmasını qadağan edir. Həm yerli, həm
də beynəlxalq QHT-lər iddia etmişlər ki, əksər sənaye sahələrində çalışan işçilərin boyük qismi
öz hüquqlarını bilməmişlər və şikayət edəcəkləri təqdirdə cəzalandırılacaqlarından qorxmuşlar.
Bu xüsusən də, dövlət sektorunda çalışan şəxslərə aid olmuşdur.
Əmək qanunvericiliyi ölkə ərazisindəki bütün işçi və müəssisələrə tətbiq edilsə də, hökumət
çoxmillətli təşkilatlarla ikitərəfli razılaşmaları müzakirə edə bilmiş və nəticədə bu cür
müəssisələr milli əmək qanununa riayət etməkdən azad olunmuşlar. . Məsələn, 1994-cü ildə
hökumətlə çoxmillətli neft-qaz şirkətləri ilə imzalanmış İstehsalın Bölüşdürülməsi üzrə
Sazişlərdə (İBS) və işçilərin həmkarlar ittifaqında təmsil olunmaları təmin olunmamışdır. Bəzi
əmək təşkilat və QHT-lərin bildirdiyinə görə belə şirkətlərin bəziləri öz işçilərini həmkarlar
ittifaqı yaratmaqdan çəkindirmişlər, və bir sıra istisnalara baxmayaraq, İBS üzrə fəaliyyət
göstərən çoxmillətli təşkilatların əksər işçiləri həmkarlar ittifaqının üzvü olmamışdır. iBritish
Petroleum şirkətində çalışan işçilər həmkarlar ittifaqında birləşmişlər, lakin digər çoxmillətli
korporasiyalarda, xüsusilə də Çinli subpodratçıların idarə etdiyi ç şirkətlərdə vəziyyət daha
acınacaqlı olmuşdur. AHİK bildirmişdir ki, il ərzində yeni həmkarlar ittifaqlarının yaradılması
sahəsində bəzi irəliləyişlər olmuş və ölkədəki çoxmillətli korporasiyalar belə təşəbbüsləri
dəstəkləməyə başlamışlar.
Qanun həmkarlar ittifaqlarına siyasi fəaliyyətlə məşğul olmağı, siyasi partiyalarla birləşməyi və
ya siyasi partiyalardan maliyyə vəsaiti almağı qadağan edir.
Rəsmi iqtisadiyyatda üstünlük təşkil edən dövlət müəssisələrinin əksəriyyəti işçilərin əmək
haqlarından həmkarlar ittifaqı üçün üzvlük haqqını tutmuş, lakin həmin haqları həmkarlar
ittifaqlarına ödəməmişlər. Neft işçiləri ittifaqı üçün toplanmış haqların dörddə biri həmkarlar
ittifaqının idarə edilməsi ilə bağlı “inzibati xərclər” üçün nəzərdə tutulmuşdur. Bununla belə,
şəffaflığın olmaması həmin haqların əslində nəcə istifadə olunduğunu bilmək qeyri-
mümkündür. Həmkarlar ittifaqları və onların üzvlərinin tutulmuş vəsaitləri araşdırmaq üçün
qanuni vasitəsi olmamışdır.
Neft-Qaz Sənayesi İşçilərinin üzvlüyü Dövlət Neft Şirkətinin 65.000 işçisi üçün məcburi olaraq
qalmışdır. Onların həmkarlar ittifaqına üzvlük haqqı (hər işçinin əmək haqqının 2 faizi)
avtomatik olaraq onların əmək haqlarından çıxılmışdır.
b. Təşkilatlanmaq və Kollektiv sövdələşmə hüququ
Qanun dövlət müəssisələrində maaşların və iş şəraitlərinin müəyyən edilməsi üçün kollektiv
sövdələşmə üzrə razılaşmaları təmin edir. Hökumət tərəfindən təyin edilən şuralar əsas dövlət
firmalarını idarə etdiklərinə və bütün hökumət işçiləri üçün maaş müəyyən etdiklərinə görə
həmkarlar ittifaqları faktiki olaraq bu cür maaş səviyyələrini razılaşdıra bilməmişlər. Kollektiv
sövdələşməyə dair razılaşmalar çox vaxt formallıq kimi nəzərdən keçirilmiş və geniş istifadə
edilməmişdir.
Hökumətin həmkarlar ittifaqına münasibətdə ayrı-seçkiliyə yol verdiyinə dair məlumatlar
olmamışdır. Əmək mübahisələri əsasən yerli məhkəmələr tərəfindən tənzimlənmişdir.
Sonuncular həmkarlar ittifaqına qarşı ayrı-seçkiliyə yol verməsə də, onların geniş surətdə
korrupsiyaya uğraması hesab edilmişdir. Bakıda fəaliyyət göstərən xarici şirkətlər tərəfindən
həmkarlar ittifaqlarına qarşı ayrı-seçkiliyə dair məlumatlar olmuşdur. Neft İşçilərinin
Hüquqlarını Müdafiə Təşkilatının nümayəndəsi bildirmişdir ki, Sinqapur şirkətinin nəzdində
olan Kaspian Şipyard-ın həmkarlar ittifaqı yaratmaq istəyən işçilərinin bu cəhdi nəinki nəticəsiz
qalmış, hətta şirkət onların bu cəhdinə görə sonradan 140 manat (175 ABD) cərimə tutmuşdur.
Əmək QHT-ləri bildirmişdir ki, çoxmillətli enerji şirkətləri və onların subpodratçıları çox vaxt
işçilərini həmkarlar ittifaqlarına üzv olmaqdan çəkindirmişər. İBS -lərdə həmkarlar ittifaqına
üzvlük haqlarının nəzərdə tutulmamasıı əksər çoxmillətli şirkətlərinin bu cür davranışına yol
açmışdır.
İxrac üzrə emaledici zonaları mövcud olmamışdır.
c. Məcburi və ya icbari əməyin qadağan olunması
Müharibə vəziyyəti və ya hər hansı hökumət orqanının nəzarəti altında məhkəmə qərarının icrası
ilə bağlı hallar istisna olmaqla, konstitusiya və qanun məcburi əməyi qadağan edir. Bəzi
müşahidəçilər bildirmişlər ki, qadın, kişi və uşaqların cinsi istismar, məcburi əmək və dilənçilik
məqsədilə insan alveri nadir hallarda baş vermişdir. Kişi və oğlanlar məcburi əmək üçün
Rusiyaya aparılmışlar (bax bölmə 6).
d. Uşaq əməyinin qadağan edilməsi və minimal əmək haqqı
Qanun uşaqları iş yerində istismar edilməkdən və onların sağlamlığı üçün təhlükəli olan işlərdən
qoruyur. Buna baxmayaraq uşaq əməyinə dair qanunların pozulması barədə bir çox şikayət
olmuşdur. ,Pambıq istehsalındaa uşaq əməyindən istifadə edilməsinə dair məlumatlar da
olmuşdur. Verilən məlumatlara görə uşaqlar həmçinin kommersiya məqsədli cinsi istismar və
dilənçilik üçün insan alverinə məruz qalmışlar (bax bölmə 6).
Minimal əməkhaqqı işin növündən asılı olmuşdur. Əksər hallarda qanun uşaqların 15 yaşından
etibarən işləməsinə icazə verir; 14 yaşlı uşaqlar ailə bizneslərində və ya valideynlərinin icazəsinə
əsasən, onların sağlamlığına təhlükə törətməyən məktəbdən sonra işlərdə gün ərzində çalışa
bilərlər. 16 yaşına çatmamış uşaqlar həftədə 24 saatdan artıq, 16-18 yaş arası uşaqlar həftədə 36
saatdan artıq işləyə bilməzlər. Qanun 18 yaşına çatmamış uşaqların çətin və təhlükəli iş
şəraitlərində işlətməsini qadağan edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaq
əməyinə dair qanunların icrasına görə məsuliyyət daşısa da, bu qurumun məsuliyyəti qeyri-
səmərəli hesab edilmişdir.
e. Məqbul iş şərait
i
Qanunla müəyyən edilmiş aylıq minimal əmək haqqı miqdarı 75 (təxminən 91 ABD) manatdır.
Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə
Fondu minimal əmək haqqının tətbiqinə görə birgə məsuliyyət daşıyır. Bununla belə təcrübədə
minimal əmək haqqı tələbinə effektli riayət edilməmişdir. Həmkarlar ittifaqları və müfəttişlərin
müdaxiləsindən sonra 2008-ci ilin ortalarından ilin ortasına kimi ödənilməmiş əmək haqları ilə
bağlı şikayət etmiş işçilərə təxminən 950,000 manat (1.100.000 ABD) ödənilmişdir.
Qanunda 40 saatlıq iş həftəsi nəzərdə tutur. Maksimal gündəlik iş növbəsi 12 saatdır. Təhlükəli
sahələrdə çalışan işçilərə həftədə 36 saatdan artıq işləməyə icazə verilmir. Qanun əmək
müqavilələrə və kollektiv razılaşmalara əsasən müəyyən edilən nahar və istirahət vaxtlarının
olmasını tələb edir. Yerli şirkətlərin əlavə iş vaxtı üçün qanunla tələb olunan ödənişləri təmin
edib-etmədiyi məlum olmasa da, beynəlxalq şirkətlər adətən bunu təmin etmişdi. İş vaxtından
çox davam edən məcburi işə qadağa qoyulmur. Əksər insanlar hökumətin müqavilə və ya əmək
qanunlarını tətbiq etmədiyi qeyri-rəsmi iqtisadiyyat sahələrində işləmişlər.
Qanunda tibbi və təhlükəsizlik standartları müəyyən edilmişdir. Hökumətin iş şəraitinə nəzarət
etməsi zəif və səmərəsiz olmuş və standartlara məhəl qoyulmamışdır. AHİK əmək və peşə
qaydalarına necə riayət olunmasına nəzarət etmiş və buraya təhlükəsizlik və sağlamlıq şəraiti də
daxil olmuşdur. AHİK-ə 2008-ci ildə 236.220 şikayət daxil olmuşdur. Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinə isə cəmi bir şikayət daxil olmuşdur.
İşçilər öz məşğulluqlarına zərər yetirmədən onların sağlamlıqlarını təhlükə altında qoyan
vəziyyətlərdən özlərini uzaqlaşdırmaq hüququna malik olmamışlar. Ölkədəki Beynəlxalq Əmək
Təşkilatının (BƏT) ofisindən verilən məlumatlara görə, ilin ilk altı ayı ərzində 33 ölümlə
nəticələnən qəza və 122 xəsarət hadisəsi baş vermişdir. 18 ölüm və 38 xəsarət hadisəsi tək tikinti
sektorunda baş vermişdir. Neft sektorunda çalışan işçilərin hüquqlarını müdafiə edən bir QHT -
Neftçilərin Hüquqlarının Müdafiə Şurası (NHMŞ) bildirmişdir ki, müvafiq il ərzində iş
yerlərində baş vermiş qəzalar ucbatından neft-qaz sektorunda işləyən yeddi işçi həlak olmuşdur.
Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası bildirmişdir ki, hökumətin çoxmillətli
korporasiyalarla məzmunu məxfi saxlanılan ikitərəfli sazişləri əmək haqlarının pozuntularına
şərait yaratmışdır. 2007-ci ildə Azərbaycan Respublikasının Neft-Qaz Sənayesi İşçilərinin
İttifaqı Dövlət Neft Şirkəti ilə daha çox sosial müdafiə, sağlamlıq və təhlükəsizlik öhdəliklərini
nəzərdə tutan yeni saziş imzalamışdır. Müqavilə maddələrinin 2010-cu ilin sonuna kimi
tamamlanması nəzərdə tutulsa da, ilin sonuna müqavilə müddəalarının cəmi 20 faizi yerinə
yetirilmişdi. İş yerində baş verən qəzalar həmçinin iqtisadiyyatın digər sektorlarında da problem
olaraq qalmışdır.
Qanun xarici və yerli işçilərə bərabər hüquqları nəzərdə tutur. Buna baxmayaraq insan
hüquqlarının yerli müdafiə qrupları və NHMŞ bir tərəfdən xarici neft şirkətlərində
bərabərsizliklərin, xüsusilə də yerli işçilərin daha az maaş alması, əmək müqaviləsi və ya tibbi
sığortanın olmamasını bildirmişlər.Digər tərəfdən NHMŞ çoxmillətli şirkətlərlə əmək
mübahisələrin həll olunmasını yerli şirkətlərdən daha asan olduğunu bildirmişdir. Bunun səbəbi
çoxmillətli şirkətlərin əmək münasibətləri sahəsində daha təcrübəli və şəffaf olduqları ilə izah
olunmuşdur. BƏT-in bir nümayəndəsi qeyd etmişdir ki, dövlətin tənzimləyici orqanlarında
çalışan bir çox şəxslərin biznes maraqlarının olması bu sahədə maraqların toqquşmasına səbəb
olmuşdur.
Dostları ilə paylaş: |