Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə201/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   198   199   200   201   202   203   204   205   206

412 

 

mümkündür. Keçən əsrdə Ermənistan ərazisində Köçərli adlı yaĢayıĢ məntəqəsi 



qeydə alınmıĢdır. 

Köçəsgər  oyk.,  Ağstafa  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Gəncə-Qazax 

düzənliyindədir.  Oykonim  köç  sözündən  və  Əsgər  Ģəxs  adından  ibarət  olub, 

"Əsgərin köç yeri" mənasındadır. 

Köçvəlili oyk, sadə. Ağstafa  r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarayazı 

düzündədir.  YaĢayıĢ  məntəqəsi  1920-ci  illərdə  Birinci  ġıxlı  kəndinin  köçvəlili 



(köçvəlli)  nəslindən  ayrılmıĢ  ailələrin  Kürün  sol  sahilində  məskunlaĢması 

nəticəsində yaranmıĢdır. Yerli əhalinin verdiyi baĢqa bir məlumata görə, vaxtilə 

bu ərazidə Vəli adlı bir Ģəxsin köçü yerləĢmiĢ, sonralar burada salınmıĢ kənd də 

belə adlandırılmıĢdır. 



Köhnə Alvadı oyk, mür. Masallı r-nunun BanbaĢı i.ə.v.-də kənd. ViləĢ 

çayının  sahilində,  Lənkəran  ovalığındadır.  Qədim  adı  Alvadı  olmuĢdur.  XIX 

əsrdə bu kənddən yeni yaĢayıĢ məntəqəsi yarandıqdan sonra əvvəlki kənd Köhnə 

Alvadı,  yeni  məntəqə  isə  Təzə  Alvadı  adlandırılmıĢdır.  Yerli  əhalinin  dediyinə 

görə,  bu  ərazi  qırmızı  lalələrlə  örtüldüyündən  onu  Alvadi  (qırmızı  çöl) 

adlandırmıĢlar. 



Köhnə  Bilgəh  burnu  or.,  mür.  Bakı  Ģəhəri  Sabunçu  r-nu  ərazisində 

çıxıntı. AbĢeron yarımadasının Ģm. hissəsindədir. Digər adı Amburandır. Köhnə 

Bilgəh kəndinin yaxınlığında olduğu üçün kəndin adı ilə adlandırılmıĢdır. 

Köhnə  Çorman  oyk.,  mür.  Laçın  r-nunun  ġamkənd  i.ə.v.-də  kənd. 

Dağətəyi ərazidədir. YaĢayıĢ məntəqəsi yaxınlığındakı Çorman 

kəndindən 

(Kəlbəcər 

r-nu) 

fərqləndirmək 



məqsədilə 

belə 


adlandırılmıĢdır. 

Köhnə  Gəgir  oyk,  mür.  Lənkəran  r-nunun  Gəgiran  i.ə.v.-də  kənd. 

Burovar  silsiləsinin  ətəyindədir.  KeçmiĢ  adı  Gəgir  olmuĢdur.  XIX  əsrdə  bu 

kənddən  çıxmıĢ  bir  qrup  ailə  yeni  yaĢayıĢ  məntəqəsi  yaradaraq  onu  Gəgiran 

adlandırmıĢlar.  KeçmiĢ  kənd  isə  Köhnə  Gəgir  adlandırılmıĢdır.  Tədqiqatçıların 

ehtimalına  görə,  oykonim  XIII  əsr  monqol  iĢğallarında  iĢtirak  etmiĢ  türkdilli 

kukir tayfasının adını əks etdirir. 

Köhnə  Xaçmaz  oyk,  mür.  Xaçmaz  r-nunun  Pavlovka  i.ə.v.-də  kənd. 

Samur-Dəvəçi ovalığındadır. 1900-cü ildə Biləcəri-Dərbənd d.y. xəttinin çəkiliĢi 

ilə əlaqədar burada tikilən stansiyaya Xaçmaz adı verilmiĢdi. Xaçmaz kəndi yeni 

yaradılmıĢ stansiyadan əvvəl salındığı üçün belə adlandırılmıĢdır. 



Köhnə  Xudat  oyk.,  mür.  1.  Xaçmaz  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd. 

Samur-Dəvəçi  ovalığındadır;  2.  Qusar  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Qusar 

maili  düzənliyindədir.  1900-cü  ildə  Biləcəri-Dərbənd  d.y.  xəttinin  çəkiliĢi  ilə 

əlaqədar  burada  tikilən  stansiyaya  Xudat  adı  verilmiĢdi.  Xudat  kəndi  yeni 

yaradılmıĢ  stansiyadan  əvvəl  salındığı  üçün  Köhnə  Xudat  adlandırılmıĢdır. 

Sonradan yarandığı üçün kənd əhli arasında Törəmə də adlanır. 




413 

 

Köhnə Xudat qazmalar oyk., mür. Qusar r-nunun Bala Qusar i.ə.v.-də 

kənd.  Qusar  maili  düzənliyindədir.  Oykomra  Köhnə  Xudat  (kənd  adı)  və 

qazmalar  (müvəqqəti  yaĢayıĢ  evi)  komponentlərindən  ibarət  olub,  "Köhnə 

Xudat  kəndinə  məxsus  qazmalar"  mənasındadır.  KollektivləĢmədən  sonra 

qazmalar daimi yaĢayıĢ məntəqəsinə çevrilmiĢdir. 

Köhnə  QuĢçu  oyk.,  mür.  Siyəzən  r-nunun  ƏrziküĢ  i.ə.v.-də  kənd. 

Aydınlar  çayının  (Gilgilçayın  qolu)  sahilində,  BaĢ  Qafqaz  silsiləsinin 

ətəyindədir.  YaĢayıĢ  məntəqəsi  XIX  əsrin  əvvəllərində  Dağ  QuĢçu  kəndindən 

çıxmıĢ  ailələrin  məskunlaĢması  nəticəsində  yaranmıĢdır.  Çöl  QuĢçu  kəndindən 

fərqləndirmək  üçün  və  həmin  kənddən  əvvəl  yarandığına  görə  Köhnə  QuĢcu 

adlandırılmıĢdır. Oykonim quşçu tayfasının adını əks etdirir. 



Köhnə Orand oyk., mür. Lerik r-nunun Nüravud i.ə.v.-də kənd. Dağlıq 

ərazidədir.  Bu  kəndin  əsasında  yaranmıĢ  yeni  yaĢayıĢ  məntəqəsi  Orand 

adlandırıldığından keçmiĢ kənd Köhnə Orand adını almıĢdır. YaĢayıĢ məntəqəsi 

XIII  əsrdə  monqol  noyonlarının  talıĢ  zonasına  köçürdüyü  oyrat  tayfasının 

məskunlaĢması nəticəsində yaranmıĢdır. 

Köhnə  Vayxır  oyk,  nıür.  Azərb.-da  orta  əsrlərə  aid  yaĢayıĢ  yeri. 

Naxçıvan  Ģəhərindən  16  km  Ģm.-da,  Vayxır  kəndindən  1  km.  Ģ.-də  aĢkar 

edilmiĢdir. Oykonim "Vayxır kəndinin keçmiĢ yeri" mənasındadır. 

Köhnədəhar  oyk,  mür.  Ġsmayıllı  r-nunun  Təzəkənd  i.ə.v.-də  kənd. 

Dağlıq  ərazidədir.  YaĢayıĢ  məntəqəsi  həmin  r-ndakı  Dəhar  və  Çəndəhar 

kəndlərindən fərqləndirmək məqsədilə Köhnədəhar adlandırılmıĢdır. Kəndin 

adı "qədim Dəhar kəndi" mənasındadır. Dahar sözü tat dilində "qaya" 

deməkdir.  

Köhnəkənd  oyk.,  mür.  1.  Gədəbəy  r-nunun  Gərgər  i.ə.v.-də  kənd. 

Dağlıq ərazidədir. KeçmiĢ adı Qaraqoyunlu olmuĢdur. YaĢayıĢ məntəqəsi qədim 

Göycə  mahalının  Qaraqoyunlu  kəndindən  ermənilərin  zorla  didərgin  saldığı 

azərb. ailələr tərəfindən salınmıĢdır. 1919-cu ildə yaxınlığındakı Yenikənd kəndi 

bina edildikdən sonra bu kənd Köhnəkənd adı ilə tanınmıĢdır; 2. Laçın r-nunun 

eyniadlı  i.ə.v.-də  kənd.  Kiçik  Kirs  dağının  ətəyindədir.  KeçmiĢ  adı  Kirs 

olmuĢdur.  Yerli  əhalinin  məlumatına  görə,  Kirs  kəndi  XV  əsrdə  teymurilərin 

iĢğalı  zamanı  tamamilə  dağıdılmıĢdı.  Sonralar  Xocavənd  r-nunun  Susanlıq 

kəndindən  çıxmıĢ  ailələrin  buradakı  köhnə  kəndin  yerində  məskunlaĢması 

nəticəsində  yaranan  yeni  yaĢayıĢ  məntəqəsi  ərazinin  adı  ilə  Köhnəkənd 

adlandırılmıĢdır. 

Köhnəqala oyk, mür. Tovuz r-nunun Alakol i.ə.v.-də kənd. Orta dağlıq 

qurĢaqdadır. Kənd oradakı köhnə (qədim) qalanın adı ilə adlandırılmıĢdır. 



KöhnəqıĢlaq  oyk.,  mür.  1.  Ağstafa  r-nunun  Tatlı  i.ə.v.-də  kənd. 

Həsənsu  çayının  sahilində,  dağotəyi  ərazidədir.  Kənd  köhnə  qıĢlaq  yerində 

salındığı  üçün  belə  adlandırılmıĢdır;  2.  Gədəbəy  r-nunun  Ġnəkboğan  i.ə.v.-də 

kənd.  Dağlıq  ərazidədir.  YaĢayıĢ  məntəqəsi  XIX  əsrdə  Ġnəkboğan  kəndindən 




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə