Şurası tərəfindən müvəqqəti bağlanıldığına qədər nisbətən obyektiv
xəbərlər mənbəyi kimi qəbul
edilirdi. Lakin, bir çox mətbuat müşahidəçiləri düşünürlər ki, o hadisədən sonra ANS xəbərlər
yayımında daha ehtiyatlı və özünü məhdudlaşdıran bir yanaşma tətbiq edərək, çox vaxt iqtidar
tərəfindən maliyyələşdirilən media vasitələri ilə eyni baxışdan çıxış etmiş və eyni xəbərləri
yaymışdır.
Hökumətin yayım lisenziyasının verilməsindən asılı olaraq, elektron yayım vasitələri dövlət
təzyiqləri qarşısında daha acizdir. Belə yayım vasitələri iqtidara münasibətdə müstəqil və
müxalifət nəşrlərindən daha az tənqidi mövqe tutur. “Azad dalğalar” - Avropa Komissiyası
tərəfindən maliyyələşdirilən televiziya yayımlarını təhlil edən 20 aylıq monitorinq araşdırmaları
müəyyən etmişdir ki, ölkənin televiziya şəbəkəsi geniş şəkildədə Prezident Əliyevin, onun
hökumətinin və hakim partiyanın təbliğatına həsr olunur. Məsələn, dövlət tabeliyindəki AzTV
siyasi verilişlərinin 98 %-ni hökumətə, Əliyevlər ailəsinə və hakim Yeni Azərbaycan Partiyasına
həsr edərək, müxalif fikirlərə cəmi 2 % yer saxlamışdır. Yayım sistemlərində əcnəbi
stansiyalardan peyk yayımına qarşı məhdudiyyət yox idi, lakin, Dövlət Televiziya və Radio
Şurası yerli və özəl televiziya və radio stansiyalarına xarici şirkətlərin xəbərlər proqramlarını
bütöv şəkildə yayımlamalarına məhdudiyyət qoymuşdur.
Hökumətin bəzi müxbirləri azadlığa buraxmasına baxmayaraq, bəziləri hələ böhtan və digər
onların işinə aid olmayan ittihamlarla cinayət işlətməkdə təqsirli bilinirək həbsdə saxlanılmışlar.
Beynəlxalq və yerli şərhçilər düşünürlər ki, hökumət müxbirləri dövlət məmurlarını və onların
siyasətini tənqid etmələrinə görə hədəfə almışdır.
Dekabr ayının 25-i Bizim Yol müxalifət qəzetinin müxbiri Müşfiq Hüseynov Prezident Əliyev
tərəfindən əfv edilərək, azadlığa buraxılmışdı. Hüseynov 2008-ci ildə rüşvət aldığı üçün 6 il
müddətinə həbs cəzasına hökm olunmuşdur. O, vərəmdən əziyyət çəkirdi. Bəzi yerli
müşahidəçilər bu həbsin siyasi motivli olduğunu, digərləri isə, onun həqiqətən də cinayət
işlətdiyini, lakin, bu həbsin seçim əsasında həyata keçirildiyini düşünürlər.
Bu il ərzində bir neçə aylıq ləngimədən sonra hökümət həbs olunmuş müxbir – Eynulla
Fətullayevin işi üzrə bütün sənədləri Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim etmişdir.
Dekabrın 29-da Penitensiar Xidmətin əməkdaşları Eynulla Fətullayevin olduğu kamerada
apardıqları axtarış zamanı 0.22 qr. heroin aşkar etdiklərini iddia etmişlər. Dekabrın 30-u
hökumət Fətullayevi narkotik maddə saxladığında i ittiham etmiş və verilən məlumata əsasən
növbəti gün – dekabrın 31-i 15 dəqiqə davam edən dinləmədən sonra, hakim iş üzrə aparılacaq
sonrakı istintaq hərəkətlərinədək onun 2 ay müddətinə digər məhbuslardan təcrid olunaraq
saxlanmasına dair qərar vermişdir. ATƏT-in mətbuat azadlığı üzrə təmsilçisi bu ittihamı
“olduqca inanılmaz” adlandırmış, yerli insan haqları müdafiəçiləri isə bu hadisənin Eynulla
Fətullayevi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin gözlənilən qərarından sonra da
təcridxanada saxlanılması üçün təşkil olunduğunu düşünürlər. Hələ ilin sonunadək bu iş üzrə
yekun qərar verilməmişdir.
2007-ci ildə
Ağır Cinayətlərə dair İşlər üzrə Bakı Məhkəməsi
artıq həbs edilmiş “Realniy
Azərbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktorunu terrorizm, etnik nifrətin
təhrik edilməsi və vergidən yayınmada ittiham edərək 8 il yarım müddətinə azadlıqdan məhrum
etmişdir. Bu ittihamlar, Fətullayevin hakimiyyətin İran siyasətini tənqid etməsinə və ölkə
ərazisində mümkün İran hücumlarına hədəf ola biləcək obyektlərin sadalanması ilə
əsaslandırmışdır. Bu hökm, Fətullayevin daha əvvəl, öz məqaləsində hökumət qüvvələrinin
1992-ci il Xocalı faciəsində rol oynadığını iddia edən yazıları dərc etməsinə görə böhtanda
ittiham edilərək məhkum edilməsini də özündə birləşdirmişdir. Beynəlxalq və yerli
müşahidəçilər onun həbsini siyasi səbəblərlə izah edirlər. Azadlıq qəzetinin baş redaktoru
Qənimət Zahid isə ilin sonuna qədər həbsdə qalmışdır. Sentyabrın 17-i Məhkəmə Zahidovun
yaxşı davranışına görə vaxtından əvvəl azadlığa buraxılmasına dair müraciətini rədd edərək,
bunu Zahidovun həbsxanada voleybol oynamaqdan imtina etməsi və bununla da onun
əməkdaşlıq etməyə meylli olmadığı ilə əsaslandırmışdır. 2007-ci ildə polis Zahidi dələduzluq və
yüngül bədən xəsarəti yetirməkdə ittiham edərək həbs etmişdir. Beynəlxalq və yerli
müşahidəçilər onun həbsini siyasi motivli bir qərar olduğunu qeyd etmişlər.
9 aprel tarixində hökumət tanınmış satirik Mirzə Zahidovu (həmçinin Mirzə Sakit və ya Sakit
Zahidov kimi tanınan) kütləvi əfv fərmanı nəticəsində azadlığa buraxmışdır (1.d. bölməsinə
bax). Onun azad edilməsi inzibati səbəblərlə izah edilərək, 3 həftə yubadılmışdır. 2006-cı ildə
Ağır Cinayətlərə dair İşlər üzrə Bakı Məhkəməsi
Zahidovu narkotik maddələr saxlamaqda
ittiham edərək, 3 il müddətinə azadlıqdan məhrum etmişdir. Beynəlxalq və yerli müşahidəçilər
onun həbsini siyasi motivli bir qərar olduğunu qeyd etmişlər.
Jurnalistləri qorxutmaq məqsədilə saxta məhkəmə proseslərindən istifadə olunmuşdur. .
Məsələn, sonradan müxalifət qəzeti üçün yazan iqtidar qəzetinin sabiq müxbiri, Mahal
İsmayıloğlu öz qonşusunun qulluqçusuna hücum etməkdə ittiham olunaraq ona azadlıqdan 2 illik
müddətə şərti olaraq məhrum etmə cəzası verilmişdir. İlin sonuna qədər işin Ali Məhkəmədə
baxılması gözlənilirdi. İl ərzində Mahal İsmayıloğlu infarkt keçirmiş, lakin, gözlənilən məhkəmə
baxışı üzündən onun ehtiyac duyduğu müalicə üçün xaricə getməsinə imkan verilməmişdir. .
Yerli insan hüquqları müdafiəçiləri düşünürlər ki, dövlət məmurları İsmayıloğlunun müxalifət
tərəfinə keçməsinə görə qisas alırlar.
İl ərzində ayrı-ayrı jurnalistlərə qarşı təqib, qorxutma və zorakılıq halları davam etmişdir.
Hökumət cinayətkarları məsuliyyətə cəlb etməmişdir. Mətbuat müşahidəçisi olan QHT-lərdən
biri məlumat vermişdir ki, il ərzində müxbirlərə qarşı şifahi və fiziki hücumlar da daxil olmaqla
51 hadisə baş vermişdir. Müqayisə üçün qeyd edək ki, 2008-ci ildə belə hadisələrin sayı 49 idi.
Hüquq mühafizə orqanları bu hadisələrdən 15-ni araşdırmağa başlamışdır, halbuki, bu hallardan
cəmi birində iş yekunda məhkəməyə təqdim edilmişdir. Bu əsasən onunla əlaqədar idi ki, hadisə
canlı televiziya yayımında baş vermişdi. Il ərzində bir çox jurnalist peşəkar fəaliyyətləri ilə
əlaqədar olaraq fiziki hücumlara məruz qaldıqları barədə məlumat vermişlər.
26 aprel tarixində Yasamal rayon polisi, böyük mübahisəyə səbəb olmuş məscidin dağıdılması
zamanı hadisəni lentə alan ANS televiziyasının 3 müxbirini döymüşdür. Müxbirlər yüngül
xəsarət almış və onların avadanlıqları sıradan çıxarılmışdır. Polis avadanlığa görə həmin
televiziya kanalına kompensasiya ödəsə də, video materiallar geri qaytarılmamışdır.
13 sentyabr tarixində səhər tezdən naməlum insanlar hücum edərək Ayan qəzetinin redaktoru
Cavid Ələsgəroğlunu döyüb zibil yeşiyinə atmışlar. Ələsgəroğlu ağır xəsarətlər aldığına görə
dərhal xəstəxanaya yerləşdirilmişdir. Zərərçəkmişin ailəsi bu hadisəni onun peşəkar fəaliyyəti ilə
əlaqələndirmişlər. Bu qəzet dövlət məmurları ilə bağlı bir neçə tənqidi məqalə yazmışdır.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbərii Emin Hüseynov 2008-ci ildə
polis əməkdaşlarının kütləvi mitinqi dağıtmalarını lentə alarkən polis tərəfindən döyülərək
xəstəxanaya yerləşdirilmişdir. Sonra o, DIN-ə qarşı iddia qaldırmış və ona hücum edənlərin
məsuliyyətə cəlb edilmədiyini bildirmişdir. Aldığı xəsarətlərin nəticəsində Hüseynov eşitmə
qabiliyyətinin 50%-ni itirmişdir. İl ərzində 1-ci instansiya məhkəməsi və apelyasiya məhkəməsi
onun iddiasını rədd etmişdir, Ali Məhkəmə isə ilin sonuna qədər iddianı cavabsız qoymuşdur.
Son bir neçə il ərzində jurnalistlərə qarşı fiziki güc tətbiq etmiş polis işçilərinin dövlət tərəfindən
məsuliyyətə cəlb edildiyini təsdiqləyən heç bir məlumat olmamışdır.