Azərbaycan təqribən doqquz milyon əhalisi olan və hökumətə prezidentinin rəhbərlik etdiyi bir respublikadır



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə4/18
tarix26.08.2018
ölçüsü0,54 Mb.
#64430
1   2   3   4   5   6   7   8   9   ...   18

2008-ci ilin oktyabr ayında Bakı şəhərində narkotik alveri ilə mübarizə şöbəsinin polis zabitləri 

narkotik vasitələrin yayılmasında təqsirli bilinib həbs edilmişlər. Onların iş yerlərinin axtarışı 

zamanı bir kiloqram heroin aşkar edilərək götürülmüşdür. İlin sonunda zabitlərin həbsdə 

qalmaları davam etmişdir. 

 

Həbs prosedurları və saxlama yerində rəftar 

 

Qanunda nəzərdə tutulub ki, cinayətdə təqsirli bilinərək saxlanılmış, həbs edilmiş və ya ittiham 



edilən şəxslərə onların hüquqları, həbsin səbəbləri dərhal izah edilməli və müvafiq hüquqi proses 

təmin olunmalıdır; bununla belə, təcrübədə hökumət bu müddəalara riayət etməmişdir. Çox vaxt 

polisə müqavimət kimi saxta ittihamlarla əsassız həbslər il ərzində problem olaraq qalmışdır.    

 

Qanun polislərə şəxsləri həbs barədə əmr olmadan  24 saat müddətinə saxlamağa və sorğu-sual 



etməyə icazə verir.  Təcrübədə polis işçiləri  həbs əmri olmadan şəxsləri bir neçə gün, bəzən 

həftələrlə saxlamışlar. Digər hallarda hakimlər həbs qərarını həbs faktından sonra çıxarmışlar.   

 

Baş Prokurorluq və ya digər  icraedici  orqanlarının məmurlarının təlimatına əsasən fəaliyyət 



göstərən hakimlər saxlanılan şəxsləri vəkillə təmin etmədən bir neçə saat ərzində həbs cəzası 

vermişlər.    

 

Qanun saxlanılan andan vəkil tutmaq hüququnu nəzərdə tutur.  Təcrübədə isə vəkil ilə təmin 



olunma məsələsi, xüsusən də Bakı şəhərindən kənarda, çox aşağı səviyyədə olmuşdur. Qanunda 

nəzərdə tutulmasına baxmayaraq, yoxsul məhbuslar vəkildən yararlana bilməmişlər. Səlahiyyətli 

şəxslər ailə üzvlərinin baş çəkməsini məhdudlaşdırmış və saxlanılanlar barədəməlumatlar 

verməmişlər. Çox vaxt ailələr həbs olunmuş qohumları ilə bağlı hər hansı məlumatı əldə etmək 

üçün günlərlə gözləməli olmuşlar.  Rəsmi qaydada fəaliyyət göstərən zamindurma sistemi  

olmasa da şəxslərə bəzən saxlanılanları zaminə götürərək onların məhkəmə öncəsi istintaq 

dövründə şərti azadlığa buraxılmasına imkan verilmişdir. Siyasi baxımından şübhəli şəxslər polis 

şöbəsində bəzən bir neçə saat və ya gün 

yazışma hüququ olmadan, tək adamlıq kamerada 

saxlanılmışlar

 

İl ərzində həbs və saxlama prosedurlarının çoxsaylı pozulması halları olub və bunlardan çoxu 



dinc nümayişlərdə iştirak edən şəxslərə aid olmuşdur. Məsələn, 28 apreldə polis işçiləri Şəhidlər 

Xiyabanının yaxınlığında Dalğa islahat yönümlü gənclər hərakatının dörd üzvünü həbs etmişdir. 

Həmin dörd şəxs bir neçə saat polis bölməsində saxlanılmış və sonra ittiham edilmədən 

buraxılmışlar. 

 

8-10 may tarixlərində polis 100-yə yaxın gənci 30 aprel tarixində Dövlət Neft Akademiyasındakı 



baş vermiş qətl hadisəsinə  hakimiyyətin münasibətinə qarşı etiraz etdiyinə görə həbs etmişdir. O 

zaman bir silahlı şəxs akademiyaya  daxil olaraq, odlu silahla 13 nəfəri qətlə yetirmişdi. Polis 

ilkin olaraq, bir neçə gənci 10 may etiraz nümayişlərini planlaşdırmaqda təqsirli bilərək həbs 

etmiş,  həbsə müqavimət göstərmək kimi saxta ittihamlarla 10 may tarixinə kimi saxlamışdır. 

Bundan əlavə, 10 may tarixində polis bir neçə nümayiş zamanı onlarla gənci həbs etmiş, onları 

vəkillərlə təmin etmədən və ya saxlanılma səbəblərinin əsasını onlara bildirmədən bir neçə 

saatlıq həbsdə saxlamışdır. Polis onların adları və ünvanlarını götürdükdən sonra hər hansı rəsmi 

ittiham irəli sürmədən günortadan sonra hamısını azad etmişdir. Gənclərdən bəziləri bildirmişdir 

ki, polis onların fəaliyyətləri barədə sorğu-sual etmək  üçün növbəti həftələr ərzində onların 

ailələrinə baş çəkmişdir.     




 

16 sentyabr ayında səlahiyyətli orqanlar həmin vaxt məhkəmə prosesi davam edən və 

xuliqanlıqda ittiham edilən gənc fəallar Emin Milli və Adnan Hacızadənin həbsinə etiraz əlaməti 

olaraq üzərinə “Mən də xuliqanam” sözləri yazılmış idman köynəkləri geymiş altı gənc fəalı 

həbs etmişdir (bax bölmə 1.e. və 2.a.). Onlardan altı nəfər Səbail rayon məhkəməsinin 

yaxınlığında həbs edilərək məhkəmədə iş üzrə ikinci dinləmə keçirilən zaman üç saatdan artıq 

müddətə saxlanılıblar. Onlar yalnız dinləmə başa çatdıqdan sonra buraxılmışlar. Onlara qarşı heç 

bir ittiham irəli sürülməmişdir.     

 

Məhkəmə öncəsi 18 aylıq uzunmüddətli saxlama ciddi problem olmuşdur. Baş prokuror dövlət 



istintaqı başa çatdırana kimi, icazə verilən ilkin üç aylıq məhkəmə öncəsi saxlama müddətini bir 

neçə aylıq ardıcıl uzatma ilə müntəzəm qaydada artırmışdır. 

 

Amnistiya 

 

17 mart tarixində hökumət Azərbaycanın birinci xanımı və Milli Məclisin deputatı Mehriban 



Əliyevanın təklifini qəbul edərək müəyyən kateqoriyadan olan məhbuslar üçün amnistiya elan 

etmişdir. Cəmi 9000 məhbus əfv edilmiş, bunlardan 1700 nəfər birbaşa həbsxanadan azadlığa 

buraxıldığı halda qalanları şərti həbs cəzası almış və ya cərimələr ödəmişdir. Azad edilmiş 

şəxslər sırasında siyasi məhbus kimi tanınan 36 aylıq həbs müddətinin 33 ayını çəkmiş jurnalist 

Mirzə Sakit (Sakit Zahidov) də olmuşdur.    

 

25 dekabr tarixindəPrezident İlham Əliyev 89 məhbusu əfv etdi. Həmin əfv fərmanı əfv 



komissiyasına ünvanlanmış müraciətlərə əsasən verilmişdir. Əfv olunanlar arasında bir çox yerli 

müşahidəçilər tərəfindən siyasi motivasiyalı hesab edilən ittihamlarla həbs edilmiş jurnalist 

Müşfiq Hüseynov da var idi. Hüseynov kəskin vərəm xəstəliyindən əziyyət çəkirdi və onun 

sağlamlığı ötən aylar ərzində hədsiz pisləşmişdi.  

  

2008-ci ildə azad ediləcəklərinə dair bəzi işarələr olsa da bir sıra tanınmış jurnalistlər ilin sonuna 



kimi hələ də həbsdə qalmışlar. 

 

e. 



Ədalətli və açıq 

məhkəmə

 prosesinin aparılmasından imtina 

 

Qanun məhkəmələrin müstəqil olmasını nəzərdə tutsa da, təcrübə onu göstərir ki,  hakimlər icra 



orqanlarından müstəqil fəaliyyət göstərməmişdir. Məhkəmə sistemi korrupsiyaya uğramış və 

səmərəsiz fəaliyyət göstərmişdir. Hökmlər çox vaxt məhkəmənin gedişatı ərzində təqdim edilmiş 

sübutlarla bağlı olmamışdır. 

 

İcra orqanları məhkəmə hakimiyyətinə güclü təsir göstərməkdə davam etmişdir. Namizədlərin 



hakimliyə imtahnını  həyata keçirən və müstəqilliyi nəzərdə tutulan Məhkəmə-Hüquq Şurasına 

Ədliyyə Nazirliyi nəzarət edir. Məhkəmə seçimi prosesinə uzun çəkən kurs işi, yazılı və şifahi 

imtahanlar və yekun müsahibə daxil idi. Beynəlxalq müşahidəçilərin rəyinə əsasən   imtahanların 

şifahi komponenti seçim prosesində korrupsiyaya imkan yaradır. İmtahan prosesi 80 aşağı 

instansiya məhkəməsi üçün hakimlərin seçilməsi ilə nəticələnmişvə onların heç biri ilin sonuna 

and içməmişdir. .Ali Məhkəmə, Apelyasiya Məhkəməsi və Konstitusiya Məhkəməsinin 

hakimlərinin namizədlikləri prezident tərəfindən təklif olunur və Milli Məclis tərəfindən 

təsdiqlənir.  

 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə