Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə32/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

67 

 

Görünən-                     (



14

14

10



5

,

7



...

10

4



), Hs; 



Ultrabənövşəyi-           (

16

14



10

3

...



10

5

,



7



), Hs; 

Rentgen-                      (

20

16

10



3

...


10

3



), Hs; 


Qamma-şüalar-            (

22

19



10

3

...



10

3



), Hs; 


Kosmik şüalar-            (

21

10



3

 ),    Hs; 



Nəqliyyat vasitəbrinin texniki istismarmda müxtəlif diaqnostika növbrindən istifadə edildiyi kimi 

müxtəlif  diaqnostika  üsulları  da  geniş  tətbiq  edilir.  Diaqnostikanm  üsullarını  müəyyən  etmək 

üçün  sistemin  texniki  vəziyyətini  daha  düzgün,  dəqiq,  daha  dolğun  qiymətləndirən  və 

diaqnostika prosesinin qənaətliliyi baxımından  daha  səmərəli  olan diaqnostik parametr  (əlamət) 

əsas qəbul edilir. Bu halda məsələyə iki yanaşma mümkündür: 

 

                              Şəkil ... Sistemin struktur-izləmə blok-sxemi 



-

 

sistemi  hərtərəfli  xarakterizə  edən  əsas  diaqnostik  parametrin  ölçülmə  üsulu 



diaqnostika üsulu hesab edilir;  

-

 



işçi  proseslərin  parametrlərindən  hansının  əsas  diaqnostik  əlaməti  düzgün 

qiymətləndirməsindən asılı olaraq diaqnostika üsulu müəyyən edilir. 

Diaqnostika  üsulunu  müəyyən  etmək  üçün  sistemin  struktur-izləmə  blok-sxemi  (şəkil...  )  

tərtib  edilir  ki,  bu  da  onun  elementləri  ilə  struktur  və  diaqnostik  parametrləri  arasındakı 

əlaqəni göstərir 

 

 



Obyekt (sistem, aqreqat, mexanizm) 

Obyektin elementləri 

Struktur parametrləri 

Diaqnostik əlamətlər 

Diaqnostik parametrlər 

 



68 

 

Şəkil … 



       Mexanizmin  (qovşağm)  struktur  blok-sxemi  hərtərəfli  analiz  edilir,  əsas  diaqnostik 

parametrin ən  səmərəli  ölçülmə üsulu təyin  olunur  və  bu üsul  diaqnostika üsulu kimi qəbul 

edilir. Bu baxımdan diaqnostikanm mövcud üsulları şəkil     -də verilmişdir. 

      Nəqliyyat  vasitəsinin  kompleks  şəkildə  işləmə  qabiliyyətini  qiymətləndirmək  üçün  işçi 



proseslərinə görə diaqnostika üsulundan istifadə edilir. Bu halda onun real istismar şəraitin-

dəki  işləmə  rejimi  müxtəlif  diaqnostika  stendləri  vasitəsilə  yaradılır  və  ayrı-ayrı  aqreqatları 

xarakterizə edən əsas parametrlər ətyin edilir. Məsələn, mühərrik üçün belə parametrlər onun 

gücü  və  yanacaq  sərfi,  tormoz  sistemi  üçün  tormozlama  yolu  və  yavaşıma  təcili, 

transmissiyanın mexanizmləri üçün mexaniki itkilər, yəni, f.i.ə. və s. ola bilər. 

 

 



 

                                                 Şəkil …  Diaqnostikanın üsulları 



Birləşmələrin  kipliyinə  görə  diaqnostika  üsulundan  mühərrikin  silindr-porşen  qrupunun, 

soyutma  və  yağlama  sistemlərinin,  şinlərin,  avtomobilin  hidro-  və  pnevmosistemlərinin 

texniki vəziyyətlərinin təyin edilməsində istifadə edilir. 

   Avtomobilin  yüksək  yüklənmə  və  sürət  rejimlərində  işləyən  aqreqatlannın  (ötürmələr  qutusu, 

arxa  körpü)  texniki  vəziyyətlərinin  qiymətləndirilməsində  istiliyə  görə  (temperatur  və  qızma 

sürəti) diaqnostika üsulu xüsusi əhəmiyyət kəsb edir. 



Həndəsi  ölçülərinə  (araboşluqlara,  yerdəyişmələrə,  lüftlərə)  görə  diaqnostika  üsulu 

transmissiyanın  reduktorlarının,  sükan  idarəsinin,  tormoz  mexanizminin,  yastıqların, 

şkvorenlərin işləmə qabiliyyətlərinin təyin edilməsində işlədilir. 

           Mühərrikin  və  transmissiya  aqreqatlarmm  ümumi  halda  texniki  vəziyyəllərinin 

öyrənilməsi  üçün  rəqsi  proseslərə  (səslərə,  titrəmələrə)  görə  diaqnostika  üsulundan  istifadə 

olunur. 


İstismar  materiallarmın  tərkibinə  görə  diaqnostika  üsulu  mühərrikin  detallarının  yeyilmə 

intensivliyinin  qiymətləndirilməsində  (karter  yağınm  tərikbi  analiz  edilməklə)  işlədilir.  Bu 

diaqnostika üsulundan işlənmiş qazların tərkibinin öyrənilməsi üçün də  geniş istifadə  edilir. Bu 

halda  xaricə  çıxan  qazların  tərkibində  CO-nun  miqdarı  təyin  olunur  və  mühərrikin  qida 

sisteminin texniki vəziyyəti haqqında mühakimə yürüdülür. 

   Bu  diaqnostika  üsullarının  müsbət  xüsusiyyəti  ondan  ibarətdir  ki,  onlar  avtomobilin  həm 

dinamiki,  həm  də  statiki  vəziyyətlərində  istifadə  edilə  bilirlər.  Belə  ki,  işçi  proseslərin  qiy-

mətləndirilməsi dinamikada, həndəsi ölçülərin təyin edilməsi statikada öyrənilir. 

        İşçi  proseslərin  parametrlərindən  hansının  əsas  diaqnostik  əlamət  (simptom)  kimi  qəbul 

edilməsindən asılı olaraq aşağıdakı diaqnostika üsullarından islifadə edilir: 

a) akustik; b) vibrometrik; v) funksional; q) qarışıq (kombinələşmiş) diaqnostikalar. 



69 

 

   Akustik diaqnostikada diaqnostik əlamət kimi səs suqnallarından istifadə edilir. Bu üsul bir çox 

mexaniki sistemlər üçün tətbiq edilə bildiyindən universal diaqnostika üsulu hesab edilir. Çünki, 

elastik  rəqslərin  yaranmasında  sistemin  bütün  elementləri  iştirak  edir.  Buna  görə  akustik 

siqnallar  bütün  kinematik  birləşmələrin  texniki  vəziyyəti  haqqında  kifayət  qədər  məlumat 

daşıyırlar.  Sistemin  texniki  vəziyyəti  səs  siqnallarını  qiymətləndirən  parametrlərin  (səs-küyün 

səviyyəsi,  taqqıltının  xarakteri  və  şiddəti,  ampliluda)  cari  qiymətləri  ilə  buraxıla  bilən 

qiymətlərinin müqayisə edilməsi nəticəsində təyin edilir. 



Vibrometrik  diaqnostika  üsulunun  mahiyyəti  ondan  ibarətdir  ki,  burada  sistemdə  baş  verən 

zərbələrin  enerjisi  və  titrəmələrin  amplitudaları  birləşmələrin  araboşluqlarına  mütənasib  qəbul 

edilir. İstənilən mexanizm üçün titrəmələrin təcilinin qiymətlərini bilərək onları etalon qiymətləri 

ilə müqayisə edirlər və sistemin texniki vəziyyəti sökülmədən müəyyən edilir.  

Adətən  mexanizmlərdə  səs  siqnallan  titrəmələrin  nəticəsində  yarandığı  üçün  avtomobillərin 

texniki  vəziyyətinin  öyrənilməsində  vibroakustik  diaqnostika  üsulu  da  geniş  tətbiq  edilir. 

Burada  diaqnostik  əlamətlər  kimi  həm  zərbələrin  enerjisindən      və      həm      də      səs   

siqnallarının  parametrlərindən.  istifadə  edilir.  Bu  halda  mexanizmdəki  rəqslərin 

amplitudalarının  dəyişmə  qanunauyğunluğu  xüsusi  qurğu  -  spektrometr  vasitəsilə  qurulur. 

Alınan  amplituda  qiymətləri  öz  nominal  qiymətləri  ilə  müqayisə  edilir  və  sistemin  texniki 

vəziyyəti haqqında mülahizə irəli sürülür. 

Funksional diaqnostika üsulu ilə avtomobilin texniki vəziyyətini müəyyən etmək üçün onun 

işləmə  qabiliyyətini  qiymətləndirən  parametrləri  nəqliyyat  prosesində  və  ya  laboratoriya 

şəraitində təyin edilir. Bu parametrlər özlərinin buraxıla bilən qiymətləri ilə müqayisə edilir, 

nəticədə  sistemin texniki  vəziyyəti aydınlaşdırılır. Məsələn, ümumi halda tormoz  sisteminin 

texniki  vəziyyəti  təkərlərdəki  tormozlama  qüvvələrinə,  sükan  idarəsinin  işləmə  qabiliyyəti 

sükan çarxının lüftünə, mühərrik detallarının yeyiilmə dərəcəsi karter yağınən tərkibinə görə 

müəyyən edilir. 

Qarışıq diaqnostika üsulu  yuxarıda  göstərilən üsulların bir neçəsinin eyni zamanda istifadə 

ediilməsinnə əsaslanır.   Bu  halda  çıxış  proseslərinin  o  diaqnostk  parametrləri əsas qəbul 

edilir  ki,  onlar  sistemin  texniki  vəziyyətini  daha  düzgün  qiymətləndirir  və  ölçülmə  prosesi 

sadədir. 



Kombinələşmiş diaqnostika üsuluna vibroakustik diaqnostika üsulunu misal göstərmək olar. 

    Bir  sıra  hallarda  avtomobilin  ətraf  mühitə  təsiri,  mühərrikin  güc-iqtisadi  göstəricilərinin 

təyini,  tormoz    sisteminin        səmərəli        işləməsinin      yoxlanılması        və      s.  xüsusiyyətlər 

baxımından texniki vəziyyətinin öyrənilməsi diaqnostika üsulu kimi qəbul edilir. 

    Texniki  diaqnostika  həm  də  subyektiv  və  obyektiv  olmaqla  iki  yerə  bölünür.  Subyektiv 

diaqnostikada  mexaniklərin,  sürücülərin  və  ya  fəhlələrin  təcrübəsinə  və  vərdişlərinə 

əsaslanmaqla  sadə  ölçmə  metodları  (stetoskop,  manometer,  xətkeş  və  s.  köməyilə)  istifadə 

olunur.  Obyektiv  diaqnostikada  diaqnostik  simptompların  aşkar  edilməsi  və  diaqnostik 

parametrlərin  ölçülməsi  üçün    diaqnostika  edilən  obyektin  texniki  vəziyyətinin  obyektiv 

qiymətləndirilməsini  təmin  edən  xüsusi  avadanlıq  və  cihazlar  istifadə  olunur.  Bu  iki 

diaqnostika növü əksər hallarda bir-birini tamamlayır. 

Obyektiv  diaqnostika  baxımından  təsnifata  görə  texniki  diaqnostikanın  metod  və  üsulları  5 

əsas qrupda toplanır. 

1.  Energetik  metodlar;  2.  Vibroakustik  metodlar;  3.İstilik  metodları;  4.  Stroboskopik 

metodlar;  5. Xüsusi metodlar. 



Energetik  metodlar  həm  də  yüklənmə-sürətlənmə  və  ya  effektivlik  parametrlərinə  görə 

diaqnostika metodları adlandırılır.Bu metodlar əsasən ümumi diaqnostikada istifadə olunur. 



   Stroboskopik  metodlar  stroboskopik  effektin  (stroboskopik  effekt-    fırlanan  detal  onun 

fırlanma  tezliyinə  bərabər  və  ya  tam  dəfə  fərqlənən  tezlikli  qısa  müddətli  işıq  parıltıları  ilə 

işıqlandırıldıqda  insan  gözünə  tərpənməz  görünür)  istifadəsinə  əsaslanır.  Bu  metodlar 

detalların  (  mühəırikdə-  klapanların  itələyiciləri,  minik  avtomobinin  qabaq  asqısı  –  yaylar, 

ilişmə  muftası  -  fırlanan disklər,  kardan ötürməsi – kardan  valı  və s.) periodik hərəkəti  baş 

verən bütün qovşaqları stroboskop cihazı ilə diaqnostika etməyə imkan verir.  




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə