Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə205/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   198   199   200   201   202   203   204   205   206

420 

 

tayfalarının  birinin  dilindən  götürülmüĢdür.  Azərb.-da  yaĢayan  qrızların  və 



buduqların  dillərində  indi  də  kur  sözü  "su,  çay"  mənasında  iĢlədilir.  Türk 

dillərində isə bu sözün "sürətli, inadkar, güclü" mənaları vardır. "Dədə Qorqud" 

dastanlarındakı  "kür  qopdu,  ərcil  qopdu"  ifadəsində  də  kür  eyni  mənada 

iĢlənmiĢdir. 



Kür-Araz ovalığı or., mür. Azərb.-nın mərkəzi hissəsində Kür və Araz 

çaylarının aĢağı axarları boyunda yerləĢir. Kür-Araz ovalığı q.-də Mingəçevir su 

anbarından  baĢlayaraq  Ģ.-də  Xəzər  dənizinədək  uzanır.  Ovalığın  mərkəzi 

hissəsində  Kür  çayı  ilə  Araz  qovuĢur.  Çaylar  ovalığı  ġirvan,  Qarabağ,  Mil, 

Muğan  və  Salyan  düzlərinə  ayırır.  Oronim  Kür  və  Araz  çaylarının  adından 

yaranmıĢdır. 



Kür  QaraqaĢlı  oyk,  mür.  Salyan  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Kür 

çayının  sahilində,  Salyan  düzündədir.  YaĢayıĢ  məntəqəsi  keçmiĢdə  ġirvanda 

yaĢamıĢ qaraqaĢlı tayfasına mənsub ailələrin Kür çayı sahilində məskunlaĢması 

nəticəsində  yaranmıĢdır.  Oykonim  Kür  hidronimindən  və  Qaraqaşlı 

(etnotoponim) kənd adından ibarət olub, "Kür çayı sahilindəki QaraqaĢlı kəndi" 

mənasındadır. 



Kür Qarabucaq oyk, mür. Neftçala r-nunun AĢağı Qaramanlı i.ə.v.-də 

kənd. Kür çayı sahilindədir. KeçmiĢdə burada mövcud olmuĢ Qarabucaq adlı iki 

kəndi  bir-birindən  fərqləndirmək  üçün  biri  Kür  çayı  sahilində  yerləĢdiyi  üçün 

Kür  Qarabucaq,  digəri  isə  Kürün  qollarından  birinin  üzərində  yerləĢdiyi  üçün 

Xol  Qarabucaq  adlanmıĢdır.  Oronimin  ikinci  komponenti  bucaqların  bir  qolu 

olan qarabucaqların adı ilə bağlıdır. 



Kürd  oyk.,  sadə.  1.  Göyçay  r-nunun  Potu  i.ə.v.-də  kənd. 

Düzənlikdədir.  Kəndi  vaxtilə  kürd  ailələri  saldığına  görə  belə  adlandırılmıĢdır; 

2.  Qəbələ  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  ƏrəĢ  düzündədir.  YaĢayıĢ  məntəqəsi 

özlərini  kurmanc  adlandıran  və  XIX  əsrdə  bu  ərazidə  maldarlıqla  məĢğul  olan 

icmaya 

məxsus 


ailələrin 

məskunlaĢması 

nəticəsində 

yaranmıĢdır. 

Etnotoponimdir. 

Kürd Çullu oyk, mür. ġərur r-nunun ġəhriyar i.ə.v.-də kənd. Arazboyu 

düzənlikdədir.  KeçmiĢ  adı  Çullu  olmuĢdur.  YaĢayıĢ  məntəqəsi  digər  eyniadlı 

kəndlərdən (Ağdam, Cəbrayıl r-nlarında, Cənubi Azərb.-da) fərqləndirmək üçün 

yaxınlıqdakı  Kürdkəndin  adı  ilə  Kürd  Çullu,  yəni  "Kürdkəndin  yaxınlığındakı 

Çullu  kəndi"  mənasındadır.  2003-cü  ildən  kəndin  adı  Kürdçülü  kimi 

rəsmiləĢdirilmiĢdir. 



Kürd  Mahrızlı  oyk,  mür.  Qubadlı  r-nunun  Zilanlı  i.ə.v.-də  kənd. 

Dağətəyi  düzənlikdədir.  Əsl  adı  Kürd  Mafruzlu  olmuĢdur.  YaĢayıĢ  məntəqəsi 

1820-ci ildə Ġrandan köçüb gəlmiĢ mafruzların bir qolunun adından yaranmıĢdır. 

KürdaĢı  or.,  mür.  Xəzər  dənizində  Bakı  arxipelaqı  adalarından  biri. 

Kür dili yarımadası yaxınlığında yerləĢir. Adada fəaliyyətdə olan bir neçə kiçik 




421 

 

palçıq  vulkanı  vardır.  Oronim  Kür  çayının  adı  ilə  bağlıdır.  Səngi  Müzəffər 



(Müzəffər daĢı), Səngi Kür (Kür daĢı) adası da adlanır. 

Kürdboraki  oyk.,  mür.  Bərdə  r-nunun  ġatırlı  i.ə.v.-də  kənd. 

Düzənlikdədir.  Əsli  Kürdparaqı  olmuĢdur.  Oykonim  kürd  (etn.)  və  paraq 

(heyvan  saxlamaq  üçün  hasarlanmıĢ,  çəpərlənmiĢ  yer)  sözlərindən  düzəlib, 

"kürd pəyəsi, kürd tövləsi" mənasındadır. 



Kürdçü  oyk,  düz.  Hacıqabul  r-nunun  Atbulaq  i.ə.v.-də  kənd. 

Düzənlikdədir. Tədqiqatçılara görə, oykonim kürd (etn.) və -çü (türk dillərində 

mənsubiyyət  bildirən  Ģəkilçi)  komponentlərindən  düzəlib,  "kürdlər  kəndi" 

mənasındadır.  YaĢayıĢ  məntəqəsini  vaxtilə  kürdmənĢəli  ailələr  saldığına  görə 

belə  adlanmıĢdır.  Oykonimin  Kürçü  adının  təhrif  variantı  kimi  "Kür  çayı 

sahilindən gələnlər" mənasında olması da güman edilir. 



Kürdeldarbəyli  oyk.,  düz.  Ġsmayıllı  r-nunun  Hacıhətəmli  i.ə.v.-də 

kənd.  Göyçayın  sahilində,  təpəlikdədir.  Kürd  adı  ilə  də  tanınır.  YaĢayıĢ 

məntəqəsi  XIX  əsrdə  Eldarbəy  adlı  kürdə  mənsub,  maldarlıqla  məĢğul  olan 

ailələrin  məskunlaĢması  nəticəsində  yaranmıĢdır.  Oykonim  "kürd  Eldarbəyə 

məxsus kənd" mənasındadır. 

Kürdəbazlı  oyk.,  sadə.  Masallı  r-nunun  Qarğalıq  i.ə.v.-də  kənd. 

Düzənlikdədir.  XIX  əsrə  aid  mənbələrə  əsasən  kəndin  əsl  adının  Kürdabaslı 

olduğu  məlum  olur.  Oronim  kənddə  məskunlaĢmıĢ  kürdabaslı  nəslinin  adı  ilə 

bağlıdır. 



Kürdəxam  oyk.,  mür.  Bakı  Ģəhəri,  Sabunçu  r-nunun  eyniadlı  qəsəbə 

i.ə.v.-də  Ģtq.  AbĢeron  yarımadasındadır.  Oykonim  girdə  (dəyirmi)  və  fars 

mənĢəli xanə (ev, bina) sözlərindən ibarət olub, "girdə evlər" mənasını bildirir. 

XVI  əsrdə  qızılbaĢların  tərkibindəki  kürd  tayfalarına  mənsub  ailələrin 

məskunlaĢması  nəticəsində  kəndin  yaranması  ehtimalı  da  mövcuddur.  Bu 

ehtimala  görə,  kəndin  yaxınlığındakı  Kürdlər  burnu  adlı  kiçik  yarımadanı  və 

kəndin yerini həmin ailələrə Səfəvi hakimləri vermiĢlər. 

Kürdəmir  oyk,  mür.  1.  Azərb.-nın  mərkəzi  hissəsində  inzibati  r-n. 

Mərkəzi  Kürdəmir  Ģəhəridir;  2.  Azərb.-da  Ģəhər.  Eyniadlı  r-nun  mərkəzidir. 

ġirvan düzündədir; 3. Zaqatala r-nunun Verxiyan i.ə.v.-də kənd. Düzənlikdədir. 

Adm  Zaqatala  r-nu  ərazisinə  "gətirilmə"  olduğu  güman  edilir.  Tədqiqatçıların 

bir qismi Kürdəmir toponimini "kürd Əmir", "qurd Ənıir" Ģəklində izah etmiĢlər. 

Bəzi tədqiqatçılara görə, Kür ovalığındakı ərazilər çoxlu çay daĢqınlarına məruz 

qaldığından  "Kürün  dəymədiyi  yer"  kimi,  yəni  "su  basmasından  kənarda  qalan 

sahə"  kimi  Kürdəmir  adı  formalaĢmıĢdır.  Oykonimin  kür  (dilimizin  qədim 

dövrlərində "hirsli, qəzəbli, dəliqanlı, coĢqun") və temir/dəmir (etn.) sözlərindən 

düzəlib,  "qəzəbli  dəmir,  dəliqanlı  dəmir"  mənasında  olması  da  güman  edilir. 

1728-ci  ildə  Ġrəvan  əyalətinin  Dərələyəz  nahiyəsində  də  Kürdəmir  adlı  kənd 

qeydə alınmıĢdır. 




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə