Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə198/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   194   195   196   197   198   199   200   201   ...   206

406 

 

yaĢayan kolanılar suyun olmaması üzündən Pirsaat çayının sol sahilinə köçərək 



indiki  kəndin  əsasını  qoymuĢlar.  Yerli  əhali  yaĢayıĢ  məntəqəsini  Arxapası  da 

adlandırır.  Oykonim  kolanı  tayfasının  adı  ilə  bağlıdır;  3.  Siyəzən  r-nunun 

Yenikənd i.ə.v.-də kənd. Dəniz sahilindədir. KeçmiĢ adı KolanıqıĢlaq olmuĢdur; 

4.  ġahbuz  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Naxçıvan  çayının  sahilində,  orta 

dağlıq  qurĢaqdadır;  5.  Yevlax  r-nu  Malbinəsi  i.ə.v.-də  kənd.  Düzənlikdədir. 

YaĢayıĢ  məntəqəsini  vaxtilə  Ağdam  r-nunun  Kolanı  kəndindən  gəlmiĢ  ailələr 

salmıĢlar. Kolanılar qədim türk tayfalarındandır. XVIII əsrin ortaları - XIX əsrin 

birinci  yarısında  Qarabağ  xanlığında  yaĢayan  kolanıların  ərazisi  Kolanı  mahalı 

adlanırdı. XIX əsr Azərb. tarixçisi Mirzə Adıgözəl bəy UĢacıq kəndindən Göyçə 

sərhədinə  qədər  uzanan  Tərtər  çayı  hövzəsini  kolanıların  məskəni  adlandırırdı. 

XIX  əsrdə  Cavad  qəzasında  282  ailəli  Kolanı  eli  yaĢayırdı.  Sonralar  onlar 

müxtəlif  yerlərdə  məskunlaĢmıĢlar.  Mənbələrə  görə,  Ağa  Məhəmməd  Ģah 

Qacarın  Qarabağa  hücumu  zamanı  Qarabağ  elatlarının  bir  qismi,  o  cümlədən 

kolanılar köçüb Naxçıvanda, ġirvanda və b. yerlərdə məskunlaĢmıĢlar. 



Kolanıdağ  or.,  mür.  Xanlar  r-nu  ərazisində  dağ.  Gəncə  və  Kürək 

çaylarının suayrıcında  yerləĢir. Hün. 1157 m. Oronim Kolandağ variantında da 

qeydə  alınmıĢdır.  Dağın  adı  keçmiĢdə  burada  kolanı  tayfasına  məxsus 

yaylaqların olması ilə əlaqədar yaranmıĢdır. 



Kolatağ  oyk.,  mür.  Kəlbəcər r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Qarabağ 

silsiləsinin  yamacındadır.  Əsli  Kolatəkdir.  Oykonim  kol  (meĢəlik,  xırda  meĢə) 

və  ətək  komponentlərindən  düzəlib,  "meĢə  ətəyi"  mənasındadır.  YaĢayıĢ 

məntəqəsi  meĢə  ətəyində  salındığı  üçün  belə  adlandırılmıĢdır.  Bəzi 

tədqiqatçıların  fikrinə  görə,  toponim  əslində  Gülyataq  olub,  "güllü,  çiçəkli 

yataq" mənasındadır. 



Kolatağ  hidr.,  sadə.  Xocalı  r-nunda  çay.  Xaçın  çayının  sağ  qoludur. 

Mənbəyini  Alaqaya  dağı  yamacından  (2500  m.  yüksəklikdən)  alır. 

Dəyirmanların  hərəkətə  gətirilməsində  və  suvarmada  istifadə  edilir.  Çayın  adı 

ərazidəki Kolatağ kəndinin adından yaranmıĢdır. 



Kolayır oyk., sadə. l.Ağstafa r-nunun DüzqıĢlaq i.ə.v.-də kənd. Gəncə-

Qazax  düzənliyindədir.  Kəndin  adı  yerli  əhalinin  dilində  Koləir  kimi  tələffüz 

edilir. Bəzi tədqiqatçıların ehtimalına görə, oykonim qismən 

təhrifə uğramıĢ, əslində Kolayir olmalıdır. Oykonimin tərkibindəki kol 

sözü  "xırda  meĢə,  meĢəlik"  mənasındadır.  Kəndin  adı  "meĢə  yeri,  meĢəli  yer" 

kimi  izah  edilir.  Toponimi  tayfa  adı  ilə  əlaqələndirənlər  də  var.  Lakin  türk 

dillərində  kolayi  sözü  iĢlənir  ki,  bu  da  "əlveriĢli,  rahat"  mənalarını  ifadə  edir. 

Kəndin DüzqıĢlaq adlı i.ə.v.-in tərkibində olması da ərazinin hamar, rahat bir yer 

olduğunu  bildirir.  Azərb.  dilinin  dialektlərində  "hamar,  çıxıntısı  olmayan" 

mənasında kola (buynuzsuz  keçi) sözü iĢlənir. Odur ki, oykonimi "hamar, düz, 

əlveriĢli yer" kimi izah etmək daha məqsədəuyğundur; 2. Bərdə r-nunun eyniadlı 

i.ə.v.-də  kənd.  Qarabağ  düzündədir.  Yerli  əhalinin  məlumatına  görə,  yaĢayıĢ 




407 

 

məntəqəsi  vaxtilə  Qazax  mahalındakı  Kolayır  kəndindən  gəlmiĢ  ailələr 



tərəfindən salındığı üçün belə adlandırılmıĢdır; 3. Samux r-nunun eyniadlı i.ə.v.-

də  kənd.  Gəncə-Qazax  düzənliyindədir.  YaĢayıĢ  məntəqəsi  Qazax  mahalındakı 

Kolayır kəndindən gəlmiĢ ailələr tərəfindən salınmıĢdır. 

Kolxəlfəli  oyk.,  Ağstafa  r-nunun  Pirili  i.ə.v.-də  kənd.  Ağstafa  çayının 

sahilində,  Gəncə-Qazax  düzənliyindədir.  Oykonim  kol  (əslində  xol  "delta,  axar 

suyun  böyük  su  hövzəsinə  töküldüyü  yer")  və  Xəlfəli  (etnotoponim) 

komponentlərindən  düzəlib,  "deltada  yerləĢən  Xəlfəli  kəndi"  mənasındadır. 

YaĢayıĢ məntəqəsi Ağstafa çayının sağ tərəfdən Kürə töküldüyü yerdə yerləĢdiyi 

üçün belə adlandırılmıĢdır. 



KolxozaĢen bax: Arpadüzü. 

Kolxozkənd bax: Bayramlı. 

KolqıĢlaq  oyk,  mür.  Ağdam  r-nunun  Qərvənd  i.ə.v.-də  kənd. 

Düzənlikdədir. 

Oykonim 

kol 

(burada 


"düz, 

hamar") 


və 

qışlaq 

komponentlərindən  düzəlib,  "hamar,  düz  qıĢlaq"  mənasındadır.  QıĢlaq  sonralar 

daimi yaĢayıĢ məntəqəsinə çevrilmiĢdir. 

Kollu oyk., düz. 1. DaĢkəsən r-nunun Zinzahal i.ə.v.-də kənd. Dağətəyi 

ərazidədir.  KeçmiĢ  adı  KöhnəqıĢlaq  olmuĢdur.  YaĢayıĢ  məntəqəsini  XIX  əsrin 

sonunda  Qarabağdan  köçüb  gəlmiĢ  Məhərrəm  adlı  Ģəxs  salmıĢdır.  Hazırda 

kənddə  məhərrəmli  nəsli  mövcuddur.  Sonralar  kənd  əhalisi  q.-ə  doğru  1-2  km. 

kəndin  yerini  dəyiĢmiĢ,  əvvəlki  yer  isə  KöhnəqıĢlaq  adlanmıĢdır.  YaĢayıĢ 

məntəqəsi kolluq ərazidə bina edildiyi üçün belə adlandırılmıĢdır; 2. Gədəbəy r-

nunun  Göyəli  i.ə.v.-də  kənd.  Dağlıq  ərazidədir.  Kəndi  XIX  əsrdə  Qazax 

mahalının Dəmirçilər kəndindən gəlmiĢ Mahmud adlı Ģəxs kolluq sahədə saldığı 

üçün belə adlandırılmıĢdır. Hazırda kənddəki nəsillərdən biri mahmudlu adlanır. 

Kəndin Ģm.-q.-ində isə Mahmudun yeri adlı sahə var. 



KolluqıĢlaq  oyk.,  mür.  Zəngilan  r-nunun  Rəzdərə  i.ə.v.-də  kənd. 

Dağətəyi ərazidədir. Əvvəllər burada Pirdavudan kəndinin (Ġrəvan quberniyası) 

qıĢlağı olmuĢdur. QıĢlaq kollu-koslu olduğu üçün belə adlandırılmıĢdır. Sonralar 

burada salınmıĢ kənd də həmin adı almıĢdır. 



KoltıĢ  or.,  sadə.  Xəzərdə  ada.  AbĢeron  yarımadasının  AbĢeron 

arxipelaqına  daxildir.  Oronim  toponimikada  "körfəz"  mənasını  bildirən 



koltık/kultuk sözündəndir. 

Koman  oyk.,  sadə.  Lerik  r-nunun  ġingədulan  i.ə.v.-də  kənd.  Dağətəyi 

ərazidədir. Oykonim minilliyin ortalarından kaymakların (kimakların) tərkibində 

olmuĢ  koman/  kuman  türk  tayfasının  adını  əks  etdirir.  Komanlar  rus 

mənbələrində 1078-ci ildən poloves adı ilə məlumdur. X əsrdə Volqanı keçərək 

Qara  dəniz  sahillərinə  köçmüĢlər.  Komanların  bir  qismi  qıpçaqların  tərkibində 

Azərb.-na gələrək burada məskunlaĢmıĢlar. 




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə