418
dillərində kükəl "alaqoru, qaramuq otu", Azərb. dilinin dialektlərində kükən
"boĢ, mənasız, lazımsız" mənalarında iĢlənir,
kükü isə "gicitkənə oxĢar xoĢ ətirli
bitki" adıdır. ġərqi Sibir toponimiyasında kükü "göy, yaĢıl rəng" mənalarında,
Qərbi Sibir toponimiyasında isə kikke "çay, çay qolu, su" mənalarında iĢlənir.
Deməli, kükəl "yaĢıllıq, otluq" mənasındadır.
Kükü or., sadə. ġahbuz r-nunun Ģm.-ında dağ. Ermənistanla sərhəddə
yerləĢir. Hün. 3113 m. Küküdağ variantında da qeydə alınmıĢdır. Vaxtilə dağın
ərazisində kəngərli tayfasına məxsus ailələrin məskunlaĢdığı Kükü adlı kənd
olmuĢdur. XX əsrin əvvəllərində Quba qəzasında Kuki dağı, Tillis qəzasında
Kuki gölü, Zəngəzur qəzasında Kukulu dağı, Kuban vilayətində Kukuoba dağı,
Batumi dairəsində Kukuti kəndi, Tatarıstanda Kuku kəndi, Ermənistanda Kükü
çayı və s. qeydə alınmıĢdır. Dağın adı ərazidəki eyniadlı çaydan götürülmüĢdür.
Kükü oyk., sadə. ġahbuz r-nunun eyniadlı i.ə.v.-də kənd. Dərələyəz
silsiləsinin c.-q. yamacındadır. Kənd ərazidən axan eyniadlı çayın adını daĢıyır.
Küküçay hidr., mür. ġahbuz r-nu ərazisində çay. Naxçıvan çayının sağ
qoludur. Mənbəyini Küküdağın Ģ. yamacından (2500 m. yüksəklikdən) alır.
Dəyirmanların hərəkətə gətirilməsi və suvarma üçün istifadə edilir. Hidronim
kükü (göy su) və çay komponentlərindən düzəlib, "göysu çayı" mənasındadır.
Kükürdsu hidr., mür. Gədəbəy r-nu ərazisində çay. ġəmkir çayının sol
qoludur. Hidronim kükürd (kimyəvi element) və su (burada "çay" deməkdir)
sözlərindən düzəlib, "kükürdlü çay" mənasındadır.
Külaza hidr., sadə. Qazax r-nunda çay. Qanıx çayının sol qoludur.
Türk dillərində külas "qaynaq, mineral su mənbəyi" mənalarında iĢlənmiĢdir.
Görünür, çayın hövzəsində min. bulaqlar olduğu üçün belə adlandırılmıĢdır.
Küləməsər or., mür. Lerik r-nu ərazisində dağ. DaĢkəsən kəndindən
Ģm.-da yerləĢir. Hün. 863 m. Tədqiqatçılar oronimi Qulamser sözünün təhrif
olunmuĢ forması hesab edərək onu Qulam (Ģ.a.) və talıĢ dilindəki sər (baĢ, zirvə,
təpə) komponentlərindən ibarət "Qulam təpəsi" mənalı toponim kimi izah
edirlər. Əslində, küləm yabanı bitki adıdır və oronim də "küləm bitən təpə,
küləmli zirvə" mənasındadır.
Külüllü oyk., düz. 1. Ağsu r-nunun Padar i.ə.v.-də kənd. ġirvan
düzündədir; 2. Ġsmayıllı r-nunun Ġvanovka i.ə.v.-də kənd. Dağətəyi ərazidədir.
YaĢayıĢ məntəqələri keçmiĢdə bu zonada istifadə edilən yeraltı yaĢayıĢ evlərinin
adı (kühül) ilə bağlıdır. Bu tipli evlər Azərb.-nın Ģm. r-nlarında qazma da
adlanır. Bu kəndlər vaxtilə kühüllərin mövcud olduğu Kühüllü adlanan yerdə
salınmıĢdır. Oykonimlərin külül adlı bitkinin adından və ya Qulu(lu) Ģəxs adının
təhrif formasından ibarət olduğunu güman edənlər də var.
Külüs oyk., sadə. ġahbuz r-nunun eyniadlı i.ə.v.-də kənd. Orta dağlıq
qurĢaqdadır. YaĢayıĢ məntəqəsi kəngərli tayfasının seleykə qolunun
məskunlaĢması nəticəsində yaranmıĢdır. Tədqiqatçılar oykonimin kühül
(mağara) sözündən düzəldiyini ehtimal edirlər. Altay dillərində, o cümlədən
419
monqol dilində kuluz "qamıĢ" mənasında iĢlənir. Güman etmək olar ki, kəndin
ərazisi qamıĢlıq olduğu üçün belə adlandırılmıĢdır.
Künəxəydağ or., mür. Qax r-nu ərazisində dağ. BaĢ Qafqaz silsiləsinin
c. yamacında yerləĢir. Hün. 2833 m. Oronim künə (yastı), xay (tərəf; solaxay
sözündə olduğu kimi) və dağ komponentlərindən düzəlib, "dağın yastı tərəfi"
mənasındadır.
Künaxaysu hidr., mür. Qax r-nu ərazisində çay. Qurmux çayının sağ
qoludur. Hidronim Künəxay (dağ adı) və su (çay) komponentlərindən düzəlib.
"Künəxay dağından axan su, çay" mənasındadır.
Küngüt hidr., sadə. ġəki r-nu ərazisində çay. Əyriçayın sağ qoludur.
Mənbəyini Saylaxan dağının yamacından (3200 m. yüksəklikdən) alır. AĢağı
axarında (Alazan-Əyriçay vadisində) suvarma üçün geniĢ istifadə edilir. Çay
keçmiĢ Küngüt (indiki Yuxarı Küngüt) kəndinin adı ilə adlanmıĢdır. Kəndin adı
isə XIII əsrdə monqolların iĢğallarında iĢtirak etmiĢ kingit tayfasının adını əks
etdirir. Etnotoponimdir.
Künüdağ or., mür. ġahbuz r-nu ərazisində dağ. Oronim türk
dillərindəki küni (alçaq, yastı) və dağ sözlərindən düzəlib, "alçaq, yastı dağ"
mənasındadır.
Küpçal oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Qudyal
çayının sahilindədir. Kəndin adı türk dillərindəki qapçal (keçilməz yer, sıldırım
dik qaya) sözündən yaranmıĢ, yaĢayıĢ məntəqəsinin yerləĢdiyi coğrafi mövqeyi
təyin edir. Kənd Qudyal çayının əmələ gətirdiyi uçurumun, sıldırımın
yaxınlığında salındığı üçün belə adlandırılmıĢdır.
KüpçalqıĢlaq oyk., mür. Quba r-nunun Hacıhüseynli i.ə.v.-də kənd.
Qudyal çayının sahilində, Qusar maili düzənliyindədir. Kəndin ərazisi vaxtilə
Küpçal kəndinə məxsus qıĢlaq yeri olmuĢ, XIX əsrdə həmin kənddən çıxan
ailələr qıĢlaqda məskunlaĢmıĢ, kollektivləĢmədən sonra qıĢlaq daimi yaĢayıĢ
məntəqəsinə çevrilmiĢdir. Oykonim "Küpçal kəndinin qıĢlağı" mənasındadır.
Kür oyk., sadə. ġəmkir r-nunda Ģtq. Düzənlikdədir. YaĢayıĢ məntəqəsi
1975-ci ildə ġamxor SES-in tikintisi ilə əlaqədar olaraq, həmin tikintidə çalıĢan
mühəndis-fəhlə iĢçiləri üçün salınmıĢ, 1978-ci ildən isə rəsmi olaraq Kür
qəsəbəsi adlandırılmıĢdır. Qəsəbənin adı Kür çayının adından götürülmüĢdür.
Kür hidr., sadə. Gürcüstan, Azərb. və Türkiyə ərazisində çay.
Qafqazda ən böyük çaydır. Mənbəyini Türkiyədəki Qızılgədik dağının Ģm.-Ģ.
yamacından (2740 m. yüksəklikdən) alır. Xəzər dənizinə tökülür. Azərb.
ərazisində Kür çayının baĢlıca qolları sağdan Ağstafa, Həsənsu, Tovuz, Zəyəm,
ġəmkir, Gəncə, Kürək, Ġncə, Tərtər, Araz; soldan isə Qabırrı, Qanıx, Göyçay və
Türyan çaylarıdır. Kür çayı haqqında bir çox antik və orta əsr müəlliflərinin
əsərlərində məlumat verilmiĢdir. Qədim yunan, latın, ərəb, fars, türk, erməni,
gürcü mənbələrində Kor, Kur, Kir, Kiri, əl-Kurr, Mtkuari və s. kimi adı çəkilir.
Tədqiqatçılara görə, "su, çay" mənası verən kür sözü yerli alban (Qafqaz)