Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə203/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   198   199   200   201   202   203   204   205   206

416 

 

iĢlədilən  kuf/kyuf  və  oba  sözlərindən  ibarət  olub,  "qıraq  oba,  ucqar  oba" 



mənasındadır. Digərlərinə görə isə, kuf sözü ləzg. "baĢlanğıc, birinci" deməkdir. 

Kulagin  or.,  sadə.  Xəzər  dənizində  ada.  Bakı  arxipelaqına  daxildir. 

Sarı  yarımadası  yaxınlığındadır.  KeçmiĢ  adı  Əllibulaq  olmuĢdur.  Adaya 

akademik  V.G.Abixin  ekspedisiyalarında  iĢtirak  etmiĢ  gəmi  kapitanı  Kulaginin 

adı verilmiĢdir. 



Kuleymar  hidr.,  Culfa  r-nu  ərazisində  min.  bulaqlar.  Kuleymar  kəndi 

yaxınlığında, Əlincə çayının sol sahilində yerləĢir. Soyuq sulu bir qrup bulaqdır. 

Hidronim kuley/qullay (Azərb. dilinin dialektlərində "su saxlamaq üçün qazılmıĢ 

xüsusi  yer,  hovuz,  anbar")  və  mar/mora  (arx,  Ģırnaq)  komponentlərindən 

düzəlib, "axarı olan su hövzəsi" mənasındadır. 

Kulibinka bax: Ovçudərə. 

Kuman  or.,  sadə.  Dəvəçi  r-nu  ərazisində  dağ.  Oronim  özündə  qədim 

türk mənĢəli kuman/koman tayfasının adını əks etdirir. 



Kumani  or.,  sadə.  Xəzər  dənizində  ada.  Bakı  arxipelaqının  c. 

adalarından  biridir.  Bəndovan  burnundan  20  km.  c.-Ģ.-dədir.  Ada  1861-ci  ildə 

akademik V.G.Abix ilə birlikdə Xəzər dənizində tədqiqat aparmıĢ gəmi kapitanı 

M.Ġ.Kumaninin adını daĢıyır. 



Kunxırt  oyk.,  mür.  Quba  r-nunun  Güləzi  i.ə.v.-də  kənd.  Yan 

silsiləsinin  ətəyindədir.  YaĢayıĢ  məntəqəsi  r-nun  ərazisindəki  Xırt  kəndinin 

aĢağısında  yerləĢdiyi  üçün  belə  adlandırılmıĢdır.  Oykonim  tat  dilindəki  kun 

(aĢağısı,  ətəyi)  və  Xırt  (kənd  adı)  komponentlərindən  düzəlib,  "Xırt  kəndinin 

aĢağısı, ətəyi" mənasındadır. 

Kuropatkino oyk, sadə. Xocavənd r-nunda kənd. Dağətəyi ərazidədir. 

1960-cı  illərdə  vilayətin  millətçi  erməni  rəhbər  orqanları  kəndin  adını  yaĢayıĢ 

məntəqələrinin  rəsmi  siyahısından  çıxarıb,  onu  keçmiĢ  Martuni  (Xocavənd) 

qəsəbəsi  ilə  birləĢdirmiĢdilər.  YaĢayıĢ  məntəqəsinə  1990-cı  ildə  yenidən  kənd 

starusu  verilib  yaĢayıĢ  məntəqələrinin  rəsmi  siyahısına  daxil  edilmiĢdir.  Yerli 

əhalinin  məlumatına  görə,  kənd  bu  ərazidə  çoxlu  kəklik  quşu  (rus.  kuropatka) 

olduğuna görə belə adlandırılmıĢdır. Bəziləri toponimi Kuropatkin rus familiyası 

ilə bağlayırlar. 



KuybıĢev oyk, sadə. Ağcabədi r-nunun eyniadlı i.ə.v.-də kənd. KeçmiĢ 

adı  Qaradolaq  olmuĢdur.  YaĢayıĢ  məntəqəsi  kəngər  tayfalarının  bir  qolu 

tərəfindən salındığı üçün belə adlandırılmıĢdı. 1935-ci ildən kənd sovet partiya 

və  dövlət  xadimi  V.V.Kuybışevin  (1888-1935)  xatirəsinə  KuybıĢev 

adlandırılmıĢdır. Memorial toponimdir. 

KuybıĢev (ĠmiĢli) bax: Ölcələr. 

KuybıĢevkənd  oyk,  mür.  Dəvəçi  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd. 

Samur-Dəvəçi  ovalığındadır.  YaĢayıĢ  məntəqəsi  1958-ci  ildə  keçmiĢ  Qalagah 

i.ə.v.-nə  daxil  olan  dağ  kəndlərindən  köçürülmüĢ  əhali  üçün  salınmıĢ  və 

V.V.Kuybışevin xatirəsinə KuybıĢevkənd adlandırılmıĢdır. 




417 

 

Kuzun  oyk.,  sadə.  Qusar  r-nunun  Zindanmuruq  i.ə.v.-də  kənd.  Qusar 

çayının  sahilində,  dağətəyi  ərazidədir.  Tədqiqatçıların  fikrincə,  oykonim  türk 

dillərində  coğrafi  termin  kimi  iĢlədilən  kəzen  (dağın  beli,  yayla,  aĢırım) 

sözündəndir. YaĢayıĢ məntəqəsi salındığı ərazinin adını daĢıyır. 

KuzunqıĢlaq  oyk.,  mür.  Qusar  r-nunun  Bala  Qusar  i.ə.v.-də  kənd. 

Samur-AbĢeron  kanalının  sahilində,  düzənlikdədir.  Oykonim  Kuzun  (kənd  adı) 

və  qışlaq  komponentlərindən  ibarət  olub,  "Kuzun  kəndinin  qıĢlağı" 

mənasındadır.  QıĢlaq  kollektivləĢmədən  sonra  daimi  yaĢayıĢ  məntəqəsinə 

çevrilmiĢdir. 

Kücayi  oyk,  sadə.  Quba  r-nunun  Talabı  i.ə.v.-də  kənd.  Dağətəyi 

ərazidədir. Tədqiqatçılara görə, kəndin əsl adı Küçeye-qıĢlaq olmuĢdur. YaĢayıĢ 

məntəqəsi  XIX  əsrdə  həmin  r-nun  Talabı  kəndinə  məxsus  qıĢlaq  yerində 

yaranmıĢdır. Oykonim tat dilindəki küçeye (balaca) və qışlaq sözlərindən ibarət 

olub,  "balaca,  kiçik  qıĢlaq"  mənasındadır.  Əslində,  oykonim  hələ  XIII  əsrdə 

RəĢidəddinin  "Cami-ət  təvarix"  əsərində  qələmə  aldığı  türkdilli  küçayların  adı 

ilə bağlı olub, etnotoponimdir. 1933-cü ildə Xızı r-nu ərazisində də Küçeyri adlı 

yaĢayıĢ məntəqəsi qeydə alınmıĢdır. 



Küçəkənd  oyk.,  mür.  Ucar  r-nunun  Pirkənd  i.ə.v.-də  kənd.  ġirvan 

düzündədir. Qədim adının Köçəkənd olduğu söylənilir. Tədqiqatçılar oykonimi 

"köç  kəndi"  kimi  izah  edirlər.  YaĢayıĢ  məntəqəsi  keçmiĢdə  maldarlıqla  məĢğul 

olmuĢ  beĢevli,  kəbləsadıqlı,  məhərrəmli  və  əsgərli  nəsillərinin  məskunlaĢması 

nəticəsində yaranmıĢdır. 

Küdab-qara-bezer or., mür. Balakən r-nu ərazisində dağ. BaĢ Qafqaz 

silsiləsinin  c.  yamacında  zirvədir.  Avar  dilinin  materiallarına  əsasən  oronimi 

"böyük,  nəhəng  tutqun  çaylar,  sular"  kimi  izah  etmək  olar.  Görünür,  r-nun 

ərazisindən axan böyük çayların bir neçəsi bu dağdan baĢlanır. 



Küdürdüzü  or.,  mür.  Ağsu,  Kürdəmir  və  ġamaxı  r-nları  ərazisində 

düz. Küdrü düzü variantında da qeydə alınmıĢdır. Oronim "quru, susuz yer, çöl" 

mənasındadır.  Azərb.-da  axar  suyu  olmayan  quru  subtropik  iqlimli  çölə  küdri 

deyilir.  MaĢtağa  ilə  Buzovna  yaĢayıĢ  məntəqələri  arasındakı  geniĢ  çölə  yerli 

əhali Küdri deyir. H.Zərdabi öz yazılarında ġirvanın aran hissəsini Küdri ġirvan 

adlandırır.  Azərb.-da  bu  coğrafi  terminlə  düzəlmiĢ  Uzun  küdri  sıra  dağları 

(ĠmiĢli  r-nu)  Ləmbəran  küdrisi  (Ağdam  r-nu)  və  b.  yer  adları  da  qeydə 

alınmıĢdrr. 



Küdürlü  oyk.,  düz.  1.  Ağdam  r-nunun  Əfətli  i.ə.v.-də  kənd.  Qarabağ 

düzündədir;  2.  ġəki  r-nunun  Qaradağlı  i.ə.v.-də  kənd.  Alazan-Əyriçay 

çökəkliyindədir. 

Oykonim 


Azərb. 

dilinin 


dialektlərində 

iĢlənən 


küdür/küdrü/küdri  (quru  iqlimli  yer,  su  çıxmayan  ərazi)  sözündən  və  -lü 

Ģəkilçisindən düzəlib, ərazinin coğrafi mövqeyini təyin edir. 



Kükəl  oyk.,  sadə.  AğdaĢ  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  ġirvan 

düzündədir.  Xalq  etimologiyasına  görə,  oykonim  Ģəxs  adı  ilə  bağlıdır.  Türk 




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə