Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə204/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   198   199   200   201   202   203   204   205   206

418 

 

dillərində  kükəl  "alaqoru,  qaramuq  otu",  Azərb.  dilinin  dialektlərində  kükən 



"boĢ, mənasız, lazımsız" mənalarında iĢlənir, kükü isə "gicitkənə oxĢar xoĢ ətirli 

bitki"  adıdır.  ġərqi  Sibir  toponimiyasında  kükü  "göy,  yaĢıl  rəng"  mənalarında, 

Qərbi  Sibir  toponimiyasında  isə  kikke  "çay,  çay  qolu,  su"  mənalarında  iĢlənir. 

Deməli, kükəl "yaĢıllıq, otluq" mənasındadır. 



Kükü  or.,  sadə.  ġahbuz  r-nunun  Ģm.-ında  dağ.  Ermənistanla  sərhəddə 

yerləĢir. Hün. 3113 m. Küküdağ variantında da qeydə alınmıĢdır. Vaxtilə dağın 

ərazisində  kəngərli  tayfasına  məxsus  ailələrin  məskunlaĢdığı  Kükü  adlı  kənd 

olmuĢdur.  XX  əsrin  əvvəllərində  Quba  qəzasında  Kuki  dağı,  Tillis  qəzasında 

Kuki gölü, Zəngəzur qəzasında Kukulu dağı, Kuban vilayətində Kukuoba dağı, 

Batumi  dairəsində  Kukuti  kəndi,  Tatarıstanda  Kuku  kəndi,  Ermənistanda  Kükü 

çayı və s. qeydə alınmıĢdır. Dağın adı ərazidəki eyniadlı çaydan götürülmüĢdür. 

Kükü  oyk.,  sadə.  ġahbuz  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Dərələyəz 

silsiləsinin c.-q. yamacındadır. Kənd ərazidən axan eyniadlı çayın adını daĢıyır. 



Küküçay hidr., mür. ġahbuz r-nu ərazisində çay. Naxçıvan çayının sağ 

qoludur.  Mənbəyini  Küküdağın  Ģ.  yamacından  (2500  m.  yüksəklikdən)  alır. 

Dəyirmanların  hərəkətə  gətirilməsi  və  suvarma  üçün  istifadə  edilir.  Hidronim 

kükü (göy su) və çay komponentlərindən düzəlib, "göysu çayı" mənasındadır. 

Kükürdsu hidr., mür. Gədəbəy r-nu ərazisində çay. ġəmkir çayının sol 

qoludur.  Hidronim  kükürd  (kimyəvi  element)  və  su  (burada  "çay"  deməkdir) 

sözlərindən düzəlib, "kükürdlü çay" mənasındadır. 

Külaza  hidr.,  sadə.  Qazax  r-nunda  çay.  Qanıx  çayının  sol  qoludur. 

Türk  dillərində  külas  "qaynaq,  mineral  su  mənbəyi"  mənalarında  iĢlənmiĢdir. 

Görünür, çayın hövzəsində min. bulaqlar olduğu üçün belə adlandırılmıĢdır. 

Küləməsər  or.,  mür.  Lerik  r-nu  ərazisində  dağ.  DaĢkəsən  kəndindən 

Ģm.-da  yerləĢir.  Hün.  863  m.  Tədqiqatçılar  oronimi  Qulamser  sözünün  təhrif 

olunmuĢ forması hesab edərək onu Qulam (Ģ.a.) və talıĢ dilindəki sər (baĢ, zirvə, 

təpə)  komponentlərindən  ibarət  "Qulam  təpəsi"  mənalı  toponim  kimi  izah 

edirlər.  Əslində,  küləm  yabanı  bitki  adıdır  və  oronim  də  "küləm  bitən  təpə, 

küləmli zirvə" mənasındadır. 



Külüllü  oyk.,  düz.  1.  Ağsu  r-nunun  Padar  i.ə.v.-də  kənd.  ġirvan 

düzündədir;  2.  Ġsmayıllı  r-nunun  Ġvanovka  i.ə.v.-də  kənd.  Dağətəyi  ərazidədir. 

YaĢayıĢ məntəqələri keçmiĢdə bu zonada istifadə edilən yeraltı yaĢayıĢ evlərinin 

adı  (kühül)  ilə  bağlıdır.  Bu  tipli  evlər  Azərb.-nın  Ģm.  r-nlarında  qazma  da 

adlanır.  Bu  kəndlər  vaxtilə  kühüllərin  mövcud  olduğu  Kühüllü  adlanan  yerdə 

salınmıĢdır. Oykonimlərin külül adlı bitkinin adından və ya Qulu(lu) Ģəxs adının 

təhrif formasından ibarət olduğunu güman edənlər də var. 

Külüs  oyk.,  sadə.  ġahbuz  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Orta  dağlıq 

qurĢaqdadır.  YaĢayıĢ  məntəqəsi  kəngərli  tayfasının  seleykə  qolunun 

məskunlaĢması  nəticəsində  yaranmıĢdır.  Tədqiqatçılar  oykonimin  kühül 

(mağara)  sözündən  düzəldiyini  ehtimal  edirlər.  Altay  dillərində,  o  cümlədən 




419 

 

monqol  dilində  kuluz  "qamıĢ"  mənasında  iĢlənir.  Güman  etmək  olar  ki,  kəndin 



ərazisi qamıĢlıq olduğu üçün belə adlandırılmıĢdır. 

Künəxəydağ or., mür. Qax r-nu ərazisində dağ. BaĢ Qafqaz silsiləsinin 

c.  yamacında  yerləĢir.  Hün.  2833  m.  Oronim  künə  (yastı),  xay  (tərəf;  solaxay 

sözündə  olduğu  kimi)  və  dağ  komponentlərindən  düzəlib,  "dağın  yastı  tərəfi" 

mənasındadır. 



Künaxaysu  hidr.,  mür.  Qax  r-nu  ərazisində  çay.  Qurmux  çayının  sağ 

qoludur.  Hidronim  Künəxay  (dağ  adı)  və  su  (çay)  komponentlərindən  düzəlib. 

"Künəxay dağından axan su, çay" mənasındadır. 

Küngüt  hidr.,  sadə.  ġəki  r-nu  ərazisində  çay.  Əyriçayın  sağ  qoludur. 

Mənbəyini  Saylaxan  dağının  yamacından  (3200  m.  yüksəklikdən)  alır.  AĢağı 

axarında  (Alazan-Əyriçay  vadisində)  suvarma  üçün  geniĢ  istifadə  edilir.  Çay 

keçmiĢ Küngüt (indiki Yuxarı Küngüt) kəndinin adı ilə adlanmıĢdır. Kəndin adı 

isə  XIII  əsrdə  monqolların  iĢğallarında  iĢtirak  etmiĢ  kingit  tayfasının  adını  əks 

etdirir. Etnotoponimdir. 



Künüdağ  or.,  mür.  ġahbuz  r-nu  ərazisində  dağ.  Oronim  türk 

dillərindəki  küni  (alçaq,  yastı)  və  dağ  sözlərindən  düzəlib,  "alçaq,  yastı  dağ" 

mənasındadır. 

Küpçal  oyk.,  sadə.  Quba  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Qudyal 

çayının sahilindədir. Kəndin adı türk dillərindəki qapçal (keçilməz yer, sıldırım 

dik qaya) sözündən  yaranmıĢ, yaĢayıĢ  məntəqəsinin  yerləĢdiyi coğrafi  mövqeyi 

təyin  edir.  Kənd  Qudyal  çayının  əmələ  gətirdiyi  uçurumun,  sıldırımın 

yaxınlığında salındığı üçün belə adlandırılmıĢdır. 

KüpçalqıĢlaq  oyk.,  mür.  Quba  r-nunun  Hacıhüseynli  i.ə.v.-də  kənd. 

Qudyal  çayının  sahilində,  Qusar  maili  düzənliyindədir.  Kəndin  ərazisi  vaxtilə 

Küpçal  kəndinə  məxsus  qıĢlaq  yeri  olmuĢ,  XIX  əsrdə  həmin  kənddən  çıxan 

ailələr  qıĢlaqda  məskunlaĢmıĢ,  kollektivləĢmədən  sonra  qıĢlaq  daimi  yaĢayıĢ 

məntəqəsinə çevrilmiĢdir. Oykonim "Küpçal kəndinin qıĢlağı" mənasındadır. 

Kür oyk., sadə. ġəmkir r-nunda Ģtq. Düzənlikdədir. YaĢayıĢ məntəqəsi 

1975-ci ildə ġamxor SES-in tikintisi ilə əlaqədar olaraq, həmin tikintidə çalıĢan 

mühəndis-fəhlə  iĢçiləri  üçün  salınmıĢ,  1978-ci  ildən  isə  rəsmi  olaraq  Kür 

qəsəbəsi adlandırılmıĢdır. Qəsəbənin adı Kür çayının adından götürülmüĢdür. 



Kür  hidr.,  sadə.  Gürcüstan,  Azərb.  və  Türkiyə  ərazisində  çay. 

Qafqazda  ən  böyük  çaydır.  Mənbəyini  Türkiyədəki  Qızılgədik  dağının  Ģm.-Ģ. 

yamacından  (2740  m.  yüksəklikdən)  alır.  Xəzər  dənizinə  tökülür.  Azərb. 

ərazisində Kür çayının baĢlıca qolları sağdan Ağstafa, Həsənsu, Tovuz, Zəyəm, 

ġəmkir, Gəncə, Kürək, Ġncə, Tərtər, Araz; soldan isə Qabırrı, Qanıx, Göyçay və 

Türyan  çaylarıdır.  Kür  çayı  haqqında  bir  çox  antik  və  orta  əsr  müəlliflərinin 

əsərlərində  məlumat  verilmiĢdir.  Qədim  yunan,  latın,  ərəb,  fars,  türk,  erməni, 

gürcü mənbələrində Kor, Kur, Kir, Kiri, əl-Kurr, Mtkuari və s. kimi adı çəkilir. 

Tədqiqatçılara  görə,  "su,  çay"  mənası  verən  kür  sözü  yerli  alban  (Qafqaz) 



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə